İtaliyada Təhsil

İtaliya təbiəti və tarixi yerləri ilə bütün dünyadan özünə turist cəlb edən bir ölkədir. Bu ölkənin xüsusi şəhərləri varkı həm təhsil səviyyəsinə, həm də görməli yerlərinə görə tələbələrin ən çox yerləşdiyi məkanlardan biridir. Bunlara Sapienza, Madrid, Siena və s aiddir. İtaliyada tehsil almağın bir çox üstünlükləridə mövcuddur. Aşağıda bu haqda daha ətraflı məlumatları oxuya bilərsiniz.

İtaliyada təhsil

Italiya Avropan cənubunda, Apennin yarımadasında yerləşən dünyanın ən çox inkişaf etmiş dövlətlərindən biridir.
Bugün İtaliya mədəni və iqtisadi cəhətdən dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri hesab olunur.ÜDM reytinqinə görə dünyada səkkizinci, Avropa İttifaqı ölkələri arasında üçüncü pillədədir. Bu əsrarəngiz ölkə səhiyyə və təhsil sahələrində qabaqcıl mövqedədir. Öz mədəni zənginliyi ilə fərqlənən ölkə xarici turistlər tərəfindən ən çox ziyarət edilən beçinci ölkədir. Burada gəzməli,görməli yerlər çoxdur.Amma bu ölkənin bəzi şəhərləri var ki, həm gözəl təbiətinə görə, həm də təhsil səviyyəsinə görə tələbələrin nisbətən daha çox yerləşdiyi məkanlardır.
Avropanın cənubunda yerləşən İtaliya Respublikasında müasir təhsil sisteminin təşəkkül tapması 19-cu əsrin ikinci yarısından başlayıb.1859-cu ildə qəbul edilmiş Kasati Aktı ölkədə savadsızlığın aradan qalxmasına layiqli töhvələr verib. Təsadüfü deyil ki, hazırda İtaliyada əhalinin savadlılıq səviyyəsi 98.5 faiz təşkil edir.
İtaliyada təhsil almaq üçün nə etməli:
İtaliyada təhsil Avropa ölkələri arasında ən çox tələbə qəbulu üzrə tanınan bir ölkədir. Qəbul zamanı çox çətin imtahanlar tələb olunmur. Hətta bəzi universitetlərdə ingilis dili və italyan dili sertiikatları da tələb olunmur. İstədiyiniz universitetə görə İELTS balı da tələb oluna bilər. Ancaq bu bütün universitetlər üçün keçərli deyil.
İtaliyada bakalavr və magistratura təhsili ala bilərsiniz.
İtaliyada ixtisaslar:
İtaliya bir çox sahələrdə yüksək ixtisaslı kadr hazırlayır. Mühəndislik,dizayn və s. kimi bəzi ixtisas seçimləri üçün ən ideal ölkələrdən biridir. Burada araşdırma ederek arzuladığınız ixtisas üzrə ən yaxşı universitetdə təhsil ala bilərsiniz.
İtalyada təqaüdlü təhsil
Sevindirici hal ondan ibarətdir ki, İtaliyada təqaüd ala bilmə şansı var.Təqaüd ildə azı 5000 euro ola bilir. Bundan əlavə universitetdə təhsil haqqından azad olma şansı da var.
İtaliyada təqaüd iki əsas göstəriciyə görə verilir:
1. Akademik göstərici
2. Ailənin büdcəsi
Bu təqaüdləri almaqda rəqabət güclü olduğuna görə mütəxəssislərlə məsləhətləşib düzgün prosedurları yerinə yetirmək lazımdır.
İtaliyada təqaüdlə təhsil iki ayrı posedurdan keçir:
İlk növbədə istədiyiniz univeritetdən qəbul almaq lazımdır və daha sonra təqaüdə müraciət edilir. Universitetlərə müraciət Noyabr ayından başlayır və iyuna qədər davam edir və normalda əksər universitetlər bu proseduru əYanvar-Aprel ayları arasında həyata keçirir. Elə universitetlər var ki,bunu 1-ci və 2-ci mərhələlərə bölür və bu da qəbul ola bilməyənlər üçün ikinci şans yaradır.
Tələb olunan sənədlər bunlardır:
• Diplom və əlavəsi( Əgər yoxdursa universitetdə oxuduğunuz haqqında arayış)
• Transkript
• İELTS
• Motivation letter
• Recommondation letter ( bəzi hallarda test imtahanı tələb edilə bilər)

Universitetlərə minimal qəbul şərtləri 6.0 (bəzən 5.5) İELTS 70+ göstərici olmalıdır.Daha yüksək nəticə sizin şansınızı yüksəldəcəkdir.
Universitetdən müsbət cavab aldıqdan sonra təqaüdə müraciət olunur. Təqaüdlər çoxdur. Sizlər üçün maraqlı ola biləcəyini düşünərək onlardan biri haqqında danışacağıq:
Bu “Regional Schoolship”dir. Ilk növbədə onu qeyd etmək olar ki,İtaliyada təqaüdlər və onların şərtləri regiondan regiona dəyişir. Bu Lodzio regionunun təqaüdüdür. Bu təqaüd akademik göstəricilərə görə deyil, daha çox ailənin maddi vəziyyətinə görə verilir.Təqaüdün verilmə miqdarı 000-5300 avro təşkil edir və hər vilayətə fərqli şəkildə verilir.
Universitetlərə müraciətlər kimi təqaüdlər üçün də müəyyən sənədlər tələb olunur:
Qeydiyyatda olduğunuz evin sahəsini təsdiq edən sənəd
Ailə tərkibi haqqında arayış
Ailənizdə işsiz varsa, onların adına işsizlik sənədi
Adınlza daşınmaz əmlakın olub-olmamasına dair sənəd
Ailənizdə işləyən şəxslərin son bir il ərzində əldə etdiyi gəlir( aylar üzrə)

Universitetə qəbul və təqaüd mərhələsinə müraciətdən sonra ən əsas mərhələ olan viza interview gəlir. Bu mərhələ daha çətin və streslidir.İnterview mərhələsində bir sıra fərqli suallar verilir ki, bunlara misal olaraq göstərə bilərik:
• Niyə məhz İtaliya?
• Niyə məhz bu ixtisas?
• İtaliyada tanışınız varmı?
Daha sonra mətn verirlər ki, onu oxyuyb sualları cavablandırmaq lazımdır.

Vizada tələb olunan sənədlər:
Ailənizdə gəliri olan şəxslərin son 3 ay ərzində əldə etdiyi maaşla bağlı çıxarılış
Bilet bronu
Tibbi səyahət sığortası
Universitet qəbul sənədi
Bankda və ya İtaliya bankında 5954€ olmasını təsdiq edən cari hesab sənədi və yaxud hər hansıAzərbaycan bankından son 6 ay ərzində əməliyyat dövriyyəsini özündə əks etdirən arayış

İtaliya Universitetləri haqqında

İtaliya dünyada rəqabətə davamlı ixtisaslaşdırılmış ali təhsil məkanı kimi tanınır. Ölkədə 95 universitet fəaliyyət göstərir. Bu ali məktəblərdən 70 faizi dövlət universitetidir.
İtaliya universitetləri bütün dünyada öz şöhrəti ilə tanınır. Dünyanın 500 ən yaxşı universitetləri sırasında yer tutan İtaliya universitetlərinə minlərlə əmüraciət olunur. İtaliyanın cəlbedici təbiəti y, yaşayış səviyyəsi, təhsil sisteminin vəhdəti buraya artan templə tələbə qəbulu etdirir.
Universitetlər öz qədimiliyi ilə seçilir. İtaliyada ən qədim universitet Boloniya universitetidir. İkinci sırada Pauda universiteti yer alır.
Bu universitet 1222-ci ildə təsis edilmişdir.

