Fransada tehsil

Fransada təhsil fərqli mədəniyyət görmək və avropa ölkələrinin birində təhsil almaq istədən gənclər üçün ən ideal ölkədir. Bu ölkə bütün dünyada öz təhsil kefiyyətli, gözəllikləri, ətirləri və bir çox şeyi ilə məşhurdur. Burada təhsil almaqla dünyanın ən məşhur 2 dilini fransız və ingilis dilini öyrənmiş olacaqsınız. Bütün dünyadan bura təhsil almaq üçün müraciətlər çox olduğu üçün rəqabətdə bir o qədər çoxdur.

Fransada tehsil üçün əsas tələb olunan göstəricilərdən biri də fransız dilidir. Lakin ingilis dilində təhsil almaq istəyənlər üçün ingiliscə də önəmlidir. İngilis dili üçün B1 və B2 səviyyədə dil göstəriciləri və İELTS.  Fransız dili üçün isə  DELF, TCF, DALF, TEF  kimi sertifikatlardan birini əldə etmək lazımdır.

Fransada 2 milyona yaxın ali təhsil alan tələbələr mövcuddur. Onların isə 12%-dən çoxu xarici tələbələrdir. Burada ümumilikdə 3500 təhsil müəssəsi var və onların 72-si universitetdir. Fransa təhsili bu günlərdə demək olar daha da məşhur və aktivdir. Hər il dayanmadan əcnəbi tələbə qəbulu edən bu ölkədə 10 tələbədən biri demək olar xaricidir.

Fransa dövləti hər il təhsilə və elmi araşdırmalara külli miqdarda sərmaye qoyur. Dövlət büdcəsi xərclərinin 20%-dən çoxu təhsil sahəsinə ayrılır. Fransada yaşamaq dünyanın ən yaxşı tibbi sığortası olan ölkələrindən birində yaşamaq deməkdir. Xarici tələbələrdə qəbul zamanı məcburu olaraq bu sistemə qeyd olunurlar.

Fransa dövləti hır zaman öz vətəndaşı və xarici tələbələrə münasibətdə bərabərlik prinsipini əsas götürür. Milliyyetinden asılı olmayaraq xarici tələbələr fransız tələbələrlə eyni hüquq və üstünlüklərə malikdirlər.

Bu ölkədə dövlet universitetlərində illik təhsil haqqı ümumi olaraq 300-580 avro arasıdır. Təhsil haqqı hamı üçün bərabərdir və bütün tələbələr milliyyətinden asılı olmayaraq eyni sosial hüquqlara (sosial sığorta, ev yardımı) malikdirlər. Müqayisə üçün deyə bilər ki, ABŞ, Böyük Britaniya, Hollandiya və bir çox Avropa ölkələrində xarici tələbələr yerli tələbələrdən bir neçə defə artıq təhsil haqqı ödəyirler. Fransanın ali tehsilə xerclediyi məbləğ bu il təxminən 27 milyard avronu keçmişdi. Siz Fransada təhsil alarkən, Fransa dövləti bir il ərzində sizə dolayısı ile orta hesabla 10 min avrodan çox pul xərcləyir.

Burada Bakalavr və magist təhsili ala bilərsiniz. “Eiffel” Təqaüd Proqramı kimi proqramlarla təhsilinizi pulsuzda davam etdirə bilərsiniz. Bu təqaüd əsasən Magistr və Phd təhsil səviyyələri üçün mümkündür.  Təqaüd dərəcələr üzrə aşağıdakı xərcləri qarşılayır.

Magistrlar üçün:

  • Yaşam xərclərinə görə aylıq olaraq 1031 euro stipendiya
  • 1 ay üçün 150 euro stipendiya
  • Fransaya gediş gəliş üçün bilet
  • Yataqxananın xərcləri
  • Mədəni fəaliyyətinizə görə xərclər

Phd ( doktorantur) üçün:

  • Yaşam xərclərinə görə aylıq olaraq  1400 euro stipendiya
  • Fransaya gediş gəliş üçün bilet
  • Yataqxananın xərcləri
  • Mədəni fəaliyyətinizə görə xərclər

Bu proqrama kimlər müraciət edə bilir? 

  • Fransa vətəndaşı olmayan tələbələr
  • 25 yaşa kimi magist oxumaq istəyənlər
  • doktorantura üçün 30 yaşa qədər olanlar
  • Bu təqaüd və universitetə qəbul üçün İELTS və digər sənədlərə ehtiyacda yoxdur. Müraciətlər onlayn olaraq həyata keçirilir.
Ən çox verilən suallar və cavavbları

Fransada tehsil Haqqında

Fransada tehsil
  • Niyə Fransada tehsil?

    Çünki Avropanın təhsil üçün ən ieal ölkələrindən biridir. Burada təhsilə yüksək dəyən verilən avropanın və hətta dünyanın ən yaxşı ölkələrindən biridir.

  • Fransada təhsil üçün nə tələb olunur?

    Burada təhsilinizi davam etdirmək üçün ya fransız dilini normal bilməli və bu dil üçün vacib olan əsas göstərici sertifiatları əldə etməlisiniz ya da ingilis dili təhsili alacaqsınızsa B1, B2 səviyyəsində ingilis dilini bilməlisiniz.

Xaricdə Təhsil Üçün Müraciət Et