Kanadada təhsil

Kanadada tehsil dünyada ali təhsil sistemləri arasında 5-ci yerdədir. Kanada hətta dünyanın ən sülh şəraitində olan ölkəsi sayılır.  Kanada tədqiqat və təhsil sahəsində bütün ölkələrdən nailiyyətlərinə görə fərqlənir. Kanadada təhsil haqları Amerika, Böyük Britaniya və  Avstraliyadakından təxmini 30% azdır. Bura hətta təhsilin keyfiyyəti baxımından da heç də geri qalmır və demək olarkı Amerika ilə ali təhsil sistemləri bir-birinə bənzəyir. Bu səbəbdən burada məzun olanlar ABŞ-da iş tapmaqda çətinlik çəkmirlər. Kanada universitet diplomları hətaa Rusiya və MDB-də də yüksək dəyərəndirilir. 

Kanada təbii ehtiyatının çox olduğu və dünyanın Rusiyadan sonra ən böyük ikinci ərazisinə malik bir ölkədir. Həyat səviyyəsi və yaşayış baxımındanda qonşu ğlkələr arasında 5-ci yerdə qərarlaşıb. Ümumiyyətlə Kanadada yaşayış dünya ölkələrinə görə çox fərqli və rahatlığı ilə seçilir.

Kanadada 55 ali təhsil müəssəsi mövcuddur. Bu universitetlərdən 27-si dünyanın ilk 500 universitetinin sırasında yer almaqdadır. Universitetlərinin ərazisində üç və daha artıq yataqxana mövcud olur.

Niyə Kanada təhsil?

  • Kanadada yerləşən 55 ali təhsil müəssəsindən 27-si ilk 500 universitet arasında yer alır.
  • Dünyanın həyat səviyəsi və yaşayışı ən yaxşı olan bir ölkədə təhsil alacaqsınız və yeni, fərqli mədəniyyətlə tanış olacaqsınız
  • Təhsil həm keyfiyyətli, həm də maddi cəhətdən münasibdir.
  • İki dil öyrənmə – ingilis və fransiz dilində təhsil imkani. Fransız dilində təməl təhsili olanlar bəzi univerisitetlərdən çox asan qəbul ala bilərlər.
  • Təbi gözəllikləri ilə dünyada məşhur olan bir ölkəni rahatlıqla səyahət etmə imkanı
  • Kanada vətəndaşı olmaq şansı

Kanadada Bakalavr təhsili

Digər ölkələrə baxanda Kanada universitetləri üçün təqaüd proqramları çox azdır. Təqaüd almaq sayı məhdud və rəqabət çox yüksək səviyyədədir. Burada hətta bakalavr dərəcəsində bütün tədris ilini ödəyə biləcək təqaüdlər mövcud deyil.

Kanadada bakalavr təhsili əyalətlərindən asılı olaraq 3-4 il çəkir. Hər bir universitet üçün öz qəbul qaydalarını var. Kanadada bakalavr təhsili almaq üçün TOEFL IBT 90, IELTS 6.5 olmalıdır.

Tələb olunan ümumi sənədlər:

  • Orta məktəb diplomu (attestat);
  • IELTS, TOEFL və ya DELF / DALF sertifikatı;
  • aralıq transkript və ya qeyd vərəqəsi;
  • SAT test nəticələri;
  • Essey və ya motivasiya məktubu yazmaq;
  • Alınan mükafatların və ya təqaüdlərin təsdiqlənməsi;
  • Bank Bəyənaməsi
  • Xülasə.

Kanadada Magistatura təhsili

Kanadada magistatua təhsili bakalavrdan fərqli olaraq iki proqramdan ibarət olur.

  1. Elmi fəaliyyətə
  2. Müəyyən bir peşənin inkişafına yönləndirilmə.

Proqram əsasında təhsil 1 ilə 3 il  arasında davam edir.

Qəbul olmaq üçün əsas tələblər aşağıdakı kimidir:

  • Ən azı 3.0 – 4.0 GPA bakalavrı ( bizim sistemlə 80 bal üzəri);
  • GRE və ya GMAT, LSAT (hüquqşünaslar üçün test) giriş imtahanından keçmək;
  • IELTS(7.0), TOEFL(100) olmalı və ya DELF / DALF sertifikatı.
Ən çox verilən suallar və cavavbları

Kanadada təhsil Haqqında

Kanadada təhsil
  • Niyə Kanada?

    Dünyanın ən yaxşı yaşayış mühiti olan ölkədir və burada yaşayış və təhsil bütün dünya gənclərinin arzusudur. Təqaüd imkanları çox çətin olsa da qəbul aldıqda demık olarkı hər bir ehtiyacınızı qarşılayır. Universitetlər top 500 lər sırasındadır. Daxilində yataqxana, yemekxana və bir tələbə üçün lazım olan hər şey mövcuddur. Yaşayış xərcləri və işləmək imkanları yetərli qədər var.

  • Kanada Tehsil şərtləri necədir?

    Kanadada tehsil şərtləri bakalavrlar və magistatura qəbulu üçün çox çətindir çünki bu zaman bütün dünyadan qəbul üçün müraciət edənlərlə rəqabət etmiş olacaqsınız. Bunun üçün çox yüksək göstəricilərə sahib olmalısınız. Məsələn 4-6 GPA, 100-ə yaxın ortalama bal, İELTS +7 kimi göstəricilər lazımdır. Universitetlərin də hər birinin xüsusi tələbləri də varkı onlara da uyğun olmalıdır bu göstəricilər. Təqaüd üçün də şərtlər daha çox peşə və bacarıqlara görə dəyişir.

Xaricdə Təhsil Üçün Müraciət Et