Data Elmi nədir və ixtisasını niyə seçməlisiz? Dünya üniversitetləri arasında ən yaxşı Data elmi fakultəsi hansılardı?

Sürətlə inkişaf edən dünyada Data elmi aparıcı ixtisaslara çevrilərək, əmək bazarında ən çox ehtiyac duyulan ixtisaslara çevrilmişdir. Suni intellektin, böyük həcli məlumatların (big data) və avtomatlaşdırmanın  sürətli yüksəlişi bu sahədə peşəkar kardların tələbini kəskin artırıb. Buna görə də, data elmi üzrə təhsil almaq istəyən tələbələrin düzgün universitet seçmələri böyük və ciddi addımdır. 

Müasir universitetlər təkcə nəzəri bilik deyil, həm də tələbələrə real layihələrdə iştirak etmək, qabaqcıl tədqiqat mərkəzlərində çalışmaq və böyük şirkətlərlə əməkdaşlıq çərçivəsində praktiki təcrübə qazanmaq imkanı verir. Xüsusilə statistik analiz (statistical analysis), maşın öyrənməsi (machine learning), məlumat mühəndisliyi (information engineering) və tətbiqi analitika kimi sahələr üzrə güclü proqramlara malik universitetlər, gələcək data mütəxəssislərinə həm nəzəri, həm də praktik hazırlıq təmin edir.

Bu məqalədə dünyanın ən yaxşı data elmi, data elmi universitetlərini, onların üstünlüklərini və niyə qlobal miqyasda tələbələr tərəfindən seçildiklərini araşdıracağıq.

Data Elmi nədir?

Data elmi çox şaxəli bir sahə olub statistika, riyaziyyat və kompyuter elmlərindən lazımlı məlumatın emal edilməsi ilə məşğuldur. Bu sahədə geniş və mürəkkəb tərkibli məlumatların informasiyası toplanılır, təmmizlənir, təhlil edilir, tendensiyaları müəyyənləşdirib və qərar qəbul etmə prosesini dəstəkləməkdir.

Data elmi harada istifadə edilə bilər?

Data elmi son illərdə demək olar ki, bütün sahələrin ayrılmaz hissəsinə çevrilib. Böyük məlumatların analizi, proqnozlaşdırıcı modellərin qurulması və avtomatlaşdırılmış qərar mexanizmləri müəssisələrə daha effektiv işləmək, riskləri azaltmaq və rəqabətdə üstünlük qazanmaq imkanı verir. Aşağıdakı sahələr data elminin ən geniş tətbiq olunduğu istiqamətlərdir:

Maliyyə və Bankçılıq

Maliyyə sektorunda data elmi risklərin qiymətləndirilməsi, kredit qabiliyyətinin təhlili və investisiya portfellərinin optimallaşdırılması üçün geniş istifadə olunur. Banklar müştərilərin davranışlarını analiz edərək fərdiləşdirilmiş xidmətlər təqdim edir və hazırki vəziyyətə uyğun cəld qərarlar qəbul edə bilir.

Səhiyyə və Tibb

Səhiyyədə data elmi xəstəliklərin erkən diaqnozu, tibbi görüntülərin analizi, xəstə risk modelləri və fərdiləşdirilmiş müalicə planları üçün mühüm rol oynayır. Böyük məlumat dəstələri həkimlərin qərarvermə prosesini daha dəqiq edir, səhvləri azaldır və pasiyent nəticələrini yaxşılaşdırır.

Elektron Ticarət və Marketinq

E-ticarət platformaları müştəri davranışlarını analiz edərək məhsul tövsiyə sistemləri yaradır, alış tendensiyalarını təxmin edir və satış strategiyalarını optimallaşdırır. Bu, həm istifadəçi təcrübəsini, həm də şirkətlərin gəlirliliyini artırır.

Nəqliyyat və Logistika

Logistika şirkətləri marşrut optimallaşdırması, çatdırılma vaxtının proqnozlaşdırılması və anbar idarə etməsi üçün data elmidən geniş istifadə edirlər. Avtomatlaşdırılmış sürücüsüz nəqliyyat vasitələri də məhz data elmi və maşın öyrənməsi üzərində qurulub.

Media və Əyləncə Sahəsi

Strim platformaları (videoyayım xidmətləri) izləyici davranışlarını təhlil edərək fərdi tövsiyələr təqdim edir. Sosial media isə istifadəçi maraqlarını, trendləri və davranışları analiz etmək üçün data analizindən istifadə edir.

İqtisadiyyat və Dövlət İdarəçiliyi

Dövlət qurumları data elmidən istifadə edərək iqtisadi trendləri proqnozlaşdırır, şəhər planlamasını təkmilləşdirir və vətəndaş xidmətlərini optimallaşdırır. “Smart city” layihələrinin əsasını da məhz məlumat analitikası təşkil edir.

İdman və Analitika

Klublar oyun strategiyalarının qurulması, idmançı performansının ölçülməsi və qarşıdakı matç nəticələrinin proqnozlaşdırılması üçün data elmidən istifadə edirlər. Data əsaslı qərarlar idmanda rəqabət üstünlüyü yaradır. Buna həmçinin kazino və digər mərc xarakterli oyunların analitikası daxildir ki, Mostbet kazino buna misal ola bilər.

Data Elmi üzrə Universitet Seçərkən Nələrə Diqqət Etməliyik?

Data elmi sahəsində doğru universiteti seçərkən bir neçə meyarları nəzərə almaq vacibdir. Təhsil proqramının keyfiyyəti sizin gələcək bilik bazanıza birmənalı təsir edir. Data elmini dərindən qavramaq üçün statistika, maşın öyrənməsi, Süni İntellekt və proqramlaşdırma üzrə güclü baza mütləqdir. Təhsil aldığınız müddətdə robotika, dərin öyrənmə, NLP və böyük məlumatlar üzrə laboratoriyalar  üzrə Tədqiqat imkanları sizin bilik və bacarıqlarınızı genişləndirəcəkdir. Gələcək karyeranın uğurlu irəliləməsi üçündə real layihələr əsasında praktik təcrübə təqdim edən Təcrübə proqramlarına diqqət etmək lazımdır. Əlbəttə ki, Data elmi sahəsində aktiv fəaliyyət göstərən müəllimlərin fakültə təcrübəsi və yüksək reytiqlərdə yer alan nüfuzlu universitetləri seçərkən nəzərdən buraxmalı olmadığımız kriteriyalardandır.

Data Elmi üzrə Dünyanın Ən Yaxşı 5 Universiteti

Massachusetts Institute of Technology (MIT) — ABŞ

MIT data elmi, süni intellekt və maşın öyrənməsi üzrə dünyanın ən nüfuzlu mərkəzlərindən biridir. CSAIL laboratoriyası, qabaqcıl tədqiqatlar və güclü sənaye tərəfdaşlıqları sayəsində tələbələr üçün əvəzsiz imkanlar yaradır.

Stanford University — ABŞ

Stanford-un Silikon Vadisinə yaxınlığında yerləşməsi tələbələrə Google, Apple, Meta, NVIDIA və digər texnologiya nəhəngləri ilə real layihələr və təcrübələr əldə etmək imkanı verir. Universitet AI və statistik modelləşdirmə üzrə çox güclü akademik bazaya malikdir.

Carnegie Mellon University (CMU) — ABŞ

CMU-nun Maşın öyrənməsi departamenti və Robotika Institutu dünyada ən tanınmış tədqiqat mərkəzlərindəndir. Universitet xüsusilə maşın öyrənməsi, robotika və tətbiqi analitika üzrə lider sayılır.

University of California, Berkeley (UC Berkeley) — ABŞ

Berkeley data elmi, statistika və AI üzrə ən innovativ mərkəzlərdən biridir. “Berkeley AI Research Lab” və “Data Science Division” tələbələrə nəzəriyyə və praktikanın ideal kombinasiyasını təqdim edir.

ETH Zurich — İsveçrə

ETH Zurich Avropanın data elmi və mühəndislik üzrə ən güclü universitetidir. Riyazi zəminin güclü olması, yüksək səviyyəli tədqiqatlar və dərin öyrənmə üzrə dünya səviyyəsində nailiyyətləri ilə tanınır.

Data elmi qlobal iş bazarını dəyişdirməyə davam edir və demək olar ki, bütün sənayelərdə yüksək təsirə malik karyera imkanları yaradır. Doğru universiteti seçmək tələbələrə real layihələr, güclü tədris proqramı və geniş tədqiqat imkanları təqdim edərək bu sahədə uğurlu gələcək qurmağa kömək edir. İstər maşın öyrənməsinə, istər böyük verilənlərə, istərsə də AI innovasiyalarına maraq göstərən tələbələr üçün bu siyahıda qeyd olunan universitetlər data elmi sahəsində ən yaxşı başlanğıc nöqtələrindən biridir.