Macarıstanda təhsil son zamanlarda ən çox üz tutulan avropa ölkələri arasındadır. Burada təhsil keyfiyyəti, unviversitetlərinin təhsil haqqı xərcləri, təqaüd proqramları və s hər şey bir tələbə üçün çox uyğundur. Bundan başqa ölkə olaraq Macarıstan Şengen zonasına aidliyi üçün çox üstünlük görən bir yerdirki, tələbələr bu ölkədə yaşamaq vizası aldıqda digər avropa ölkələrinə rahatlıqla səyahət edə bilirlər. Hətta avropada bir çox şəhərlər üçün aviabiletlər də ən ucuz Budapeşt şəhərində mövcuddur.
Macaristanda tehsil almaq Avropa ölkələri arasında ən yaxşı təhsil sisteminə malik 5 ölkədən birində oxumaq deməkdir. Bura ali təhsil müəssələrinin reytinqinə, yaşayış səviyyəsinə, rahatlığına görə sevilən ölkələr siyahısındadır. Bundan başqa aşağıdakı bir neçə məqamlarda bu ölkənin üstünlükləri sırasındadır.
Macarıstana təhsil almaq üçün xüsusiylə magistatura pilləsinə daha çox müraciətlər olunur. Burada universitetlərin illik təhsil haqları digər avropa ölkələrinə görə qat qat daha münasibdir. Bundan başqa sizin Təhsil Nazirliyinin hökmətlərarası təqaüdü ilə pulsuz oxumaq şansınız var. Universitet xərclərindən azad olmaqdan əlavə hər ay təqribən € 240 cib xərciliyi də ala bilirsiniz. Hər il 200-ə yaxın tələbə bu şərtlərdən faydalana bilir. Bunun üçün əsas lazım olan yüksək göstəricilərə malik olmağınızdır. İELTS +6 üzəri olması və normal ortalama balı ilə istədiyiniz Macarıstan universitetinə təhsil üçün müraciət edə bilərsiniz.
Burada artıq təhsil alıb bitirmiş və təhsil almaqda davam edən tələbələrin rəylərinə əsasən deyə bilərik ki, Macarıstanda təhsil aldığınız müddətdə rahatlıqla iş tapa bilər və ixtisasınıza uyğun təcrübə proqramlarında iştirak edə bilərsiniz. Hökümət tərəfindən xarici tələbələrə rəsmi olaraq həftəlik 24 saat işləmək üçün icazə verilir. Bundan başqa dünyanın bir çox nəhəng şirkətlərində təhsili ilə paralel olaraq təcrübəçi kimi işləyən Azərbaycanlı tələbələrdə var.
Bu ölkədə təhsil almaq digər avropa ölkələrinə görə çox münasibdir. İstər təhsill haqqı istərsə də yaşayış xərclərində bu sizin üçün daha da rahatlıq qazandırır. Ölkədə universitetlərin illik təhsil haqları ixtisas və fakultədən aslı olaraq €3.000-11.000 arasında dəyişir. Yaşayış xərcləri isə ortalama €600 tutur.
Macarıstan universitetlərində bakalavr təhsili 3 illik, magistatura isə 2 illikdir. Burada yerləşən universitetlər dünyaca tanınan və göstəriciləri yaxşı olan universitetlər siyahısındadır. Aşağıdakılar bir neçəsinə aiddir.