Almaniyada Təhsil

Almaniya dünyada tələbələrin ən çox seçdiyi 3-cü ölkədir. Dünyada işə götürənlər tərəfindən alman təhsilli işçilər daha çox rəğbət görürlər. Bu isə ölkədə təhsil səviyyəsinin çox yüksək olması və universitetlərinin həqiqətən qlobal səviyyədə tanınmasına görədir. Almaniyada təhsil almaq demək olar bir çox Azərbaycanlı gəncin xəyalıdır. Xaricdə təhsil almaq istəyən gənclərin ən çox seçim etdikləri ölkə sayılır. Burada təhsilin səviyyəsi hər kəsə məlumdur, amma şərtləri və tələbləri də buna uyğun olaraq biraz mürəkkəbdir.

Almaniyada təhsil almaq avropanın ən yaxşı universitetlərində oxumaq deməkdir. Buradakı universitetlər bütün dünyada öz tədrisləri ilə fərqlənir. Burada ödənişsiz şərtlərlə də təhsil almaq mümkündür. Amma ki bütün dünyanın gənclərinin ilk seçim elədiyi universitetlərin burada yerləşməsi bizim ölkə gəncləri üçün rəqabəti daha da artırır. Buna uyğun yüksək göstəricilər və tələblərə uyğunluqlar lazımdır. Ödənişli şərtlərlə təhsil almağın da mümkün olduğu bu ölkəyə qəbul üçün aşağıdakıları oxuya bilərsiniz. Daha çoxu üçün mütəxəssislərimiz sizə yardımcı olmağa hər zaman hazırdır.

Almaniyada tehsil almaq üçün nə etməli?

Almaniyada tehsil almaq yuxarıda qeyd etdiyimiz kimi çox sadə görünsə də rəqabətli bir təhsil prosesidir. Çünki dünyanın hər bir yerindən bura çox müraciətlər olmaqdadır. Almaniyada bakalavr təhsili ilə yanaşı magistr təhsili də mövcuddur. Almaniyada da magistr təhsili almaq üçün bakalavr dərəcəsini bitirmək lazımdır. Burada təhsil almaq üçün bir neçə proqramlar varkı onları bitirməlisiniz. Ətraflıı məlumatları aşağıda uyğun başlıqlarla tapa bilərsiniz.

Almaniyada magistr tehsili

Almaniya ən çox müraciət olunun təhsil dərəcəsi magistaturadır. Bakalavr dərəcəsini bitirən tələbələr növbəti təhsilləri üçün bu ölkəyə üstünlük verirlər. Bunun üçün də əvvəldən tələblərə uyğun olaraq hazırlıqlar edirlər.  Bu tələblərdən ən əsası ilə qlobal tanınan imtahanlardır. Bunlar İngilis dili üçün TOEFL və ya IELTS; Alman dili üçün DSH, TestDaF və ya Goethe İnstitunun Sertifikatıdır.

Almaniya universitetləri

Bildiyiniz kimi Almaniya universitetləri dünyaca seçilən və xüsusi dərəcələrə malikdir. Bu universitetlərdə 2007-ci ilə qədər təhsil pulsuz idi. Amma bundan sonra ölkə  bir necə ixtisas və universitetlərdən təhsil haqqı almaqı qərara aldı. Burada təhisl haqqı smestrə görə təyin olunur və 500 euro maksimum ödənişlər mövcuddur. Buda qeyd etdiyimiz kimi istisas və universitetlərə görə dəyişir. Bunlara baxçayaq bu ölkə üçün çox təqaüd sistemləri mövcuddur. Bunlardan faydalana bilərsiniz.

Ən yaxşı 5 universtet bunlardır:

  1. Münhen Texniki Universiteti
  2. Heidelberg Universiteti,
  3. Münhen Universiteti,
  4. Freiburg Universiteti,
  5. Bonn Universiteti.

 

 

Ən çox verilən suallar və cavavbları

Almaniyada Təhsil Haqqında

  • Niyə Almaniyada təhsil?

    Almaniyada ümumilikdə 19 mindən çox fakültəsi olan 400-dən çox universitet var. Bu universitər hər biri dünyaca ən çox müraciət olunan ali təhsil mərkəzləridir. Buradan məzun olduqda isə diplomunun düyanın ən böyük şirkətlərində qəbul olunur. Ona görə də ən çox əcnəbi tələbələr seçimini bu ölkə olaraq edirlər.

  • Almaniyada tədris dili hansıdır?

    Bu ölkədə tədris dili alman və ingilis dili olaraq seçilir. İstədiyiniz ixtisas və universitetə görə dəyiçə bilir. Buna görə də istədiyinizə uyğun xaricdə təhsil mütəxəssislərimizdən köməkliklər ala bilərsiniz. DAAD-ın məlumat bazasına görə 160 bakalavr, 1100-ə yaxın magistr proqramları ingilis dilində tədris verir.

  • Almaniya universitetləri haqqında

    Almaniyada dövlət qurumları üçün kadr hazırlayan 106 universitet, 6 təhsil universiteti, 16 ilahiyyat akademiyası, 52 təsviri incəsənət universiteti, 216 peşə universiteti və 30 inzibati idarəçiliklə bağlı olmaqla cəmi 426 ali təhsil müəssisəsi var. Onların əksəriyyəti xaricdən gələn bir çox universitet və tədqiqat müəssisələri ilə əməkdaşlıq edir. Alman universitetləri beynəlxalq profilli, yenilikçi və dünya səviyyəli əlaqələrə malikdir.

Xaricdə Təhsil Üçün Müraciət Et