Attestatla xaricde tehsil

Attestatla xaricde tehsil

Gənclər üçün ali təhsili xaricdə almaq artıq bir xəyal deyil. Hər bir gənc bu arzusunu artıq reallaşdıra bilər. Siz xaricdə həm magistr həmdə bakalavr təhsilinizi ala bilərsiniz. Müəyyən şərtləri ödədikdən sonra. Attestatla xaricde tehsil haqqında daha ətraflı məlumatı bu yazıdan əldə edə bilərsiniz.

Xaricde tehsil almaq üçün hər zaman imtahan vermək məcburiyyəti olmur. Yəni siz heç bir imtahan vermədən yalnız attestatla xaricdə təhsil ala bilərsiniz.

Attestatla Bakalavr təhsili üçün lazım olan sənədlər :

1.Attestat (Attestat yoxdursa 11 ci sinifi bitirdiyinə dair arayış)

2. Transkript (Qiymət cədvəli) 9-10-11 qiymətlərinin çıxarılışı – Məktəb direktoruna müraciət edərək Transkript əldə edə bilərsiniz. Cədvələ 9- cu sinifin qiymətləri şəhadətnamədən, 10- cu sinifin qiymətləri arxivdən, 11- ci sinifin qiymətləri isə attestatdan yazılır. Əgər 11- ci sinifi tam bitirməmisinzsə 9 və 10- cu sinifin qiymətləri ilə müraciət etməlisiniz.

3. Fotoşəkil 3×4 ölçüsündə (12 ədəd) – Universitetin və ölkənin qaydalarına görə şəkillər dəyişir. Məsələn Türkiyədə attestatla təhsil üçün 8 ədəd 3×4,  və 8 ədəd 4,5×6 ölçüdə, Ukraynada təhsil üçün isə 8 ədəd 3×4 ə şəkil lazımdır.

4. Xarici Passport və ya Şəxsiyyət vəsiqəsi. – Passport əsas sənədlərdən biri sayılır. Xüsusilə də oğlan uşaqları üçün. Əgər oğlanlar xarici pasport olmadan universitetə qəbul olsalar belə qəbul olduqlarına dair arayışı almaq üçün universitlərə getmələri tələb olunacaq. Buna görə də Hərbi xidmət problemi yaranacaq. Yəni nə ölkədən çıxa biləcək nədə ki komissarlıq hərbi möhlət hüququ verməyəcək. Buna görə də oğlan uşaqları mümkün qədər tez xarici pasport almalıdırlar.

Magistr üçün lazım olan sənədlər :

1. Bakalavr diplomu

2. Transkript (Qiymət cədvəli dekanlıqdan istəsəniz veriləcək) qiymətlərinin çıxarılışı (4 illik)

3. Fotoşəkil (rəngli) 3×4 ölçüsündə 12 ədəd

4. Xarici Passport və ya Şəxsiyyət vəsiqəsi

5. 2 Ədəd tövsiyə məktubu universitet müəllimlərindən.

6. Niyyət məktubu 1 ədəd.

Sağlamlıq arayışı – Elə ölkələr var ki qəbul olan tələbədən sağlamlıq haqqında arayış tələb edirlər. Məsələn Ukrayna tələbələrdən şəkilli sağlamlıq haqqında arayış tələb edir. Yaşadığınız yerdə yerləşən xəstəxanadan arayış ala bilərsiniz. Türkiyə tələbələrdən arayış tələb etmir.

Əgər xaricdə təhsil almaq istəyirsinizsə, amma 18 yaşınız tamam olmayıbsa bu zaman natarusdan ölkədən çıxış üçün ata və ananızdan razılıq ərizəsi alınmalıdır. Valideynləriniz natarusa birgə yaxınlaşıb sizin ölkədən çıxışınız üçün razılıq ərizəsi verməlidirlər.

Xərclərin qarşılanması-  Bəzi ölkələrdə məsələn Türkiyədə təhsil almaq üçün kimsə, istənilən şəxs və ya ata-ananız sizə natarusda Türkiyədə oxuduğunuz müddət ərzində  bütün maddi xərclərinizi qarşılayacağına dair davernus verməlidir.

Aşağıdakı ixtisaslar üzrə attestatla xaricde tehsil ala bilərsiniz :

  • İqtisadiyyat
  • Beynəlxalq münasibətlər
  • İdarəetmə (Menecment)
  • Maliyyə
  • Bank işi
  • Turizm
  • Müəllimliyi
  • Mexanika  Mühəndisliyi
  • Elektrik Mühəndisliyi
  • Komputer Mühəndisliyi
  • İnşaat Mühəndisliyi
  • Aqronomluq
  • İncəsənət
  • İdman
  • Digər ixtisaslar…

Türkiyə universitetlərinin demək olar ki hamısının diplomu Azərbaycanda tanınır. Və Əsgərlikdən möhlət hüququ verilir. Həmçinin oxuya- oxuya rəsmi işləmək imkanına sahibsiniz.

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *