Almaniyada bakalavr tehsili

Almaniyada bakalavr tehsili

Almaniya elm, texnologiya və ticarət sahəsində dünyanın ən qabaqcıl ölkələrindən biridir.  Almaniya Avropanın ən inkişaf etmiş sənaye və texnologiya mərkəzidir.  Almaniya dünyanın ən böyük sənaye ixracına sahibdir.  Almaniya universitetlərinin qəbul tələbləri, diplom tanınması, məzuniyyətdən sonrakı iş və yaşayış icazəsinin açılması kimi şərtləri nəzərə alsaq, Almaniya Azərbaycanlı tələbələrin universitet təhsili üçün ən çox axtardıqları ölkələr sırasındadır.

350-yə yaxın Universitetdə inkişaf edən texnologiya və elm sahələrinə paralel olaraq, davamlı olaraq yeni fakültə və şöbələr açılır.  Alman Universitetləri, dünyanın ən böyük şirkətləri, sənaye müəssisələri, qeyri-hökumət təşkilatları, dövlət qurumları və yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq edərək, tələbələrə nəzəri biliklərini müasir tətbiqlərlə kurslarda möhkəmləndirmək imkanı yaradır və tələbələrin məzun olduqdan sonra işlə təmin olunması daha asan olur.

Bu gün daim inkişaf edən elm və texnologiya sahələrində araşdırmalar vasitəsilə karyeraya həvəsləndirən və onları ən müasir şəkildə həyata keçirən Almaniya təhsil sisteminin diplomları beynəlxalq tanınmaya malikdir.

Almaniyada 3 illik bakalavr təhsili almış tələbə, Azərbaycandakı universitetin 4 illik bakalavr təhsilini tamamlayan tələbəyə bərabər sayılır. 

Almaniyada universitet təhsili geniş bölmə seçimi, elmi tədqiqatlara verilən önəm, təcrübə imkanları, universitetin təklif etdiyi iş və karyera təcrübəsi sahələri, sosial, mədəniyyət və incəsənət tədqiqatları səbəbindən universitet tələbələrinə çox fərqli perspektivlər təqdim edir.  Almaniyada ingilisdilli bölmələr akademik dairələrini genişləndirdikcə hər il daha çox tələbə cəlb edir.

Almaniya həm avtomobil sənayesi, həm də bir çox texnologiya məhsulu sahəsində dünyanın ən qabaqcıl məhsul və markalarının istehsal edildiyi ölkədir.  Almaniya universitetlər, mühəndislik, tibb və psixologiya sahələrində beynəlxalq təhsil standartlarını müəyyən edən ölkədir.  Almaniya universitetlərinə müraciət və qəbul prosedurları bir çox Avropa ölkələri ilə müqayisədə asan və qısa vaxt aparır.

 Almaniyada bakalavr təhsili almaq

Almaniyanın dövlət tərəfindən akkreditasiya olunmuş universitetlərində birbaşa  bakalavr təhsili almaq üçün sizə orta məktəb attestatı və İELTS nəticəsi kifayətdir.

Almaniyada bakalavr tehsilini dövlət universitetlərində almaq üçün 1 il bakalavr təhsiliniz və ya 12 il orta məktəb təhsiliniz, IELTS nəticəniz olmalıdır. Əgər 1 illik bakalavr təhsili alsanız, həmin ilin orta qiymət göstəriciləri yaxşı olmalıdır.

Və ya dövlət universitetlərində bakalavr təhsili almaq üçün bir il boyunca foundation proqramında təhsil ala bilərsiniz. Foundation təhsilini çox az sayda dövlət universiteti təklif edir. Bu proqramlara qəbul üçün ingilis dili və riyaziyyat biliyi güclü olmalıdır.

Alman dilində bakalavr təhsili

Dövlət universitetlərində alman dilində bakalavr təhsili  almaq istəsəniz, 1 illik  Studienkolleg proqramını tamamlamalısınız. Studienkollegə qəbul olmaq üçünsə şərt belədir:  alman dili və alman dilində riyaziyyatdan imtahan verərək yüksək nəticə göstərməlisiniz. Studienkollegi uğurla tamamladıdan sonra müvafiq ixtisas üzrə bakalavr təhsilinə başlaya bilərsiniz.

Almaniyada təhsil üçün hansı sənədlər tələb olunur :

 ✓ Bakalavr təhsili üçün orta məktəbi bitirdiyinizi göstərən attestat

✓ Magistr təhsili üçün bitirdiyiniz bakalavr təhsili diplomu

✓ Təhsil aldığınız bakalavr ixtisası və keçdiyiniz fənnləri göstərən sənədin rəsmi təsdiqlə tərcüməsi

✓ Rezyume yaxud CV formasi

✓ Sənəd şəkli (3*4)

✓ Ümumvətəndaşlıq pasportunun kopyası

✓ Dil biliyinizi təsdiq edən rəsmi sertifikatlar ( alman dili üçün – TestDAF yaxud DSH; ingilis dili üçün – TOEFL IBT yaxud  IELTS)

✓ Motivasiya məktubu

✓ Rekomendasiya məktubu (minimum 2 fərqli şəxs tərəfindən yazılmalıdır)

✓ Tibbi şəhadətnamə (arayış kimi)

✓ Əgər varsa sığorta olduğunuz haqqında məktub

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *