Atatürk universiteti qiyabi təhsil

Atatürk universiteti qiyabi təhsil

Qiyabi təhsil tələbələrin daha çox üstünlük verdiyi təhsil növüdür. Qiyabi təhsilin ən böyük üstünlüyü təhsil aldığınız müddətdə işləyə bilməyinizdir.

Azərbaycanlı tələbələrin qiyabi təhsil üçün ən çox önəm verdiyi ölkələrdən biri Türkiyədir. Ən əz məsafəmiz Türkiyə ilə olsada tələbələr Türkiyədə qiyabi təhsil almağa daha çox üstünlük verirlər.

Atatürk universiteti haqqında ⬇️

Azərbaycanlı tələbələrin ən çox üstünlük verdiyi universitetkərdən biri – Türkiyənin ən böyük, tanınmış universitetlərindən olan Atatürk universitetidir. Atatürk universiteti Türkiyənin ən qədim 7- ci universitetidir. Universitetin əsası 1957-ci ildə yaradılıb.

Universitet Türkiyənin Ərzurum şəhərində yerləşir.

  • 23 fakültə
  •  8 institut
  •  1 kollec
  •  1 dövlət konservatoriyası
  •  12 peşə məktəbi
  •  25 tədqiqat və tətbiq mərkəzindən ibarətdir.

Universitetə qəbul olmaq üçün Ankara, İstanbul, Qara dəniz bölgəsindəki şəhərlərdə də imtahan  vermək olar. Türkiyədə imtahanlarda uğur qazana bilməyən Azərbaycanlı tələbələr Azərbaycanda da universitetə imtahan verə bilərlər.

Universitetdə oxuya biləcəyiniz ixtisaslar⬇️

İqtisadiyyat

• Dövlət idarəçiliyi

• Reklam

• İctimaiyyətlə əlaqələr

• Tibb işinin təşkili

• Sosiologiya

➡️  Qəbul qaydaları :

Siz Türkiyənin ən prestejli universitetlərindən olan Atatürk universitetində heç bir imtahan vermədən yalnız attestatla da təhsil ala bilərsiniz. Qiyabi təhsil zamanı ildə iki dəfə, 6 aydan bir universitetə getməyiniz bəs edir. Yalnız imtahan sessiyalarında getmək lazımdır. Hər gedişinizdə 3 gün qalmaq bəs edir. İmtahanlar ildə 2 dəfə Türkiyə də, 2 dəfə Azərbaycanda – Bakıda keçirilir. Əgər Türkiyədə keçirilən imtahanlarda uğur qazana bilməsəniz Azərbaycanda keçirilən imtahanlara qatıla bilərsiniz. İmtahanlar Türkiyənin İzmir. Ankara İstanbul və s şəhərlərində keçirilir.

➡️ Universitetdə təhsil qiymətləri :

Atatürk universiteti qiyabi təhsil zamanı qiymətlər 1200 TL,yəni 420 USD – dır. Təhsil haqqını ildə iki yerə bölüb yəni 6 aydan bir ödəyə bilərsiniz.

Universitetdə siz təhsil haqqı ödəmədən, təqaüd proqramlarına qoşularaq pulsuz tehsil də ala bilərsiniz.

Universitetə qəbul olduqdan sonra ilk gedişinizdə heç bir imtahana girmirsiniz. Sadəcə sənədləri təqdim edib təhsil haqqını ödəyirsiniz. Əgər ilk dəfə özünüz getmək istəməsəniz etibarnamə ilə sizi başqası əvəz edə bilər. Yada hansısa xaricdə təhsil şirkəti nümayəndəsi ilk prosedurları sizin əvəzinizə edə bilər.

Türkiyədə qiyabi təhsil müddəti 4 ildir. Online təhsil zamanı universitet bütün vəsaitlərlə pulsuz təmin edir.

Qiyabi təhsil alan tələbələrə hərbi möhlət hüququ verilmir. Hərbi möhlət hüququ yalnız əyani oxuyan tələbələrə aiddir.

Qiyabi təhsil zamanı attestat qiymətlərinizə ehtiyac yoxdur. Tələbələrə yaş limiti qoyulmur.

➡️ Ataturk universitetine müraciət üçün lazım olan sənədlər :

  • Attestat və transkript
  • Xarici pasport və şəxsiyyət vəsiqəsi
  • Şəkil 4,5 x 6  (6 ədəd)

8 Rəylər

  1. Men bilmek isdeyirem bes imtahanlardan kesildin 2 kursk imtahanlarindan kečmek olurmu?kitabsiz hazirliqsiz?.odenilen mebleğ nece olacaq?. Kitab verilmir.nece oxuyacaq uşaqlar.oxumadan imtahandan nece kemek olur.

  2. Salam magistratura təhsili üzrə MBA proqramı üzrə bilmək istərdim ki Atatürk Universitetində təhsil haqqı nə qədərdir və mən MBA təhsili üzrə hansı ixtisaslar üzrə oxuya bilərəm birdə distant təhsillə onlayn şəkildə oxusam magistraturada diplomu Azərbaycanda tanınırmı yoxsa mütləq Türkiyədə oxumalıyam

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *