Hərbi möhlət hüququ kimlərə verilir?

Hərbi möhlət hüququ kimlərə verilir?

Bu mövzu hal-hazırda 18 yaşı tamam olmuş gənclərimizi maraqlandıran bir mövzudur. Bir çox valideynlər bununla bağlı dəqiq məlumatlar əldə edə bilmədikləri üçün çaşqınlıq içində qalırlar. Hərbi möhlət hüququn kimlər və necə əldə edə bilər bunun izahını verməyə çalışacağıq ki, valideynlərdə eləcədə tələbələrdə dolğun məlumatlar olsun.

Mövzuya qanunun müddüəlarını əsas gətirərək başlayırıq.  “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:

a) qeyd edilən təhsil pillələrində, bakalavr, magistr, doktorantura, ali baza tibb təhsili və rezidenturada əyani təhsil alanlara möhlət hüququ verilir.

b) xarici ölkələrdə ali təhsil pilləsinin bakalavr, magistratura və doktorantura, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) əyani təhsil alanlara mühlət hüququ verilir.

Möhlət hüququ qanunda göstərildiyi kimi təhsilin davamı zamanı verilir acaq bir dəfə şamil olunur. Bunun üçün 18 yaş tamam olmuş abituriyentlər çagrış vərəqəsi alana qədər qəbulla bağlı işlərini həll etməlidilər ki çağrış zamanı artıq qəbul məktublarını təqdim edərək möhlət hüququndan yararlansınlar. Bu məqamda valideyn məsuliyyətsizliyidə ön plana çıxır. Valideynlər daha öncədən bu proseslərə hazır olmalı və məsuliyyətli davranmalıdırlar. Bu onların övladlarının gələcəyi üçün önəmli mərhələdir. Qəbul əldə etmək üçün şirkətlərə yaxınlşmazdan öncə hərbi kommisarlıqlarla əlaqə saxlayıb orda gedən prosesdən tam məlumatlı olduqdan sonra təhsil şirkətlərinə yaxınlaşmları məqsədə uyğundur.

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *