Xaricde huquq tehsili
Hüquq təhsili geniş sahələrdə işləmək deməkdir. Ədliyyə sistemində işləmək yalnız müqəddəs və vacib bir vəzifəni yerinə yetirmək deyil, həm də dövlət və ictimai nizam üçün son dərəcə əhəmiyyətli bir sahədə çalışmaq deməkdir. Ölkəmizdə hüquq fakültələrinin çox olduğu bilinir, ancaq bu fakultələrə imtahanda yüksək bal toplayaraq daxil ola bilərsiniz. Üstəlik, bəlkə də aldığınız bal istədiyiniz fakültəyə girməyinizə imkan verməyəcək. Xaricdə hüquq fakültəsi oxumağa qərar verdikdə , önünüzə açılacaq qapılara inanmayacaqsınız.
Xaricdə hüquq təhsili haqqında
Xaricde huquq tehsili deyəndə ağla gələn ilk sual xaricdə hüquq təhsili almağın vacib olub -olmamasıdır. Bunun cavabı məqsəd və vəzifələrdən asılı olaraq həm bəli, həm də yox ola bilər. Mənalı bir cavab almaq üçün hüquq təhsili almaq istəməyinizin səbəbləri,yəni hər hansı bir ixtisas sahəsi, təhsil aldıqdan sonra isə gedəcəyiniz ölkədə qalmaq vəziyyətiniz və digər sualların cavablandırılması lazımdır.
İlk olaraq hüquq sistemlərinin ölkədən ölkəyə dəyişməsi tələbə üçün iki tərəfli nəticələrə səbəb olacaq. Ölkədən ölkəyə və hətta eyni ölkənin müxtəlif əyalətlərindən fərqli olan hüquq sistemləri, xaricdə təhsil alıb Azərbaycana qayıdarkən əlavə dərslər almağı tələb edir.
Ancaq eyni zamanda, məsələn, xaricdə öyrəndiyiniz mülki qanunla Xaricdə gördüyünüz mülki qanunlar arasındakı fərq, tələbənin daha geniş bir dünyagörüşünə malik olmasını və ölkələrin hüquq sistemləri arasında müqayisə aparmasını təmin edir.
Tələbənin ixtisaslaşmaq istədiyi sahə də getmək istəyəcəyi ölkəni seçməyə kömək edəcək. Hüquq departamenti, kriminologiya, maliyyə, bankçılıq, texnologiya və bir çox digər şöbələrdə ixtisaslaşmaq istədiyiniz sahə hara gedəcəyinizi təyin edə bilər.
Xaricdə təhsil almaq istəyən tələbə, şərtləriniyaradaraq xaricdə qalmağa qərar verib, əgər karyerasını orada davam etdirmək istəyirsə, bu mümkündür və istədiyi şərtlər, təmin olunursa əlavə təhsil lazın olmayacaq. Ancaq Azərbaycana qayıtmaq və buradakı sistemdə çalışmaq istəyirsə, Təhsil Nazirliyi , Vəkillər Kollegiyası kimi qurumların şərtlərini yerinə yetirməlidir.
Hüquq sistemlərinin hər bir ölkədə fərqli olması səbəbindən, tələbə təhsilini tamamlayıb gəldikdən sonra bərabərliyi ala bilmesi üçün getdiyi ölkədə aldığı dərslərlə burda almaq məcburiyyətində olduğu dərslər qarşılaşdırılır.
Xaricde huquq fakultəsi müddəti?
Xaricdə hüquq təhsili müddəti dörd illik bir bakalavr təhsilini əhatə edir. Bu dörd ilin sonunda vəkil olmaq istəyən məzunlar bir il stajçı kimi karyeralarına başlayırlar. Hakimlər və prokurorlar üçün fərqli bir staj müddəti var. Dil təhsili üçün təhsil bir illik hazırlıq sinifində aparılır.
Xaricde huquq tehsili qiymetleri
Avropanın və önəmli ölkələrin ən nüfuzlu universitetlərində xaricdə hüquq təhsili ala bilərsiniz. Xaricdə istisnalar olsa da, illik ödənişlər var. Bunlar hər semestrin əvvəlində universitetin rektorları tərəfindən aparılır. Bunlar orta sinif bir ailənin asanlıqla ödəyə biləcəyi iqtisadi rəqəmlərdir.
Xaricdə hüquq oxumağın üstünlüyü nedir?
İmtahana hazırlaşmaq və müvəffəqiyyətli olmaq stressi olmadan birbaşa hüquq fakültəsinin tələbəsi olmaq üstünlüyünə sahib olacaqsınız. Etibarlı bir beynəlxalq hüquq diplomu alacaqsınız. Mavi diplomla bütün Avropa Birliyi ölkələrində peşənizlə məşğul ola bilərsiniz. Təhsil Nazirliyi tərəfindən tanınmış diplomla ölkəmizdə ictimai sektorda hakim, prokuror və ya vəkil olaraq və ya fərqli səviyyələrdə çalışa biləcəksiniz.
İmtahansız xaricdə hüquq təhsili mümkündür?
Xaricdə, xüsusən də hüquq fakültəsində təhsil almaq istəyən tələbələrimiz üçün heç bir imtahan yoxdur. İmtahan stressi və hazırlıq olmadan hüquq fakültəsinin tələbəsi ola bilərsiniz.
Türkiyə, Ukrayna, Böyük Britaniya, Avstriya, Yeni Zelandiya və s ölkələrdə hüquq təhsili ala bilərsiniz. Amma hüquq təhsili üçün ən məsləhətli ölkə Böyük Britaniyanı məsləhət görmək olar.
Salam. Mən Bdu hüquq hazırlaşıram, xaric haqqında məlumatım yox idi deyə Azərbaycan Bdu seçmişəm. Əgər burda qəbul olsam 1 vəya 2ci kursdan xaricə gedə bilərəmmi hansısa yolla? Vəya heç alınmasa Bdu bitirib sonra Magistr və iş üçün xaricdə yaşamaq. Necə məsləhət bilerdiniz…
Təşəkkürlər
Salam, xaricdə(Usa, Canada) hüquq təhsil aldıqdan sonra, bakı işləmək mümkündürmü? Yoxsa əlavə təhsil lazımdır?
Rusiyada imtahan verib hüquq fakultəsinə daxil olmuşam, gələcəkdə o diplomla Azərbaycanda işləyə bilərəmmi?.
Təşəkkürlər.
Salam, həm Azərbaycan,həm də xarici bir ölkədə hüquqşunas(vəkil)kimi fəaliyyət göstərmək mümkündür?
Salam, həm Azərbaycan, həm də hər hansısa bir ölkədə vəkil kimi çalışmaq mümkündür?
Salam, mən Rusiyada hüqüq təhsili almaq istəyirəm mümkünmü?
Mən kollecdə mühasib ixtisasında oxuyuram, mühasib diplomu ilə xaricdə hüqüq ixtisasına yiyələnə bilərəmmi?
Salam Azərbaycanda hər hansı bir universitetdə hüquq təhsili alıb 1 və ya 2. kursdan təhsili xaricdə davam etdirə bilərikmi?
Salam mən Cənubi Koreyada və ya Yaponiyada hüquq oxumaq istəyirdim . Cənubi Koreya və ya Yaponiya üçün də bu qayda keçerlidir ?