Koreyada təhsil texnologiya və informasiya təhsili almaq istəyən tələbələrin ilk arzuladığı ölkələrdəndir. Burada cinayətlər çox aşağı səviyyədə olduğu üçün də dünyada ən təhlükəsiz ölkələrdən hesab olunur. Bu ölkənin xaricdə təhsil üçün üstünlük verilməsinin əsas səbəblərindəndə biri budur. Bura sakit həyat tərzi, fərqli mədəniyyət və yaşam tərzi görmək istəyənlər üçün çox uyğundur. 1967-ci illərdən bu yana Koreya 148 ölkədən 7000 mindən çox tələbəni təqaüdlə təmin etmişdir. Hər il isə təxminən 2000 minə yaxın tələbə dünyadan burada təhsil üçün müraciət edir.
Koreyada tehsil bakalavr dərəcəsi üçün 4 il, magistatura üçün isə 2 il olur. Burada universitetlər milli, ictimai və özəl olaraq 3 yerə bölünür.
Təhsil Koreyada iki dildə mövcuddur. Birinci dil korya dili ikinci isə ingilis dilidir. Koreya dili bilməyənlər üçün xüsusi kurlsar da mövcuddur ki, burada özünüz üçün öyrənə və daha faydalı ola bilərsiniz. TOPIK (Test of Proficiency in Korean) koreya dili üçün əsas göstərici hesab edili, İngilis dili üçün isə İELTS və TOEFL imtahan nəticələri lazımdır.
Bu ölkədə təhsil haqqları da universitet və yerlərə görə dəyişə bilir. Ortalama olaraq ixtisasa görə $1500-$10000 arasında dəyişir. Burada oxuyan xarici tələbələrin 97% faizi həm ölkədən həm də buradakı təhsildən çox razıdırlar. Hətta onların 50%-dən çoxu burada təhsilini bitirdikdən sonrada qalaraq işləmək istəyirlər. Çünki yaşayış və rahatlıq baxımından həqiqətəndə Koreya dünyada tanınınmış öndə gedən ölkələrdən biridir.
Koreyada yaşamaq nə üçün yaxşıdır?
Burada dörd dərəcəsində təhsilinizi davam etdirə bilərsiniz.
Təhsil almaq üçün Koreya səfirliyinə müraciət etdiyiniz zaman ancaq 3 universitet seçmək şansınız mövcuddur. Birbaşa universitetə müraciətlədə qəbul ala bilərsiniz. Qəbul prosesində isə aşağıdakılara diqqət etməyiniz vacibdirki bunlar təhsiliniz üçün lazımlı sənəd və şərtlərdir.
TOPİK sertifikatı 5-ci səviyyədə olan müraciətcilər dil kursuna girmədən birbaşa universitetə başlaya bilir. 5-ci səviyyə TOPİK sertifikatına sahib tələbələr üçün aylıq 100.000 Von aylıq təqaüdlər veriləcəkdir.
Koreya tələbələrin ən çox müraciət etdiyi və təhlükəsizlik baxımından güvəndiyi ölkələrdən biridir.