Xaricdə təhsil magistratura dərəcəsini hansı ölkədə almaq olar?

Xaricdə təhsil magistratura dərəcəsini hansı ölkədə almaq olar?

Hərkəsin uğurlu olmaq, öz hədəflərinə çatmaq arzusu var. Uzun illərin təcrübəsi göstərir ki, insan yaşından, cinsindən, yaşadığı coğrafiyadan asılı olmayaraq öz əzmkarlığının, cəsarətinin sayəsində məqsəd qoyduğu zirvələri fəth edir. Qəribədir ki, biz bdürədiyimiz zamanlarda belə ayağa qalxıb yenidən başlamağı seçəndə, yaxud başladığımız yolda yorulmadan, səbrlə addımlamağa davam edəndə həyat müəyyən zamanlarda qarşımıza inanılmaz fürsətlər çıxarır. Bəzən bütün riskləri gözə alıb sadəcə çantanı yığıb başqa ölkəyə yollanmaq bütün həyatı sıfırdan dəyişir. Harada dünyaya göz açacağımızı seçmək şansımız olmasa da, gələcəyimizi harada?, necə?, kimlərlə? quracağımız öz əlimizdədir. Bəzən maddi çətinliklər və ya digər səbəblərdən dolayı qurduğumuz xəyallar əlçatmaz görünə bilər. Ancaq unutmayın ki, həmişə çıxış yolu vardır. Dünyanın əksər ölkələrində çətinliklərlə qarşılaşan yaxud daha çox inkişaf etmək istəyən gənclər təhsil vasitəsi ilə arzuladıqları şəhərlərə yollanırlar. Əgər sizin də belə xəyalınız varsa, bu məqaləmiz məhz sizin üçündür! 

Hazırda dünyanın əksər universitetlərində ödənişli, təqaüdlü olmaqla müxtəlif tələbə mübadilə proqramları mövcuddur. Namizədlər üçün geniş ixtisas seçimi, yüksək təhsil səviyyəsi, universitet şəhərcikləri, zəngin kitabxanalar və s. təklif olunur. Bütün təhsil pillələri üzrə həmin universitetlərə müraciət etmək mümkündür. Əgər bakalavr təhsilini fərqli ölkədə dəyərləndirmək imkanınız olmayıbsa heç də təəssüflənməyə dəyməz. Xaricdə təhsil magistratura pilləsi üzrə tələbə adını qazanmaq istəyən hər kəs üçün də geniş imkanlar vəd edir. Gəlin, daha ətraflı tanış olaq.

Hansı ölkə magistratura təhsilini oxumaq üçün daha ideal seçimdir? 

İtaliya

İtaliya yüksək səviyyəli təhsil və beynəlxalq tələbələrə geniş imkanlar yaratması baxımından Avropanın qabaqcıl ölkələrindən biridir. Avropanın ən böyük universiteti olan Sapienza di Roma Universiteti burada yerləşir. Həmçinin dünyanın ən yaxşı texniki və incəsənət universitetləri olaraq tanınan Politecnico Milano, Istituto Marangoni və NABA kimi ali təhsil ocaqları əcnəbi tələbələr arasında ən populyar seçimlərdəndir.

Hollandiya

Hollandiya Avropada bakalavr və magistr təhsili almaq üçün ən yaxşı ölkələrdən hesab olunur. Buradakı universitetlər ingilis dilini öyrənmək üçün geniş imkanlar təklif edir. Hollandiya universitetləri QS Rankings, Leiden Rankings, Times Higher Education Rankings kimi bir çox nüfuzlu reytinq araşdırması aparan şirkətlərin sıralamalarında yüksək yer tutur. 

İrlandiya

İrlandiya bənzərsiz təbiəti, mülayim dəniz iqlimi ilə Avropanın qəlbləri fəth edən Avropanın sevimli adasıdır. Sözügedən ölkənin magistr proqramları digər ölkələrə nisbətən daha münasibdir. Tədris dili isə ingiliscədir. Xüsusilə dünyanın aparıcı İT şirkətləri olan Google, Facebook, Microsoft, Apple kimi böyük şirkətlərin Avropa qərargahlarının Dublində yerləşməsi təcrübə və iş imkanlarını artırır.

Amerika

ABŞ ölkə olaraq hər gəncin mütləq şəkildə dəyərləndirməli olduğu geniş təhsil və karyera imkanlara sahibdir. Buradakı universitetlərdə təhsil adətən sentyabr və yanvar aylarında başlayır. Universitet və fakültədən asılı olaraq ayda təhsilini davam etdirmək istəyən tələbələr kvota şərtləri yerinə yetirildiyi təqdirdə iyun rübündə də dərslərdə iştirak edə bilərlər.

Polşa

Polşa Avropanın ən tələbə yönümlü ölkəsi olaraq tanınır. Yüksək səviyyəli təhsili, nüfuzlu universitetləri, geniş ixtisas seçimi, münasib təhsil və yaşayış xərcləri, rəngarəng gənclik həyatı ilə ölkə bütün tələbələrin qəlbini fəth edir. Burada magistratura təhsilinin müddəti 1 və ya 2 il ola bilir.

Türkiyə

Qardaş ölkə təhsil səviyyəsi, təqaüd imkanları, münasib təhsil və yaşayış xərcləri baxımından ən uyğun seçimlərdən biridir. Eyni zamanda burada tələbələri geniş təcrübə qazanmaq imkanları gözləyir.

Təbii ki, yuxarda adları qeyd olunan ölkələrlə bu siyahı yekunlaşmır. Xəyal etdiyiniz ölkələr üçün də təhsil imkanları ilə bağlı araşdırmalar apara bilərsiniz. Yaxud seçdiyiniz peşələrə uyğun ixtisaslaşmış universitetlərin təhsil imkanlarını incələməkdə fayda var.

Xaricdə magistr təhsili almaq üçün müraciətlər necə qəbul olunur?

Fərqli ölkədə magistr təhsilini davam etdirmək istəyən şəxslər aşağıdakı formalarda müraciət edə bilər. 

  • Bakalavr diplomu ilə
  • Müxtəlif təqaüd proqramlarına müraciət edərək

Bakalavr diplomu ilə müraciət tələbləri nədir?

Sadəcə bakalavr diplomu ilə dünyanın bir çox nüfuzlu universitetlərinə yaxud sadəcə marağında olduğunuz ali təhsil ocaqlarına müraciət edə bilərsiniz. Bu zaman seçimlərinizin arzularınıza, büdcənizə, həyat tərzinizə uyğun olmasına diqqət yetirməyiniz önəmlidir. Çünkü bu formada müraciət ilkin mərhələdə ödənişli əsaslarla aparılır. Bəzi universitetlər sonradan tələbənin nəticələrinə uyğun təqaüdlü təhsil fürsətləri də yaradır. Bu səbəbdən hər məlumatı diqqətlə incələməyiniz önəmlidir. Qeyd edək ki, tək bakalavr diplomu ilə qəbullar zamanı əlavə hər hansısa imtahanlara ehtiyac olmur. Sadəcə seçdiyiniz universitetin və ya ixtisasın tələblərindən dolayı xüsusi imtahan suallarını cavablaya bilərsiniz. Bu da qeyd olunduğu kimi sizin seçimlərinizdən asılıdır. Ancaq dəyişməyən şərtlərdən biri isə tələb olunan xarici dil üzrə müvafiq sertifikatlarıdır. (məsələn, İELTS) Eyni zamanda dil sertifikatı tələb etməyən bəzi universitetlər də var. Məsələn – Sheffield Hallam Universiteti – İngiltərə, Bristol Universiteti – İngiltərə, Sheffield HallamVinnipeq Universiteti – Kanada, Adelaida Universiteti – Avstraliya və s.

Müraciət üçün tələb olunan sənədlər isə aşağıdakılardır:
  • Bakalavr pilləsi üzrə diplomu
  • Transkript
  • Europass CV
  • Xarici Passport
  • 2 ədəd Referans məktubu

Xaricdə magistratura təhsili üçün hansı təqaüd proqramları var?

Xarici universitetlərdə təqaüdlü magistr təhsili almaq hər tələbənin xəyalıdır. Çünkü bu zaman tələbənin bütün və ya 90 faiz xərcləri qarşılanır. Nəticədə tələbələr öyrənməkdən və gənclikdən zövq alaraq təhsil alır. Gəlin görək, magsitatura təhsili üçün hansı təqaüd proqramları var?

Visegrad təqaüd proqramı

Visegrad təqaüd proqramı Polşa , Slovakiya, Çexiya və Macarıstanda magistr təhsil almaq istəyən tələbələr üçün nəzərdə tutulub. Proqram illik təhsil haqqını qarşılamaq üçün tələbələri hər smestr 1500 avro və 2500 avro məbləğində stipendiya ilə təmin edir. Təqüd proqramına müraciət zamanı isə ingilis dili biliyi tələb olunmur.

