Anadolu Universiteti Azərbaycan proqramları
1958- ci ildə təşkil edilən Anadolu Dövlət Universitetinin əsasını Eskişehir İqtisadiyyat və Ticarət Elmlər Akademiyası təşkil edirdi. 1982- ci ildən Anadolu Universitetinə çevrilərək az bir zamanda dünyanın və ölkənin böyük universitetləri arasında dinamik və müasir universitet olaraq yer almışdır.
Anadolu Universiteti, 12 Fakültə, 1 Dövlət Konservatoriyası olmaqla 3 ali məktəb, 2 peşə məktəbi, magistratura və doktorantura səviyyəsində olan 6 İnstitut və 30 araşdırma mərkəzindən ibarətdir.
Universitet bu gün Türkiyə və 30- dan çox ölkədə distant təhsil alan tələbə sayına görə Avropa universitetləri sırasında 1,dünya universitetləri siyahısında isə 3- cü yerdədir.
Anadolu Universiteti ” Azərbaycan proqramları” na Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Səfirliyi, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Təhsil Müşavirliyi tərəfindən mütəmadi təşkilati dəstək göstərilməkdədir.
Anadolu Universiteti distant təhsil
Universitet 2009 – cu ildən başlayaraq Türkiyə Cumhuriyyətinin Prezidenti yanında Ali Təhsil Şurasının (Yüksek Öğretim Kurulu-YÖK) müvafiq qərarına əsasən Azərbaycanda yaşayan Azərbaycan, Türkiyə və başqa ölkə vətəndaşlarının da distant təhsil alması üçün imkan yaratmışdır. Anadolu Universiteti 26 avqust 2014-cü il tarixdə imzalanan protokola əsasən distant təhsil alan tələbələrə daha keyfiyyətli xidmət göstərilməsi üçün Azərbaycan Türkiyə İşadamları Birliyi (ATİB) ilə əməkdaşlığa başlamışdır.
ATİB və Anadolu Universiteti arasındakı “Anadolu Üniversitesi Azerbaycan Açıköğretim Programları Protokölü”nün müvafiq maddəsinə uyğun olaraq, universitetin Azərbaycandan distant formada ali təhsil alan tələbələrinə 2 sentyabr 2014-cü il tarixdən başlayaraq, onlara bu sahədə texniki xidmətlər göstərilməsi üçün ATİB-lə Türkiyənin “Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Anonim” Şirkəti arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Universitet Azərbaycandakı Türkiyə vətəndaşı, Azərbaycan vətəndaşı və digər ölkə vətəndaşı olan tələbələrə texniki xidmətlər bu şirkət tərəfindən və şirkətin Azərbaycandakı nümayəndəliyi tərəfindən göstərilməlidir.
Anadolu Universiteti distant təhsil sahəsində 36 ildən çox təcrübəsi ilə tələbələrin distant yolla təhsil almaları üçün müasir dövrün tələblərinə uyğun qlobal tədris qurubdur.
Universitetdə distant təhsil alan və fərdi qaydada hazırlaşan tələbələr üçün universitin rəsmi internet səhifəsində tələbə girişi bölümü yer alır. Azərbaycanda da distant formada təhsil alan tələbələr üçün şərti olaraq Azərbaycan proqramları adı altında ayrica portal var.
Hər bir tələbə tələbə biletinin nömrəsi və ona verilmiş xüsusi şifrə ilə Anadolum “e-kampüs” portalına daxil olaraq təhsil aldığı tədris proqramı üzrə dərs vəsaitlərini əldə edə, eyni qaydada dərs kreditlərini, semestr-imtahan nəticələrini izləyə bilər.
Azərbaycanda olan tələbələrin də bütün ixtisaslara aid həm elektron formatda, həm də kağız formatında kitablardan istifadə etmək imkanları da var. Həmçinin həftənin 5 günü olmaqla Eskişehir`dən Anadolu Universitetinin professor-müəllim heyəti tərəfindən canlı videokonfrans vasitəsilə interaktiv dərslər keçirilir.
Anadolu Universiteti qəbul qaydaları
Universitetə qəbul imtahanı Türkiyə Səfirliyinin dəstəyi və Anadolu Universitetinin nümayəndə heyyətinin iştirakı ilə Bakı şəhərində test üsulu ilə həyata keçirilir.
Qəbul imtahanı hansı fənnlər üzrədir?
Universitetdə Azərbaycanı tərk etmədən distant formada təhsil almaq üçün iki fənn üzrə (Türk dili və Məntiq Riyaziyyat) imtahanda iştirak etməlisiniz. İmtahanda ümumilikdə 80 sual olur, 40-ı Türk dili, 40-ı isə Məntiq Riyaziyyat. İmtahanda səhv düzü aparmır.
Bakalavr ixtisasına qəbul olmaq üçün, keçid balı 170-dir. Subbakalavr ixtisasına qəbul olmaq üçün isə keçid balı 150-dir.
Qəbul imtahan balının nəticəsinin hesablanması Türkiyə Cumhuriyyətinin mövcud bal şkalasına “Çan Eğrisi Not Sistemi”nə uyğun olaraq hesablanır.
Anadolu Universitetinə qəbul üçün lazım olan sənədlər aşağıdakılardır :
- Attestatın və ya Kollec Diplomunun Türkiyə Respublikasının Azərbaycandakı Təhsil Müşavirliyində bərabərlik sənədi
2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti.
3. 4×5 ölçüsündə 4 ədəd fotoşəkil.
4. 3×4 ölçüsündə 2 ədəd fotoşəkil.
Universitetdə təhsil Türk və İngilis dilində keçirilir.
İngilis dilində təhsil almaq üçün nə etmək lazımdır?
İnternational Relations” (Beynəlxalq Münasibətlər) və “Business Administration” (Biznesin Təşkili və İdarə Edilməsi) ixtisaslarına qəbul olmaq üçün Anadolu Universiteti tərəfindən keçirilən “Yabancı Dil Yeterlilik Sınavı”ndan ən az 60 bal toplayan, Türk- Dili və Məntiq Riyaziyyat fənlərindən 170 və üzərində nəticə toplayan abituriyentlər təhsil ala bilərlər.
Təhsil haqqını necə ödəmək olar?
Təhsil haqqı tələbənin şəxsi bank hesabından (18 yaşı tamam olmayanlar ailə üzvlərinin və ya yaxınlarının) universitetin təqdim etdiyi Türkiyə Cumhuriyyətindəki mövcud bank hesabına köçürülməklə ödənilir.
Mövzu haqqında fikir bildir.