Çexiyada təhsil

Cexiyada tehsil avropa ölkələri arasında ən çox müraciət edilənlər sihaısındadır. Bu müraciət isə hər il daha da artmaqdadır. Çexiyanın avropanın mərkəzində yerləşməsi, təhsil səviyyəsinin üstünlüyü, tarixi və möhtəşəmliyi tələbələr kimi turistləridə özünə cəlb edir. Burada 42 mindən çox əcnəbi tələbə təhsil almaqda davam edir. Burada ən qədim universitetlərdən hesab edilən Çarles Universiteti 1378-ci ildə təsis edilmişdir. Burada 26 dövlət, 30 özəl universitet fəaliyyət göstərir. Şərqi Avropa və Mərkəzi Asiyanın ən yaxşı 200 Universiteti siyahısında Çexiyanın 12 universiteti yer almaqdadır.

Çexiyada təhsil həm çex həm də ingilis dilində olmaqla iki dildə tədris olunur. Bəzi universitetlərində isə rus, alman, fransız dilində də tədris olunan ixtisaslar mövcuddur. Burada siz bakalavr, magistatura, doktarantura kimi ali təhsil dərəclərində təhsilinizi davam etdirə bilərsiniz. Bakalavr təhsili 3-4 il, Magistatura isə 1-3 il müddətindədir.

Çexiyanın dövlət universitetlərində çex dilində təhsil pulsuzdur. Özəl universitetlərində isə pullu təhsil ala biləsiniz. Xarici tələbələrin rəylərinə görə burada təhsil və yaşayış xərcləri də digər avropa ölkələrinə baxdıqda çox münasibdir. Hətta bəzilərinə görə çox normaldır.

Niyə Çexiyada təhsil?

  • Burada təhsil zamanı şengen vizası əldə edirsiniz və digər avropa ölkələrinə rahatıqla səyahət mümkün olacaqdır.
  •  Məzun olan tələbə 2 il müddətində Avropa Birliyinə daxil  ölkələrdə işləmək izni alır.
  • Burada yaşayış xərcləri digər avropa ölkələrinə görə çox münasibdir. Xarici tələbələrin rəylərinə görə aylıq $350-$700 yaşayış, yemək, nəqliyyat xərclərini tam qarşılayır.
  • Çexiya ən çox start-up edilən, texnoloji yeniliklərə töhvə verən və yüksək təhsil səviyyəsi olan bir ölkədir.

Cexiyada tehsil növləri

Bu ölkədə siz bakalavr, magist, doktorantura olaraq təhsilinizi davam etdirə bilərsiniz.

Bakalavr təhsili almaq üçün ya normal səviyyədə çex dilini bilməli və dövlət universitetlərində ödənişsiz təhsil almalı ya da rəsmi, beynəlxalq tanınan dil sertifikatlarına sahib olmalısan.  İELTS kimi göstərici və ya B1 səviyyəsində ingilis dili ilə bu ölkədə bakalavr təhsili üçün müraciətinizə müsbət cavablar əldə edə bilərsiniz.

Magistatura təhsili üçün də Çexiyaya universitetlərinə mraciət mövcuddur. Burada iki seçim mövcuddur öz ixitasaınıza uyğun olaraq təhsilinizi master dərəcədə davam etdirmək, hansı ki bu zaman +75 ortalama bala və B1 səviyyəsində çex, ingilis dili biliyiniz olmalıdır. Digəri isə MBA proqramı ilə ödənişli təhsil almaq.

Çexiya universitetləri

Çexiya universitetləri avropanın ən inkişaf etmiş ali təhsil məkanlarındandır.  Bu universitetlər öz dərəcələrinə görə dünya sıralasında tanınır. Çexiya daxilində isə ən məşhur və müraciətin çoxluğu ilə fərqlənən Charles Universitetidir. Ondan sonra isə sıralama aşağıdakı kimi davam edir.

  1. University of Chemistry and Technology, Prague
  2. Czech Technical University in Prague
  3. Masaryk University
  4. Palacký University Olomouc
  5. Brno University of Technology
Ən çox verilən suallar və cavavbları

Çexiyada təhsil Haqqında

Çexiyada təhsil
  • Niyə Çexiyada təhsil?

    Cexiyada tehsil üstünlüklərini saymaqla bitmir. Bu ölkə avropanın təhsil səviyyəsinə görə ən fərqlənən universitetlərinə malikdir. Burada Yaşayış da digərlərindən çox münasib və rahatdır.

  • Çexiyada Yaşayış qiymətləri necədir?

    Burada yaşayış qiymətləri də çox normaldır. Yataqxanalar və evlər digər ölkələrdən daha ucuz və sərfəlidir. Təxmini $350-$700 aylıq xərclə yemək, qalmaq, nəqliyyat xərclərinizi qarşılaya bilərsiniz.

Xaricdə Təhsil Üçün Müraciət Et