Fulbright Təqaüdü (Amerika Birləşmiş Ştatları)

Fulbright təqaüd proqramı ABŞ hökuməti ilə 155 ölkə arasında həyata keçirilən beynəlxalq mübadilə təqaüd proqramıdır. ABŞ-da magistr və ya PhD proqramına daxil olmaq istəyən əcnəbi tələbələr üçün nəzərə tutulub. Bu təqaüd təhsil haqqını, dərslikləri, aviabiletləri, tibbi sığortanı və yaşayış xərclərini əhatə edir.

DAAD təqaüd proqramı (Almaniya)

DAAD təqaüd proqramı Almaniyanın 250-dən çox universitetində təhsil almaq imkanı yaradır. Birinci kurs magistr tələbələri bu proqramdan yararlana bilər. Proqramı uğurla tamamlayan namizədlərə birdəfəlik təqaüdlər ödənilir. Bu təqaüd proqramında iştirak etmək üçün alman dili üzrə minimum A2 səviyyəsi tələb olunur.

Türkiyə bursları

Türkiyə bursları tələbələrin təhsil, yataqxana, sığorta, aviabilet xərclərini qarşılayır. Magistr təhsili üçün isə 30 yaşdan aşağı olan namizədlər müraciət edə bilər. Qəbullar zamanı qiymət ortalamasının yüksək olması üstünlük hesab olunur.

ERASMUS proqramı

ERASMUS proqramı European Region Action Scheme for the Mobility of University Students bakalavr və digər təhsil pillələri üzrə təhsil almaq istəyən tələbələri, xaricdə yaşamaq istəyən və ya müxtəlif təcrübə proqramlarında iştirak etmək istəyən gəncləri özündə birləşdirir. Proqram çərççivəsində tələbələrin aviabilet xərcləri qarşılanır. Həmçinin yaşayış xərcləri üçün onlara təqaüdlər verilir. ERASMUS proqramının 3 növü var: ERASMUS Exchange (mübadilə – bakalavr, magistr və doktorantura təhsili almaq istəyən gənclər üçün),  ERASMUS mundus (magistr və doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən tələbələr üçün) və  ERASMUS təcrübə (karyera inkişafı üçün müxtəlif təlim və seminarlarda iştirak etmək).

Sizin üçün bir neçə təqaüd proqramları və onlar haqqında məlumatları bir araya gətirdik. Təbii ki, təqaüd proqramları bunlarla yekunlaşmır. Fərqli ölkələrə və universitetlərə görə onların rəsmi saytlarında ətraflı araşdırmalar edib məlumat ala bilərsiniz.

Xaricdə magistr oxumaq üçün nə qədər xərc tələb olunur?

Xərclər seçilən ölkəyə, universitetə, yaşayış tərzinə və s. görə dəyişir. Nisbətən daha sərfəli hesab olunan ölkələrin siyahısına Almaniya, polşa, Macarıstan, Çexiya, Litva, Türkiyə və s. daxildir. Minimum halda Avropa üçün illik təhsil haqqı 300 avrodan başlayaraq yuxarıya doğru dəyişir. Yataqxanalar üçün aylıq ödənişlər isə bir nəfər üçün 150 avrodan başlayaraq dəyişir. Bu barədə daha ətraflı məlumatı xaricdə təhsil şirkətlərinə üz tutaraq və ya sadəcə i9nternetdə müxtəlif araşdırmalar apararaq əldə edə bilərsiniz.

Hansı ölkədə daha asan magistr təqaüdü qazanmaq olar?

Avropa ölkələrinin çoxu (İtaliya, Macarsıtan, Polşa və s.) həmçinin Türkiyə tələbələr üçün genş təqaüdlər təklif edir.

Magistr üzrə illik təhsil haqqı nə qədərdir?

Təhsil haqqları ölkələrə, universitetə, ixtisasa görə dəyişir. Minimum halda təhsil haqqları 300-500 manatdan başlayır.

İELTS olmadan magistr təhsili almaq olar?

Bəli, dil sertifikatı tələb etməyən bir çox universitetlər var.

Xaricdə magistr təhsili üçün hansı sənədlər tələb olunur?

  • Bakalavr pilləsi üzrə diplomu
  • Transkript
  • Europass CV
  • Xarici Passport
  • 2 ədəd Referans məktubu

Xaricdə magistratura oxuyaraq işləyə bilərəm?

Bəli, demək olar bütün ölkələrdə tələbələr üçün bir çox part-taym iş imkanları yaradılır.

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *