Türkiyədə Tibbi Təhsil
Öz ölkəsində təhsil nə qədər inkişaf etmiş olsada tələbələrin əksəriyyəti xaricdə təhsil almağa daha çox üstünlük verirlər. Azərbaycanlı tələbələrdə xaricdə təhsil almağavə ya təhsillərini xaricdə davam etdirməyə daha çox maraq göstərirlər. Ən çox da təhsil almaq istədikləri ölkə Türkiyədir.
Türkiyədə tibbi təhsil haqqında bütün məlumatlar
Tibb sahəsi nə qədər məsuliyyətli olsada, tibbə hazırlaşmaq, tibb sahəsində təhsil almaq nə qədər çətin olsada bu gün ölkəmizdə tibb təhsili almaq istəyən gənclər çoxdur. Xüsusilə də Türkiyede tibbi tehsil almaq istəyən tələbələr üstünlük təşkil edir.
Türkiyede tibbi tehsil almaq istəyən bakalavrlar YÖS, SAT imtahanı verməlidirlər. Yalnız attestatla və TQDK balı ilə qəbul olmaq da mümkündür. Attestatla təhsil almaq istəyənlərin qiymətləri mütləq 5 olmalıdır. Attestatla qəbul aparan universitetlərdə təhsil türk dilində tədris olunur.
Ancaq bəzi özəl universitetlərdə tibbi təhsil ingilis dilində tədris olunur. Sizdə ingilis dilində təhsilə üstünlük versəniz daha doğru bir addım atmış olarsınız. Bu sizin karyeranız üçündə uğurlu bir addım olar. İngilis dilində təhsil almaq üçün IELTS və TOEFL imtahanları verməlisiniz. Bakalavr təhsilini bitirmiş tələbələr isə ixtisaslarına uyğun TUS verməli və yaxud universitetin təşkil etdiyi digər imtahanları verməlidir.
Turkiyede tibbi tehsil verən özəl universitetlər aşağıdakılardır
- Acibadem Universiteti
Universitet dünyada dünyada sadəcə 2 medikal 2 medikal mərkəzin sahib olduğu Mükəmməlliyət Mərkəzi sertifikatına sahibdir. Siz burada təhsil aldığınız müddət boyunca Acıbadem Sağlık Grupunun dəstəyi ilə staj qazana bilərsiniz.
- Bahçeşehir Universiteti
Bahçeşehir Universiteti təhsil və araşdırma sahəsində toplam 22 labaratoriya, tələbələrin təhsil alacağı Medical Park Göztepe Hastane Kompleksində 100 poliklinika otağı, 12 əməliyyat otağı ilə xidmət göstərir.
- Altınbaş Universiteti
Universitet fəaliyyətə başladığı gündən sürətlə inkişaf etmişdir. Həmçinin universitet tibb təhsili alan tələbələrə praktika imkanı yaradır. 9 fakultə, 3 inustut, 2 peşə məktəbini özündə birləşdirən universitet tələbələrinə təkcə elmi yox həm də sosial aktivlikdə kömək edir.
- Medipol Universiteti
Universitet Türkiyede tibbi tehsil verən qabaqcıl universitetlərdən biridir. Universitetin nəzdində fəaliyyət göstərən Medipol Mega Universitet Xəstəxanasında tələbələrə yüksək səviyyəli staj və təcrübə qazana bilərlər.
Tibb sahəsinin hər sahəsi üzrə keyfiyyətli təhsil verən həm də biokimya, mikrobiologiya labaratoriyaları ilə fəaliyyət göstərirlər.
- Maltepe Universiteti
Tibbin bir çox sahəsində keyfiyyətli təhsili təmənni edən universitet həm də Maltepe Universitesi Tıp Fakultəsi Xəstəxanası ilə tələbələrə təcrübə qazanmaq imkanı yaradır.
- Okan universiteti
Tələbələrinə müasir dünya standartları əsasında təhsil verən universitet xüsusilə də tibb təhsilindədə öz sözünü deyir. Universitetin nəzdində olan Okan Universitesi Xəstəxanası 43 tibb bölümü üzrə tələbələrə təcrübə imkanı yaradır.
- Yeditepe Universiteti
Bu universitet Tibb bölümləri üzrə təhsil alan tələbələrə 3-cü kursdan başlayaraq xəstəxanada staj keçmək imkanı yaradır. Biofizika, patalogiya, tibbi-biologiya, mikrobiologiya, fiziologiya, histologiya, biokimya, anatomiya labaratoriyaları ilə də fəaliyyət göstərir.
- Bezmialem Universiteti
Universitet tibb təhsili almaq istəyən tələbələrə keyfiyyətli təhsil vəd edir. Burada labaratoriyalar, tibbi simulyasiya otaqları, xüsusi dərs proqramı və s ilə müasir standartlara uyğun tələbələr yetişdirilir. Tələbələr Bezmialem Vakıf Universitesi Xəstəxanasında təcrübə və staj qazanmaq imkanı da əldə edirlər.
- İstanbul Aydın Universiteti
Türkiyede keyfiyyətli tibbi tehsili ilə seçilən universitetdə tələbələr xüsusi metodika ilə təhsil alır. Burada anatomiya, biokimya, histologiya və embrionizm, mikrobiologiya, patalogiya, radioterapiya, genetika və s labaratoriyaları mövcuddur.
- Başkent Universiteti
Tibb təhsilində öz sözünü deyən universitetlərdən biridə Başkent Universitetidir. Tibbi və texnoloji labaratoriyaları, araşdırma mərkəzləri, peşəkar müəllim heyəti ilə tələbələr yüksək səviyyədə tibb təhsili alır. Həmçinin tələbələr Başkent Universitesi Tibb Xəstəxanasında staj və təcrübə keçmək imkanına sahibdir.
Salam ela yazidir tesekkurler.