Rusiyada təhsil

Rusiya dünyanın sahəsinə görə ən böyük ölkəsidir. Bu ölkə ədəbiyyat, tarix, elektonika kimi bəzi sahələrinin inkişaf və fərqliliyi ilə seçilir. Rusiya bizim üçün yaxın və köhnə SSR ölkəsi olduğu üçün sıx əlaqədə olan ölkədir. Bu ölkəyə viza almaq bütün dünyada problemli olsada bizim üçün sadəcə passportla getmək mümkündür. Rusiyada tehsil de bunun kimi bizlər üçün çox sadə şərtlərlədir.

Rusiyada təhsil almaq həm maddi həm mənəvi cəhətdən çox uyğun seçimdir. Buranın bizim ölkəyə coğrafi baxımdan çox yaxın olması və mədəniyyətinin oxşarığı Rusiyada təhsil üçün ən yaxşı üstünlüklərdən biri və birincisidir. Dil probleminin həlli isə çox qısa müddətdə olur. Beləki burada 1 il dil öyrənmək üçün tədris ala bilirsiniz. Universitetlər daxilində və ayrı olaraq yataqxanaların qiyməti 30-40 $ olaraq dəyişir, aylıq yaşama xərcləri isə 200-­300 $ arasında ola bilir.  Burada tehsil almaq üçün yaş məhdudiyyəti yoxdur.

Rusiyada tehsil almaq üçün ne etməli? 

Rusiayada təhsil tək attestatla mümkündür. Buraya təhsil üçün qəbul ilin 12-i ayı davam etməkdədir. Rusiya universitetləri təhsilinizi davam etdirmək üçün sizə yaxın və təhsil səviyyəsi normal bir təhsil mərkəzləridir.
Rusiyaya tək məktəbi bitirən şəxslər deyil attestat almayan 9-cu sinifdən məktəbi bitirən kollec və peşə məktəbi məzunları da müraciət edə bilərlər. Təhsili qiyabi və əyani olaraq davam etdirmək mümkündür.

 Rusiyada qiyabi təhsil

Rusiyada qiyabi və əyani təhsil almaq mümkündür.  Burada qiyabi təhsil alan tələbələr ildə iki dəfə universitetdə olmaq şərti ilə tədris müddətlərini başa vura bilərlər. Getdiyinizdə hər dəfə 8-20 gün qalıb prosesləri başa vurmağınız kifayət edəcəkdir. Qiyabi tədris prosesi adətən 4-5 il olaraq seçilir. Qiyabi təhsil şansından faydalanmaq üçün bizə müraciət edə bilərsiniz.

Rusiyaya qəbul üçün lazımı sənədlər

  • Xarici pasport və şəxsiyyət vəsiqəsi
  • Saqlamlıq haqqında arayis, (Forma-86)
  • Attestat və ya diplom ( Olmaması haqqında arayış)
  • Doğum haqqında şəhadətnamə
  • SPİD sertifikatı
  • Valideyinlerin doğum haqqında şəhadətnaməsi (1990- ci ildən sonra doğulanlar üçün)
  • 3/4 ölçüdə  fotoşəkil ( 8 ədəd )
Ən çox verilən suallar və cavavbları

Rusiyada təhsil Haqqında

Rusiyada təhsil
  • Niyə Rusiyada Tehsil?

    Rusiyada ali təhsil məktəblərinə qəbul tək attestatla rahatlıqla mümkündür. Bunun üçün tələb olunan sənədlər və göstəricilər demək olar ki bir çox gəncə uyğundur. Maddi cəhətdən rahatlıq və mədəniyyətlərin demək olarkı eyni olması burada rahat tələbə həyatı yaşamağınız üçün tam idealdır.

  • Ancaq Atestatla təhsil mümkündür?

    Bu sual adətən kollec və ya peşə məktəbi oxuyanlara maraqlıdır. Hansı ki onları sevindirəcək bir xəbəri verəcəyik bəli mümkündür. Siz sadəcə bu göstəricilərlə bizə müraciət edərək bu ölkədə təhsil almaq üçün qəbul əldə edə bilərsiniz.

  • Qiyabi təhsil almaq olarmı?

    Rusiya universitetləri həm əyani həm də qiyabi təhsil üçün hər bir şəraiti yaratmaqdadır. Qiyabi tədris planı təxmini 4-5 il arasında mümkündür. Əyani isə 4 il ərzindədir və hər gün universitetə getmək məcburiyyətindəsiniz. Qiyabi tədris üçün isə il ərzində 2 dəfə minum 8, maksimum isə 20 gün digər imtahanlarınızıda vermək üçün qala bilərsiniz.

Xaricdə Təhsil Üçün Müraciət Et