ALES nədir?

ALES nədir?

Ales nədir? Qısaldılmış ALES olan imtahanın adı Akademik Kadrlar və Lisansüstü Təhsil İmtahanıdır.  Adından da göründüyü kimi, magistratura təhsilini davam etdirmək istəyən və ya doktorantura təhsili planlaşdıran insanların verdiyi imtahandır.  İldə üç dəfə keçirilən bu imtahanda bal aralığı 50 ilə 100 arasındadır. 

ALES nedir, ALES imtahani haqqında

ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı) magistr təhsili üçün müraciət edənlər və akademik heyətə təyin olunmaq istəyən namizədlər (tədqiqatçı köməkçiləri, mühazirəçilər, mütəxəssis tərcüməçilər və s.) tərəfindən nəticəsi əldə edilməli olan qəbul imthanı növüdür. Doktorantura qəbulları  zamanı da bu imtahan nəticəsi, ixtisas seçimindən asılı olaraq tələb edilə bilir və magistr dərəcəsi ilə müqayisədə qismən daha yuxarı nəticə tələbi qoyulur.

ALES imtahanı strukturu

İmtahan iki hissədən ibarətdir “sayısal” və ” sözəl”. Ümumiyyətlə 160 sual olur. İxtisasdan asılı olaraq 120 sualı 3 saat ərzində cavablandırmaq tələb olunur. İxtisasdan asılı o deməkdirki əgər siz mühəndissinizsə, o zaman texniki ağırlıklı, humanitar sahəsizsə söz ağırlıklı, əgər iqtisadiyyat (və ya bu tipli) sahələri seçirsizsə, o zaman  bərabər ağırlıklı suallar olur.

Yəni ki imtahan 3 hissədən ibarətdir :

1ci hissə Eşit ağırlıklı puan türü

İmtahan vermək istədiyiniz ixtisas bu kriteriyaya aiddirsə imtahanda Sayısal 1, Sayısal-2 ve Sözel-1 dən ümumilikdə isə 120 bal toplamağınız tələb olunur. Sözel-2 nəticəniz isə  elədə rol oynamır.

2- ci hissə Sözel puan türü

Qəbul olmaq istədiyiniz ixtisas bu kriteriyaya aiddirsə Sayısal 1, Sözəl 1 və Sözəl 2dən ümumilikdə 120 bal toplamanız lazımdır . Sayısal 2 nəticəsi  nəzərə alınmır.

3 – cü hissə Sayısal Puan Türü

Bu kriteriyaya cavab verən ixtisasa qəbul olmaq istəsəniz Sayısal 1, Sayısal 2 ve Sözel 1dən 120 bal toplamağınız istəniləcək. Sözel 2 nətinəniz burada rol oynamır.

Bildiyiniz kimi Türkiyədə magistr təhsili tezli və tezsiz olmaqla 2 hissədən ibarət olur. Siz tezsiz olaraq magistr təhsili almaq istəyirsinizsə sizdən ALES tələb olunmayacaq. Tezli magistr təhsili zamanı isə ALES və digər dil bilikləri olan imtahan nəticəsi tələb olunacaq. Bəzi universitetlər isə tələbələrdən qəbul prosesi üçün ALES imtahan sertifikatı tələb etmir.

Doktorantura səviyyəsinə qəbul zamanı ixtisas seçiminizdən asılı olaraq universitetlərin bəziləri tərəfindən ALES tələb olunur və magistr səviyyəsindən isə daha yüksək imtahan nəticə tələb edilir. Universitetdən asılı olaraq tələb olunan nəticə dəyişsədə, doktorantura səviyyəsi üçün ALES nəticəniz 80dən yuxarı , magistr səviyyəsi üçün isə balınız 70dən yüksək olmalıdır ki, seçim prosesində iştirak edə biləsiniz və həmçinin yaxşı universitetdə təhsil alasınız.

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *