Turkiye bursları haqqında
Turkiye bursları Türkiyə dövləti tərəfindən maliyyələşdirilən beynəlxalq burs proqramıdır. Proqram çərçivəsində təklif olunan təqaüdlər, ali təhsilin tələbə, lisenziya, magistr və doktorantura səviyyəsində olan beynəlxalq tələbələr tərəfindən əldə edilə bilər.
Türkiyə bir çox beynəlxalq tələbələr üçün qapılarını açmış, gələn tələblərə bursları təmin edərək ölkədə yaxşı bir təhsil almalarını təmin etmişdir.
2012 -ci ildən tətbiq olunmağa başlayan Turkiye burslari 10 minə yaxın müraciət alsa da, bu rəqəm 2017 -ci ildə 100 mindən çox oldu. Eyni zamanda müraciət edən ölkələrin sayı demək olar ki, iki dəfə artmışdır.
2021- ci ildə isə dünyanın 178 ölkəsindən 165 min 511 müraciət ilə Turkiye burslarına rekord müraciət qeydə alınmışdır.
Türkiyə Bursları, yalnız tələbələrə təqaüd vermir, həm də tələbələrin universitetlərə yerləşdirməsini təmin edən bir proqramdır. Bu xüsusiyyəti ilə dünyanın digər təqaüd proqramlarından fərqlənir.
Ayrıca aylıq bursdan ( təqaüddən) əlavə təyyarə biletləri, universitet töhfəsi, ümumi sağlamlıq sığortası, yataqxana və Türk dili təhsili də burs un daxilində verilir.
Bunlara əlavə olaraq, tələbələrin Türkiyədə olduqları müddətdə təşkil etdikləri sosial, mədəni və akademik proqramlardan faydalanmaları məqsəd qoyulur.
Türkiyə “ Turkiye bursları ” ilə dünyanın hər yerindən gələn beynəlxalq tələbələr üçün universitetlərinin qapılarını açır. Türkiyə Bursları, Türkiyənin ən yaxşı universitetlərində tam zamanlı və ya qısamüddətli bir proqram davam etdirmək üçün seçilən tələbələrə verilən, hökumət tərəfindən maliyyələşdirilən bir təqaüd proqramıdır.
Türkiyə Təqaüdləri, ölkələr arasında əməkdaşlığı gücləndirmək və cəmiyyətlər arasında ümumi anlayışı gücləndirmək üçün qərarlı gələcəyin liderlər şəbəkəsini yaratmağı hədəfləyir.
Turkiye bursları üçün müraciət şərtləri 🔹
Minimum Akademik Nailiyyət Ölçütləri:
- Bakalavr namizədləri üçün minimum akademik nailiyyət: 70%
- Magistr və doktorantlar üçün minimum akademik nailiyyət: 75%
- Tibb Elmləri (Tibb, Stomatologiya və Əczaçılıq) namizədləri üçün minimum akademik nailiyyət: 90%
Yaş səviyyəsi:
- Bakalavr proqramları üçün: 21 yaşın altında
- Magistr proqramları üçün: 30 yaşın altında olmaq
- Doktorantura proqramları üçün: 35 yaşın altında olmaq lazımdır.
Uyğunluq
Uyğun qruplar:
- Bütün ölkələrin vətəndaşları
- Məzunlar və ya cari tədris ilinin sonunda məzun olanlar.
Uyğun olmayan qruplar:
- Türkiyə vətəndaşlığı və Türkiyə vətəndaşlığını itirmiş şəxslər
- Hazırda müraciət etdikləri təhsil səviyyəsində Türkiyə universitetlərində proqramlara yazılan şəxslər
Salam. Turkiyə bursları kursuna nə zamanda yazılmağ olar