Polsada tehsil avropa ölkələri arasında tələblərinə uyğun olaraq xaricdə təhsil üçün ən rahat qəbul alınan ölkələrdən biridir. 1000-ildən çox yaşı olan Polşa dövləti, Şimali Avropanın düz mərkəzində yerləşir. Ölkə, Avropa dövlətləri arasında böyük və İttifaqı arasında ən vacib üzvlərindən biri kimi mühüm mövqeyə malikdir.
Təhsil sisteminə görə Polşa ən dinamik inkişaf edən ölkələr sırasındadır. Son 12 ildə tələbələrin sayı 4 dəfə, ali məktəblərin sayı isə 5 qat artmısdır. Hər il bu ölkədə təxminən yarım milyon gənc universitet və kollec təhsilinə başlayır.
Polşada təhsil
Polşa Mərkəzi Avropada mülayim mövsümi iqlimə malik dövlətdir. İnkişaf etmiş iqtisadiyyata malikdir. Polşa yüksək səviyyəli yaşayış səviyyəsi,həyat keyfiyyəti,təhlükəsizlik,təhsil və iqtisadi azadlıqlarla yanaşı yüksək gəlirli iqtisadiyyatı da qoruyan inkişaf etmiş bir ölkədir.
Polşa şimalda Baltik dənizi,Litva və Rusiyanın Kalininqrad vilayəti,şərqdə Belarusiya və Ukrayna,cənubda Slovakiya və Çexiya, qərbdən isə Almaniya ilə həmsərhəddir.
Avropada təhsil sistemi ölkədən-ölkəyə dəyişir.Ümumilikdə deyə bilərik ki,bakalavr proqramlarına qəbul üçün ən azı 12 illik orta məktəb təhsiliniz olmalıdır. Lakin Polşa,Latviya,Litva kimi ölkələrdə belə bir tələb yoxdur. Bu ölkələrin universitetlərinə 11 illik təhsil haqqında attestatla rahatlıqla qəbul olmaq olar. Bakalavr proqramları 3-5 il davam edir. Magistr proqramları isə İngiltərə,Hollandiya,Latviya,Litva kimi ölkələrdə 1 il, Belçika,Almaniya, İsveç,Polşa kimi ölkələrdə 2 il davam edir.
Polşada təhsil imkanları olduqca genişdir. Təhsil sisteminə görə Polşa ən dinamik inkişaf edən ölkələr siyahısındadır.Son 12 ildə tələbələrin sayı 4 dəfə, ali məktəblərin sayı isə 5 dəfə artmışdır.Hər il bu ölkədə təxminən yarım milyon gənc kollec və universitet təhsilinə başlayır.Burada təhsil sistemi və universitetlər öz fərqliliyi ilə seçilir.Polşanın rəsmi dili Polyak dilidir. Orada insanlar bu dildə danışırlar. Ancaq gənclər ingilis dilinə daha çox üstünlük verirlər.Buna görə də Polşaya təhsil almaq məqsədilə getsəniz,2 dil öyrənmək imkanınız olacaqdır.
Turistlərin və beynəlxalq tələbələrin diqqətini cəlb edən əsrarəngiz ölkə təhsil sistemində də daim ön sıralarda yer almışdır.
Polşada ali təhsilin təqribən 800 illik tarixi var. 450-dən çox universitet olan ölkədə təkmilləşdirilmiş, Avropanın digər inkişaf etmiş olkələrindən geri qalmayan təhsil sistemi mövcuddur. Universitetlərdə beynəlxalq tələbə namizədləri üçün ingilis dilində təhsil proqramları təklif edilir.Polşanın ən böyük universiteti Varşava universitetidir.1816-cı ildə əsası qoyulmuş universitetin məzunları siyahısında İsrailin ilk baş naziri David Ben-Qurion və məşhur bəstəkar Frederik Şopen də daxil olmaqla bir çox məşhurlar yer alır.
Polşada imtahansız,attestatla təhsil almaq mümkündür.Beynəlxalq tələbə namizədləri Polşa universitetlərinə tək attestatla qəbul ola bilərlər.Polşa universitetlərinə qəbul imtahanının olmaması burada təhsil almaq arzusunu gənclər üçün daha cəlbedici edir. Siz sadecə ingilis dili və ya Polyak dilini öyrənərək təhsil haqqında şəhadətnamə (attestat), maliyyə qabiliyyətlik arayışı ilə universitetə müraciət edə bilərsiniz. Bundan əlavə Polşa universitetləri beynəlxalq tələbə namizədlərindən ingilis dili biliklərini sübut edən beynəlxalq dil imtahanları olan İELTS və ya TOEFL sertiikatı da tələb etmir. Burada həmin sertiikatların əvəzinə beynəlxalq tələbələrə Foundation Program (Hazırlıq proqramı) təklif edir ki, bu proqramda tələbələr təhsil almaq və kommunikasiya bacarıqlarına sahib olmaq üçün ingilis dili biliklərini təkmilləşdirib, təhsil almağa başlaya bilərlər.
Polşada bakalavr pilləsinə qəbul olmaq üçün aşağıdakı sənədlər lazımdır:
• Xarici şəxsiyyət vəsiqəsi
• Fotoşəkil
• Attestat sənədi
• İngilis dili sertiikatı
• Motivasiya məktubu və ya tövsiyyə məktubu(müraciət edilən universitet tələb etdiyi halda)
Polşa universitetlərində magist pilləsi üzrə təhsil almaq üçün bakalavr pilləsi üzrə göstəricilərin yüksək olması önəmlidir. Ümumilikdə seçim etdiyiniz universitet və ixtisasa görə şərtlər dəyişir. Bu səbəbdən müraciət etdiyiniz zaman universitetlərin rəsmi saytlarına daxil olaraq tələb olunan sənədləri ,şərtləri diqqətlə oxumaq lazımdır. Bəzi universitetlər motivasiya,tövsiyyə məktubları tələb etdiyi halda, bəziləri tələb etməyə bilər. Ancaq İELTS və TOEFL üzrə ingilis dili biliyinizi təstiqləyən sertiikatın təqdim olunması əsas şərtlərdəndir. Tədrisiniz böyük ehtimalla ingilis dilli olacağı üçün bu nəticəni təqdim etmədiyiniz halda əlavə bir il ingilis dili kursunda təkmilləşmə tətbiq etməli olacaqsınız.
Magistr təhsili üçün hansı sənədlər tələb olunur:
• Bakalavr diplomu
• Transkript
• Fotoşəkil
• Xaarici şəxsiyyət vəsiqəsi
• İELTS və ya TOEFL nəticəsi
• CV
• Motivasiya məktubu və ya tövsiyyə məktubu( müraciət olunan universitet tələb etdiyi halda)
Polşada müxtəlif ixtisaslar üzrə təhsil almaq mümkündür. Əgər tibb təhsili üzrə proqram və universitet axtarırsınızsa,Polşadakı tibb məktəbləri dünya səviyyəli təhsili ilə tanınır. Bu siyahıda ilk iki yeri Sileziya Tibb Universiteti və Varşava Tibb Universiteti tutur.
Polşanın ali təhsil sistemi həm də ixtisaslaşdırılmış texniki universitetləri ilə tanınır. Ali təhsil müəssisələri hər il mühəndislik və ya kompüter ixtisasları üzrə mütəxəssislər yetişdirir. Varşava Texnologiya Universiteti və AGH Elm Texnologiya Universiteti beynəlxalq reytinqlərdə xüsusi mövqeyə malikdirlər.
Polşada təhsil almaq üçün nə etməlisiniz?
Polşada təqaüdlə təhsil məsələləri bir qədər mürəkkəb prosesdir. Müsbət cavab almaq iqtisadi vəziyyəti aşağı olan və akademik göstəriisi yuxarı olanlar üçün daha münasibdir.
Polşa hökuməti ikitərəli beynəlxalq müqavilələr əsasında ölkənin dövlət universitetlərində təhsil almaq, tədqiqat aparmaq üçün universitet tələbələrinə,tədqiqatçılara və ya müəllimlərə çoxsaylı təqaüdlər təyin edir. Müvafiq şərtlərə avab verən əcnəbi tələbələr təqaüd ərizələrini Polşa hökumətinə və ya akademik tanınma və beynəlxalq mübadilə ofisinə (Biuro Uznawalnosci Wysztalcenia I Wymiany Miedzyarodowej-Buwiwm) göndərməlidir.Müraciətlərə büronun Polşada xarici məşğulluq və təhsil departamenti tərəfindən baxılır.
Polşada təqaüdlü təhsil proqramları
Aşağıda Polşada təqaüdlü təhsil proqramları haqqında ətraflı məlumatlar əldə edə bilərsiniz. Bu təqaüdləri əldə etmək üçün tələb və göstəricilərlə tanış olmalısınız.
1.BUWIWM təqaüdü –Akademik tanıma və beynəlxalq mübadilə bürosu tərəfindən dövlət universitetlərində araşdırma aparmaq istəyən tələbələrə Polşada təqaüdlü təhsil imkanı yaradır.
2.Ali məktəblərin təqaüdləri-Dövlət universitetləri tərəfindən verilən təqaüdlərdir.
3.Avropa birliyi təqaüdləri –Avropa Birliyi Fondları tərəfindən təmin edilən təqaüdlərdir.
4.NAWA təqaüdləri –Polşa Milli Akademik Mübadilə Agentliyi tərəindən verilir.
Polşa Universitetləri haqqında
Polşada 450-dən çox universitet və təhsil müəssisəsi var. Bunlardan üçü regional olaraq ən yaxşı akademik təhsil mərkəzi kimi tanınır. Bu universitetlər müxtəlif sahələrdə ixtisaslı kadrlar hazırlayır. Müəyyən edilmiş nətciələrinə görə Polşada ən yaxşı universitetlər aşağıdakılardır:
1. Varşava Universiteti (University of Warsaw)
2. Yagellon Universiteti (Jagiellonian University Krakow)
3. Adam Miçkeviç Universiteti(Adam Mickiewicz University-Poznan)
Polşada təhsil qiymətləri
Avropa ölkələrinin əksəriyyətinin təhsil qiymətləri ilə müqayisədə Polşa universitetlərinin təhsil qiymətləri xeyli aşağıdır. Ümumi olaraq illik 1500€-dan başlayır və çox nadir hallarda 3000€-u keçir. Burada təhsil almaqla Fransa,Almaniya, İngiltərə və Skandinaviya kimi digər ölkələrin universitetləri ilə müqayisədə maddi cəhətdən daha çox qənaət etmiş olarsınız.Misal üçün demək olar ki, Şimali Avropa ölkələrində təhsil haqqı tələbələr üçün təqribən illik 10000€ məbləğində təşkil edir.
Xaricdə təhsil almaq istəyən gənclər son zamanlar Polşaya üstünlük verirlər. Bu məqsədi qarşısına qoyan hər bir gənc maddi cəhətdən hazır olub olmadığını ayırd etməlidir.
Polşada təhsil almaq təkcə universitet xərclərinizi ödəmək deyil.Polşaya köçərkən yaşam və gündəlik xərcləri ilə bağlı büdcənizi planlı şəkildə hazırlamalısınız.
Yaşam xərclərini daha detallı qeyd etsək, deyə bilərik ki, ümumiyyətlə Polşa kifayət qədər sabit iqtisadiyyata malik Avropa ölkəsidir və beynəlxalq tələbələr üçün yaşam xərcləri ayda 350-550 EUR arasında dəyişir. Büdcənizi təhsil almaq istədiyiniz şəhər və ya bölgədən asılı olaraq tənzimləyə bilərsiniz.
Tələbələr qalmaq üçün yataqxanalardan istifadə edə bilərlər. Tələbə yataqxanasında ortaq otaq üçün ayda 70-90 ABŞ dolları və bir nəfərlik otaq üçün 120-180 ABŞ dollarından başlayan qiymətlərlə tələbələr üçün çox əlverişlidir.
Polşada təhsil alan beynəlxalq tələbələr bəzən yerli sakinlərlə bir yerdə qalmağa üstünlük verirlər. Bununla tələbələr yeni insanlarla tanış ola bilirlər. Həm də yaşayış xərclərini minimuma endirirlər.
Polşa universitetlərinin diplomları bütün avropa ölkələrində, həmçinin dünyanın bir çox ölkələrində tanınır. Yüksək keyfiyyətli təhsil, təcrübəli mütəxəssislər, praktiki təcürəbələr də öyrənə bilərsiniz. Burada yaşayış da digər ölkələrə nisbətən münasibdir.
Polsada təhsil bizim ölkə üçün hazırda ancaq əyani şərtlərlə mövcuddur. Təhsilinizi bu ölkədə bakalavr, magistatura dərəcəsində davam etdirə bilərsiniz.
Burada təhsil alan tələbələri ən çox maraqlandıran suallardan biri də yaşayış haqqındadır. Bizim şirkətlə əməkdaşlıq çərçivəsində siz istədiyiniz büdcəyə uyğun ekonom, standart yataqxanalarda yerləşdirilə bilərsiniz. Bunlar hər biri sizin büdcənizə uyğun olan seçimlərdir. Hətta məniz kirayələmək işlərinə də yardımcı ola bilərik.
Bu ölkədə təhsil haqqı seçdiyiniz şəhərə və universitetə görə fəqlənə bilir. Bu universitetdəki tədris dərəcəsindəndə aslıdır aşağıda ümumi olaraq Varşava üçün sizə tədris haqqı haqqında məlumatları təqdim edirik: Polyak dilində təhsil haqqı – illik 820-1300 avro Ingilis dilində təhsil haqqı – illik 1200 avrodan başlayaraq Təhsil haqqını hər ay, semestrlərlə və ya illik ödənilir.