İELTS ilə xaricdə təhsil
Bir çox insan xaricdə təhsil almaq arzularını dəstəkləmək üçün dünyanın 10.000 -dən çox təşkilatı tərəfindən qəbul edilən ən önəmli İngilis dili imtahanı olan IELTS -i seçir. IELTS universitetlərə, məktəblərə, kolleclərə və digər ali təhsil müəssisələrinə sənəd verməyə kömək edir.
Xaricdə təhsil almaq istəyən hər bir tələbə İELTS nədir və ya IELTS imtahanı nədir deyə çox soruşur və maraqlanır. Bu yazıda tələbələrin IELTS imtahanı ilə bağlı düşündükləri bütün suallara aydınlıq gətirəcəyik. Bütün tələbələrimizə, xüsusən xaricdə təhsil almaq istəyənlərə universitetdə təhsil almadan əvvəl bu yazını oxumalarını tövsiyə edirik.
⬇️ İELTS nədir? Nə işə yarayar? Harada keçərlidir?
IELTS ingilis dili bilik testidir. Dünyanın demək olar ki, bütün ölkələrində son dərəcə vacib və etibarlı bir imtahandır. İlk dəfə 1980-ci ildə tətbiq edilən bu test, Amerika mərkəzli bir test olan TOEFL testindən fərqli olaraq İngiltərə mərkəzlidir. 140 -dan çox ölkədə istifadə olunan IELTS, İngiltərə, Kanada, Yeni Zelandiya və Amerika kimi ölkələrdə çox vacib bir test sayılır.
IELTS, Avstraliya, Kanada, Yeni Zelandiya və İngiltərə hökumətləri tərəfindən miqrasiya məqsədləri üçün etibar edilən yeganə testdir.
Həmçinin ingilis dili imtahanı sayılan İELTS ingilis dilində ünsiyyət saxlamaq bacarığınızı qiymətləndirmək üçün üzbəsurət danışıq imtahanıdır.
IELTS imtahanında iştirak edəcək tələbələr əvvəlcə hansı məqsədlə imtahana girəcəklərinə qərar verməlidirlər. Çünki iki IELTS imtahanı var. Onlardan biri general, digəri akademikdir. Akademik test, akademik dilinizi ölçən janra verilən addır. Universitet və ya magistr təhsili almaq üçün xaricdə təhsil almaq istəyən tələbələr bu növdən istifadə etməlidirlər.
⬇️ İELTS ile xaricde tehsil
İELTS ilə xaricdə təhsil almaq üçün academic imtahanı verməlisiniz.
İELTS akademik imtahanı 4 hissədən ibarətdir. Listening (Dinləmə), Reading (Oxuma), Writing (Yazma) bölmələri eyni gündə, Speaking (Danışma) bölməsi isə fərqli gündə keçirilir. İmtahan yazılı keçirilir.
IELTS Listening – 4 hissədən ibarət olan imtahan 40 sualdan ibarətdir. 30 dəqiqə davam edir. hissədə 1 səs yazısı dinlənilir və suallar müvafiq olaraq cavablandırılır. Burada müxtəlif tipli suallar olduğu üçün namizədlərin diqqətli olması vacibdir . Listening bölməsində də hər sual 1 balla qiymətləndirilir və səhv cavab düz cavablara təsir etmir.
IELTS Academic Reading- namizədə Akademik mətni oxuyub cavablandırmaq üçün müxtəlif IELTS Reading sual tipləri təqdim edilir. İmtahan 60 dəqiqə davam edir. Suallar 40 ədəd olur və 3 mətn üzrə bölüşdürülür. 1- ci mətn digərlərinə nisbətən ən asan olanıdır. 3-cü mətn isə ən çətin hesab olunur.IELTS Reading hazırlığında elmi məqalələr və elmi kitablar oxumaq, davamlı mütaliə etmək tövsiyə olunur. Çünki burada suallar qəzetlərdən, maqazin jurnalları və elmi jurnallardan götürülür. Hər sual bir bal-dır. Sualları cavab vərəqinə köçürmək üçün listening dən fərqli olaraq əlavə vaxt verilmir.
IELTS Academic Writing – imtahan 60 dəqiqə davam edir və iki hissədən ibarət olur. 1-ci yazıda tələbə qrafik, cədvəl, diaqram və xəritə kimi visual məlumatı əks etdirən materialı təsvir və izah etməlidir. 1- ci hissə üçün 20 dəqiqə vaxt verilir. Və namizəd minimum 150 sözdən istifadə etməlidir.
2-ci yazı Essay (inşa) şəklindədir və verilmiş fikir, arqument və ya problem haqqında namizədin təhlilini, təklifini və ya fikrini əks etdirməsi tələb olunur. IELTS Writing qiymətləndirilməsi hər hissə üçün ayrılıqda aparılır və 2-ci hissəyə (essay-inşa) daha çox bal verilir. Yəni namizədin 2-ci hissədəki nəticəsi ümumi Writing nəticəsinin əsas hissəsini təşkil edir.
IELTS Speaking – Danışıq testi 3 əsas hissədən ibarətdir və namizədin səsi imtahan götürən (examiner) tərəfindən qeydə alınır. Danışıq testində önəmli nüanslar bunlardır:
🔹 Fluency and coherence – Səlis danışıq və mövzu ilə əlaqəlilik.
🔹 Lexical resource – Leksik resurslardan istifadə.
🔹 Grammatical range and accuracy – Qrammatik qaydalara riayət və dəqiqlik.
🔹 Pronunciation – Tələffüz.
İELTS General – , gündəlik dilinizi ölçən bir janrdır. İngilis dilli bir ölkəyə iş və ya immiqrasiya üçün müraciət edəcəksinizsə, bu növü seçməlisiniz. Bundan əlavə, bu imtahanda nəzərə alınmalı olan başqa bir məqam, imtahanın 9 bal üstündə qiymətləndirildiyidir. IELTS General imtahanı IELTS Academic imtahanı ilə eyni struktura malik olsa da, qiymətləndirmə sistemi bir az fərqlidir və oxuma (reading) və yazma (writing) bölmələri daha ümumi və sosial məsələləri əhatə etdiyi üçün nisbətən asandır.
Məktəblər ümumiyyətlə 6 və ya 6.5 bal qəbul etsələr də, bəzi məktəblər bu limiti 7 və ya 7.5 səviyyəsində tələb edə bilərlər.
⬇️ İELTS balı
IELTS nədir və bu imtahan necədir suallarından sonra IELTS imtahanının ballarının nə demək olduğu da çox maraqlıdır. 4 bal ingilis dilinin məhdud istifadəsi deməkdir. 6 bal əlverişli istifadə deməkdir. 9 bal əla istifadəçi deməkdir. 6.5 balı ümumiyyətlə məqbul olsa da, nə qədər yüksək balınızı olsa, sizin üçün bir o qədər yaxşı olar.
Salam. IELTS imtahanından yüksək bal toplayıb universitetə qəbul olduqdan sonra təhsil haqqı ödənişlidir yoxsa ödənişsiz?
Ielts ile universitete girdikden sonra universitet ödənişli olacaq?