Xaricde magistr tehsil almaq uçun ne etmeli?
Dünyanın müxtəlif ölkələrində və şəhərlərində tanlnmış və nüfuzlu universitetlərdən magistr dərəcəsi alaraq alacağınız diplomla həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərən şirkətlərdə işləmək imkanı əldə edə bilərsiniz.
Xaricdə magistr təhsili almaq üçün çox vaxt Azərbaycan da heç bir imtahan verməyinizə ehtiyac olmur. Bakalavr dərəcəsi və transkript ilə müraciət edə bilərsiniz. Bunun xaricində ən böyük tələb ingilis dilini bilməkdir. Ümumiyyətlə, ABŞ, İngiltərə, Kanada, İrlandiya və Avropadakı universitetlər magistr proqramları üçün minimum IELTS 6 İngilis dili biliyi tələb edir. Hər bir universitetdə dil səviyyəsi fərqli ola bilər.
Yuxarıda göstərilən müraciət şərtləri ümumi şərtlərdir. Bunlardan başqa, istədiyiniz bölməyə görə məktəblər tərəfindən xüsusi müraciət sənədləri tələb oluna bilər. Məsələn: Memarlıq üzrə magistr təhsili alacaq bir namizəd, öz əsərlərindən ibarət portfelini müraciət etdiyi məktəbə təqdim etmək məcburiyyətindədir.
Magistr təhsilini nə zaman almalıyam?
Universitetin son kursunda oxuyan bir çox tələbənin beynində aşağıdakı suallar var: Magistr təhsili almalıyammı? Azərbaycanda yoxsa xaricdə? Dil kursuna getməliyəm? Hərbi xidmətimi etməliyəmmi? İşə başlamalıyam?
Xaricdə magistr təhsili almaq üçün ilk olaraq hansı ölkəyə və ya universitetə gedəcəyimizə qərar verməlisiniz. Bu qərardan sonra, universitetlərin internet saytlarında göstərilən müraciət tarixi daxilində müraciət etməlisiniz. Bəzi universitetlər il ərzində tələbə qəbul edirlər.
Magistr semestrlərində birinci semestr oktyabrda; 2 -ci semestr yanvar -fevral ayları arasında başlayır.
Avstraliya və Yeni Zelandiya kimi ölkələrdə semestr dövrləri bizimki ilə ziddiyyət təşkil edir.
Xaricde magistr tehsili almaq üçün ne etmeli?
Xaricde magistr təhsili üçün sizdən aşağıdakılar tələb olunur :
- Büdcə ( büdcə müraciət etdiyiniz proqramdan asılı olaraq dəyişir)
- Xarici pasport
- Bakalavr diplomu ( təhsilin son ilində olanlar üçün arayış)
- Bakalavr namizədlər üçün orta təhsili bitirməyə dair sənəd – attestat
- Transkript ( diplom əlavəsi)
- Motivasiya məktubu ( tədris planı / məqsədin izahatı / tədqiqat təklifi)
- Tövsiyə məktubu ( recommendation letter)
- Xarici dil sertifikatı ( İELTS və ya TOEFL). Əgər təhsiliniz ingilis dilindədirsə bəzi hallarda sizdən sertifikat tələb etməyə bilərlər.
Müraciət etdiyiniz universitetdən və ölkədən asılı olaraq bu siyahı uzana bilər.
Xaricde magistr tehsili almaq üçün imtahanlar
Bir çox hallarda siz heç bir imtahan vermədən xaricdə magistr təhsili ala bilərsiniz. Lakin çox vaxt xaricdə magistr təhsili üçün müəyyən imtahanlar tələb olunacaq.
Xaricde magistr tehsilinizi ingilis dilində almaq istəyirsinizsə mütləq İELTS və TOEFL imtahanlarını verməlisiniz. ABŞ və Avropa ölkələri GMAT və GRE imtahanları tələb edirlər.
Magistr təhsili almaq istədiyiniz ixtisas bakalavr ixtisasınızla eyni olmalı və ya ona yaxın ixtisas olmalıdır. Dəqiq fənnlər üzrə təhsil alan tələbələr humanitar fənnlər üzrə təhsil ala bilməzlər. İstisna hallarda magistr təhsiliniz ilə bakalavr təhsiliniz fərqli ola bilər. Ancaq bunu bəzi universitetlər qəbul edir. Bu universitetlər o qədər də məsləhətli universitetlər deyil.
Xaricdə magistr proqramına müraciət etməzdən əvvəl, gedəcəyiniz universitetin
təhsil haqqını və universitetin yerləşdiyi ölkənin orta yaşayış xərclərini ödəyə biləcəyiniz dan əmin olmanız tövsiyə olunur. Bir çox ölkə və universitetlər akademik göstəricilərə görə təqaüdlər verir.
Təqaüd üçün müraciət edərkən CV, transkript, portfel, motivasiya məktubu və olduqca çox təsirlidir.
Xaricde magistr tehsili üçün müraciət prosedurlarında səhv etməmək və doğru ölkəni və universiteti seçmək üçün peşəkar dəstək almağınızı məsləhət görürük.
Tehsil qiymetleri
Xaricdə magistr dərəcəsi üçün müraciət edə biləcəyiniz bir çox ölkə və universitet var.
Universitetlərin magistr ödənişləri də ölkəyə, universitetə və bölməyə görə dəyişir. Almaniyada magistr təhsili pulsuz olsa da, ABŞ -da ildə 20 min dollardan başlayır. Məsələn,
Avropa ölkələrində magistr ödənişləri ölkəyə görə dəyişə bilər. Həmçinin universitetin dünya reytinqlərindəki yeri və bölmənin populyarlığı, universitetin yerləşdiyi şəhər də qiymətlərə təsir edir.
Mövzu haqqında fikir bildir.