Maraqlı məlumatlar:
İtaliyanın bir çox universitetində təhsil aldığı ixtisas çərçivəsində dərs və müəllimi tələbələr özləri seçirlər.
İtaliyada təhsil alan tələbələr həftədə 20 saat müddətində işləyə bilərlər.
İş şəraitinə gəlincə burada yetərincə iş var. Coxlu beynəlxalq şirkətlər mövcuddur.Sadəcə digər ölkələrlə müqayisədə dil bilmək tələbinin olması azərbaycanlılar üçün iş tapmağa çətinlik yarada bilər.Amma dil öyrənmək problemini aradan qaldırsanız burada hər şeydən pul çıxarmaq olur.(Uber delivery, restoranlarda iş və s.) Yüksək səviyyəli iş üçün İtalyan dilini öyrənmək lazımdır.
Aylıq xərclər isə burada 500 avroya əqədər çıxır. Bəzən isə 350 avroya da aylığını başa vuranlar da var. Təbii ki, aylıq qazancı hər bir insan özü tənzimləyə bilər. Təxminən 350-500 avro ilə aylıq xərcləri idarə etmək olar.
İtaliyada yataqxana şəraiti
İtaliyada universitetlər tələbələrə yataqxanada qalmağı təklif edirlər. Amma yer tapmaq üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Həm təqaüd alan , həm də təqaüd almaya tələbələr üçün dövlət yataqxanaları mövcuddur. Şəhərə görə dəyişən qiymətlərlə 250-450 avroarasında yataqxana xərcləri olur.
Özəl yataqxanalar dövlət yataqxanalarından fərqli olaraq daha yaxşı avadanlıqlarla təchiz edilib və yüksək sosial fəaliyyətlər təklif edirlər.Təbii ki, belə yataqxanaların qiyməti nisbətən yüskəkdir. Bu qiymətlərə bütün kommunal xidmətlər daxildir. Avqust ayında ümumi təmizlik üçün bağlanır.
Bəzi tələbələr daha az xərc üçün kirayə ev tutub qalmağa üstünlük verirlər. Bu evlər şəhərdən asılı olaraq dəyişir. Ortaq ev tutmağın 250-800 avro arasında dəyişir.

İtaliyada təhsil almaq həm şəxsi həyatınız, həm də gələcök karyeranız üçün çox dəyişikliklər edəcəkdir. Belə ki, həm dünya standatrları səviyyəsində təhsil alacaqsınız, həm də yeni insanlarla tanış olub yeni dostlar qazanacaqsınız. Bu sizin dünyagörüşünüzə də təsir edecəkdir

Ən çox verilən suallar və cavavbları

İtaliyada Təhsil Haqqında

İtaliyada Təhsil
  • Niyə İtaliyada təhsil ?

    İtlayada təhsil almaq sizin gələcək karyera və şəxsi həyatınız üçün çox dəyişikliklər olacağı deməkdir. Burada həm keyfiyyətli təhsil ala bilər, həm xarici tələbələrlə dostlaşıb daha çox dünya görüşünə sahib ola bilərsiniz. Bu ölkə universitetlərinin təhsil üstünlükləri və özəlliklərinə, binalarının xüsusi dizaynına, kompusuna görə çox sevilir.

  • İtaliyada təqaüdlə təhsil mümkündür?

    Bu ölkəni seçənlərin çoxusu üçün təqaüd çox önəmlidir. Təqaüdlərinin qənaətbəxş olması, yaşamın nisbətən daha ucuz təkliflərlə verilməsi, universitetlər üçün ödənişin güzəştləri bu ölkənin universitetlərinə qəbul olmaq üçün ən önəmli faktorlardan biridir.

  • İtaliya universitetlərinə qəbul üçün İELTS lazımdırmı?

    Ən çox verilən suallardan biridə universtetlərə qəbul üçün İELTS vacibliyidir. Bəzi universitetlərin tələblərinə uyğun olaraq İELTS lazımldır. Amma bəziləri isə sadəcə skype müsahibə ilə kifayətlənə bilir. Burada əsas vacib məsələ dil səviyyənizin normal olması, ingiliscə və ya italyanca dil biliklərinizə sahib olmanızdır. Qəbul almaq istədiyiniz universiteti və ixtisası araşdırıb ona uyğun seçimlər etməyiniz lazımdır.

Xaricdə Təhsil Üçün Müraciət Et