Polsada tehsil avropa ölkələri arasında tələblərinə uyğun olaraq xaricdə təhsil üçün ən rahat qəbul alınan ölkələrdən biridir. 1000-ildən çox yaşı olan Polşa dövləti, Şimali Avropanın düz mərkəzində yerləşir. Ölkə, Avropa dövlətləri arasında böyük və İttifaqı arasında ən vacib üzvlərindən biri kimi mühüm mövqeyə malikdir.
Təhsil sisteminə görə Polşa ən dinamik inkişaf edən ölkələr sırasındadır. Son 12 ildə tələbələrin sayı 4 dəfə, ali məktəblərin sayı isə 5 qat artmısdır. Hər il bu ölkədə təxminən yarım milyon gənc universitet və kollec təhsilinə başlayır.
Polşa avropa ölkələri arasında tələbələr tərəfindən xaricdə təhsil almaq üçün ən çox müraciət edilən ölkədir deyə bilərik. Buradakı təhsil sistemi və universitetlər öz fərqliliyi və mükəmməlliyi ilə seçilir. Polşanın rəsmi dili polyak dilidir. İnsanlar ümumiyyətlə bu dildə danışırlar. Ancaq gənclər arasında İngilis dilinə daha çox üstünlük verilir. Təhsil məqsədi ilə Polşaya gedsəniz, 2 dil öyrənmək imkanınız olacaqdır.
Polsada təhsil dövlət təqaüdləri baxımından bir qədər mürəkkəb prosesdir. Burada qəbul almaq iqtisadi vəziyyəti aşağı olan vətəndaşlar və yüksək akademik göstəricisi olanlar üçün daha münasibdir. Əsas tələblərdən biri də İELTS imtahan göstəricisidir.
Aşağıda Polsada teqaudlu tehsil proqramlari haqqında ətraflı məlumatlar əldə edə bilərsiniz. Bu təqaüdləri əldə etmək üçün onun tələblər və göstərinilərini tanımalısınız.
Polşada 450 dən çox universitet və təhsil müəssisəsi var. Bunlardan üçü regional olaraq ən yaxşı akademik təhsil mərkəzi kimi tanınır. Bu universitetlərin geniş sahələrdə ixtisaslı kadrları var. İllik dəyərləndirmələrə görə Polşadakı ən yaxşı üç universitet olaraq aşağıdakılardır.
Polşada təhsil digər Avropa ölkələrinə nəzərən qismən normaldır. Ümumi olaraq illik 1500 €-dan başlayır və nadirən 3000 €-nu keçir. Fransa, Almaniya, İngiltərə və Skandinaviya kimi digər ölkələrindəki özəl universitetlərə nəzərən təhsil həyatınızda daha çox maddi qənaət edə bilərsiniz. Məsələn, Şimali Avropa ölkələrində təhsil tələbələrə təqribən illik 10000 €-a başa gəlir.
Polşa universitetlərinin diplomları bütün avropa ölkələrində, həmçinin dünyanın bir çox ölkələrində tanınır. Yüksək keyfiyyətli təhsil, təcrübəli mütəxəssislər, praktiki təcürəbələr də öyrənə bilərsiniz. Burada yaşayış da digər ölkələrə nisbətən münasibdir.
Polsada təhsil bizim ölkə üçün hazırda ancaq əyani şərtlərlə mövcuddur. Təhsilinizi bu ölkədə bakalavr, magistatura dərəcəsində davam etdirə bilərsiniz.
Burada təhsil alan tələbələri ən çox maraqlandıran suallardan biri də yaşayış haqqındadır. Bizim şirkətlə əməkdaşlıq çərçivəsində siz istədiyiniz büdcəyə uyğun ekonom, standart yataqxanalarda yerləşdirilə bilərsiniz. Bunlar hər biri sizin büdcənizə uyğun olan seçimlərdir. Hətta məniz kirayələmək işlərinə də yardımcı ola bilərik.
Bu ölkədə təhsil haqqı seçdiyiniz şəhərə və universitetə görə fəqlənə bilir. Bu universitetdəki tədris dərəcəsindəndə aslıdır aşağıda ümumi olaraq Varşava üçün sizə tədris haqqı haqqında məlumatları təqdim edirik: Polyak dilində təhsil haqqı – illik 820-1300 avro Ingilis dilində təhsil haqqı – illik 1200 avrodan başlayaraq Təhsil haqqını hər ay, semestrlərlə və ya illik ödənilir.