Kanadada tehsil dünyada ali təhsil sistemləri arasında 5-ci yerdədir. Kanada hətta dünyanın ən sülh şəraitində olan ölkəsi sayılır. Kanada tədqiqat və təhsil sahəsində bütün ölkələrdən nailiyyətlərinə görə fərqlənir. Kanadada təhsil haqları Amerika, Böyük Britaniya və Avstraliyadakından təxmini 30% azdır. Bura hətta təhsilin keyfiyyəti baxımından da heç də geri qalmır və demək olarkı Amerika ilə ali təhsil sistemləri bir-birinə bənzəyir. Bu səbəbdən burada məzun olanlar ABŞ-da iş tapmaqda çətinlik çəkmirlər. Kanada universitet diplomları hətaa Rusiya və MDB-də də yüksək dəyərəndirilir.
Kanada təbii ehtiyatının çox olduğu və dünyanın Rusiyadan sonra ən böyük ikinci ərazisinə malik bir ölkədir. Həyat səviyyəsi və yaşayış baxımındanda qonşu ğlkələr arasında 5-ci yerdə qərarlaşıb. Ümumiyyətlə Kanadada yaşayış dünya ölkələrinə görə çox fərqli və rahatlığı ilə seçilir.
Kanadada 55 ali təhsil müəssəsi mövcuddur. Bu universitetlərdən 27-si dünyanın ilk 500 universitetinin sırasında yer almaqdadır. Universitetlərinin ərazisində üç və daha artıq yataqxana mövcud olur.
Digər ölkələrə baxanda Kanada universitetləri üçün təqaüd proqramları çox azdır. Təqaüd almaq sayı məhdud və rəqabət çox yüksək səviyyədədir. Burada hətta bakalavr dərəcəsində bütün tədris ilini ödəyə biləcək təqaüdlər mövcud deyil.
Dünyanın ən yaxşı yaşayış mühiti olan ölkədir və burada yaşayış və təhsil bütün dünya gənclərinin arzusudur. Təqaüd imkanları çox çətin olsa da qəbul aldıqda demık olarkı hər bir ehtiyacınızı qarşılayır. Universitetlər top 500 lər sırasındadır. Daxilində yataqxana, yemekxana və bir tələbə üçün lazım olan hər şey mövcuddur. Yaşayış xərcləri və işləmək imkanları yetərli qədər var.
Kanadada tehsil şərtləri bakalavrlar və magistatura qəbulu üçün çox çətindir çünki bu zaman bütün dünyadan qəbul üçün müraciət edənlərlə rəqabət etmiş olacaqsınız. Bunun üçün çox yüksək göstəricilərə sahib olmalısınız. Məsələn 4-6 GPA, 100-ə yaxın ortalama bal, İELTS +7 kimi göstəricilər lazımdır. Universitetlərin də hər birinin xüsusi tələbləri də varkı onlara da uyğun olmalıdır bu göstəricilər. Təqaüd üçün də şərtlər daha çox peşə və bacarıqlara görə dəyişir.