Almaniyaya viza qiymeti
Rəsmi olaraq Almaniya Federativ Respublikası adlanan ölkə Mərkəzi Avropada yerləşir və parlamentli respublikadır. Cəmi 14 əyalət və hər biri alt bölgələrə bölünmüş 2 sərbəst şəhərdən ibarət olan həmçinin Almaniyanın ən böyük şəhərlərindən biri onun paytaxtı Berlindir. Berlindən sonra ən böyük şəhərlər Hamburq, Münhen, Köln, Frankfurt, Ştutqart, Düsseldorfdur. Dünyanın 3-cü ən böyük iqtisadiyyatına sahib olan Almaniya, ABŞ-dan sonra ən çox immiqrant qəbul edən ikinci ölkədir. Ölkədə 83 milyondan çox insan yaşayır.
Almaniyaya vize
Almaniya adi (qırmızı) pasport sahiblərindən ölkəyə daxil olmaq üçün viza tələb etdiyi halda, xüsusi (yaşıl) pasport, xidməti (boz) və diplomatik (qara) pasport sahiblərinə 180 gün ərzində 90 gün müddətinə vizasız giriş imkanı verir. . Lakin Almaniya Şengen ölkəsi olduğu üçün Almaniyaya səyahət üçün istifadə olunacaq pasportda əvvəllər alınmış çoxsaylı və etibarlı Şengen vizası varsa ayrıca alman vizası almağa ehtiyac yoxdur.
Almaniyanın vize istədiyi/istəmədiyi ölkələr
Almaniya Şengen ölkələri zonasında yerləşdiyi üçün Şengen zonasında Almaniyadan kənarda 25 ölkədə qanuni iqamətgahı olan şəxslər Almaniyaya vizasız ola bilərlər. Bu ölkələr aşağıdakılardır:
- Belçika İslandiya Polşa
- Avstriya İtaliya Portuqaliya
- Çexiya Latviya Slovakiya
- Danimarka Litva Sloveniya
- Estoniya Lüksemburq İspaniya
- Finlandiya Malta İsveç
- Fransa Hollandiya İsveçrə
- Yunanıstan Norveç Lixtenşteyn
- Macarıstan
Bəzi ölkələr 6 ay ərzində 90 gün müddətinə Almaniyaya vizasız səfər edə bilərlər.
Almaniyaya vize qiymeti
Almaniyaya vize qiymeti Azərbaycan Manatı ilə ödənilməlidir. Rüsum ödənişi üçün məbləğ Avro ilə təyin edilərək Səfirliyin aktual məzənnəsinə üyğun olaraq Manata çevrilir.
Rüsumdan azad olma və ya güzəştin tətbiqinə dair səbəblər ərizəçi tərəfindən birbaşa sənədlər təqdim olunarkən göstərilməlidir.
6 yaşa qədər pulsuz
6 – 11 yaş 40 €
12 yaşdan etibarən 80 €
Aİ dövlətlərinin vətəndaşlarının ailə üzvləri pulsuz
Şengen vizası ( qalma müddəti 90 günə qədər?
Azərbaycan Respublikası vətəndaşları üçün :
12 yaşa qədər – pulsuz
12 yaşdan yuxarı – 35 €
Aşağıdakı vətəndaşlar lazım olan sübutları göstərərək Rüsumdan azad ola bilərlər.
- Şengen ərazisində qanuni yaşayan Azərbaycan Respublikasının və ya Şengen ölkələrivətəndaşlarının yaxın qohumları
- – rəsmi dəvət əsasında rəsmi görüşlər, məsləhətləşmələr, danışıqlar və mübadilə proqramlarında habelə dövlətlərarası təşkilatların tədbirlərində iştirak edən rəsmi nümayəndə heyətlərinin üzvləri o cümlədən rəsmi nümayəndə heyətlərinin daimi üzvləri
- Tədqiqat və təhsil məqsədilə səfər edən şagirdlər, tələbələr, aspirantlar və onlarla birgə səfər edən pedoqoji kollektiv, həmçinin mübadilə proqramları çərçivəsində və digər təhsil məqsədləri üçün Əgər söhbət rəsmi təhsil proqramı çərçivəsində Almaniyada mütləq qalmaqdan və ya rəsmi mübadilə proqramından getmirsə, şagird və tələbələr prinsip etibarı ilə viza rüsumundan azad olunmur.
- Təcrübə keçənlər də viza rüsumundan azad deyillər
- Əlilliyi olan insanlar və ehtiyac olduğu təqdirdə onları müşayiət edən şəxslər
- Beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşə fəaliyyətləri ilə bağlı müşayiət edən şəxslər
- – elmi, mədəni, incəsənət tədbirlərinin iştirakçıları, o cümlədən ali məktəb və digər mübadilə proqramlarının iştirakçıları
- təcili tibbi müalicəyə ehtiyacı olan şəxslər və onların müşayiətçiləri
- yaxın qohumunun dəfninə səfər edən şəxslər
- – ağır xəstə olan yaxın qohumunun yanına gedən şəxslər
- kurslara, seminarlara və ya konfranslara səfər edən vətəndaş cəmiyyətlərinin nümayəndələri, habelə mübadilə proqramları çərçivəsində
- təqaüdçülər (= pensionerlər)
- jurnalistlər və texniki işçilər peşə ilə bağlı səfərləri
Rüsumdan azad olunmaq üçün yuxarıda adı çəkilən arayışları viza üçün müraciət edərkən birbaşa təqdim edilməlidir, əks halda viza rüsumu ödənilməlidir.
Milli viza (qalma müddəti 90 gündən artıq)
Vizanın rüsumu Azərbaycan manatı ilə ödəməlidir.
0 – 17 yaş – 37.50 €
18 yaşdan etibarən – 75€
Stipendiatlar – pulsuz
Alman vətəndaşlarının həyat yodaşları və azyaşlı uşaqları – pulsuz
Mövzu haqqında fikir bildir.