Ukraynada tehsil qiymetleri

Ukraynada tehsil qiymetleri

Ukrayna yüksək təhsil keyfiyyətinə və Avropa İttifaqına daxil olmaq potensialına malik çox ekonomik bir ölkədir.  Buradakı universitetlər keçmiş Sovet Rusiyasında yaradılmış, yaxşı təchiz olunmuş universitetlərdir.

Ukraynada tehsil qiymetleri 2021-2022 dövrü üçün çox münasibdir və yaşayış xərcləri Avropa ölkələri ilə müqayisədə çox münasib və hətta Azərbaycandan da daha uyğundur .

Ukraynada təhsil qiymətləri

2021-ci il siyahısına görə, Ukraynada universitet qiymətləri 1600 dollardan başlayır.  Ən çox seçilən Tibb şöbələrində isə qiymət lər 3300 dollardan başlayır.

Ukraynada Rus və İngilis dillərində hazırlıq qiymətləri

Əgər Ukraynada təhsil almağa qərar vermişsinizsə, ilk növbədə rus və ya ingilis dilini öyrənməlisiniz.  Hazırlıq təhsili olmadan 1-ci kursa başlaya bilməzsiniz.  Əgər bu dillərdən birini çox yaxşı bilirsinizsə və hər hansı bir sertifikatınız varsa, o zaman birbaşa 1-ci kursdan başlaya bilərsiniz.

Ukrayna rus və ingilis dili hazırlıq paketlərinin qiyməti 3300-4600 dollar arasındadır.  Hazırlıq paketləri universitetlərin qiymət siyasətinə uyğun olaraq dəyişir.

 Ukraynada yaşam xərcləri

Ukraynada yaşayış xərcləri ildə 4600-6900 dollar arasında dəyişir.  Bu rəqəmlər təbii ki tələbələrin həyat tərzinə görə dəyişir.

Universitetlərin illik ödənişləri tibb fakültələri istisna olmaqla ümumilikdə 1800 dollar, dövlət yataqxanaları üçün isə 400-500 dollar təşkil edir.  Siqaret çəkməyən və alkoqol istifadə etməyən tələbələr üçün aylıq 150$-200$ cib xərcliyi kifayət edəcək.

Ukrayna Universiteti kursları və qiymətləri şəhərlərə və universitetlərə görə dəyişir.  Tələbələrə adətən daha yaxşı iqlimi və yaşayış şəraiti olan Odessanı tövsiyə edirlər.

Ukraynada universitet təhsilinizin sonunda universitet diplomunuzla 2 xarici dil öyrənmiş olacaqsınız.  Burada uğurun sirri sizdədir.  Ukraynadakı imkanlardan maksimum yararlanıb özünüzə nəsə əlavə etsəniz, böyük uğurlara yol açmış olarsınız.

Ukraynada təhsilin məqsədi təkcə universitetdə oxumaq deyil,tələbəyə öz ayaqları üzərində dayanmağı öyrətçək, yeni dil və mədəniyyət öyrətməklə beynəlxalq aləmdə daha çox hədəfə çatmaqdır.

Ukraynada təhsil üçün lazım olan sənədlər :

1.Attestatın Ukrayna dilində tərcümə edilmiş və notariat qaydada təsdiq edilmiş sürəti

2. Xarici passport və ya şəxsiyyət vəsiqəsinin sürəti

3. 10 ədəd 3/4 şəkil

4. Doğum haqqında şəhadətnamə

5. Sağlamlıq haqqında arayış (Ukraynaya getmədən 2 ay əvvəlki tarix üçün)

6. Xüsusi xəstəliklər üçün tibbi arayış (Hepatit B,C – dəri xəstəlikləri, malyariya, QİCs infeksiya)

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *