Xaricdə təhsil konsultasiyası nə üçün faydalıdır?

Xaricdə təhsil konsultasiyası nə üçün faydalıdır?

Bəzən yenidən başlamaq lazım gələr. Xəyalların üçün, ruhdan düşüb bir kənara atdığın hədəflərin üçün, arzuladığın o həyatı yaşamaq üçün, daha güclü sən üçün… Bu siyahını artırmaq olar. Çünkü xəyallarımız, hədəflərimiz sonsuzdur. Bəzən isə çantamızı yığıb sadəcə fərqli şəhərdə yeni həyata başlamalıyıq. Həyatın qarşımıza çıxaracağı fürsətləri dəyərləndirməliyik. Xüsusən gənclik illərimizi yeni şəhərlərdə, ölkələrdə keçirmək olduqca ideal qərar olar. Çünkü öz komfort zonanı tərk etmək, bilik, bacarıqlarını artırmaq, öz uğurlu modelini yaratmaq, inkişaf etmək, unudulmaz xatirələr qazanmaq həyatda əldə etməli olduğumuz ən önəmli faktorlardır. Biz də öz növbəmizdə Edumaster şirkəti olaraq gənclərimizin xaricdə təhsil alaraq uğurlu karyera qurmalarına tövhəmizi verməyi hədəf seçdik. Fəaliyyətə başladığımız zamandan bu günə qədər minlərlə gəncin öz uğur hekayəsini yazmağa başlamasında pay sahibi olduq. Bəs xaricdə təhsil nə üçün önəmlidir?, şirkətimiz gənclərə nələr vəd edir? və s. kimi suallara aydınlıq gətirək.

Ekspertlərin də şiddətlə tövsiyyə etdiyi xaricdə təhsil almaq bəs nə üçün bu qədər önəmlidir?

Təbii ki, hamımızın arzular ölkəsi adlandırdığı yerlər mütləqdir ki, var. Bəzən təbiəti, müasirliyi, iş imkanları, mədəniyyəti, incəsənəti, iqlimi və s. bizi cəlb edə bilər. Səbəblərdən asılı olmayaraq bizim üçün bənzərsiz görünən yaxud “evim” sözünü hiss etdirə bilən hər hansısa ölkə, bölgə varsa mütləq şəkildə aid olduğumuzu duyduğumuz o yerlərə mütləq baş çəkməliyik. Ən azından gələcəkdə bunun peşmançılığını çəkməmək üçün. Bəzən maddi sıxıntılar bu kimi xəyallarımıza təsir göstərə bilər. Ancaq xaricdə təhsil şansı bütün sərhədləri aşmağa dəstək olur. Bu fürsəti dəyərləndirərək xəyal etdiyimiz həyatı yaşayıb sınaqdan keçirə bilərik. Növbəti mərhələdə fərqli ölkə daim yeni fürsətlər deməkdir. Bu həm şəxsi həyatımız həm də karyeramız üçün keçərlidir. Məsələn, təhsil alaraq hər hansısa şirkətdə təcrübə keçmək bizim həm bacarıqlarımızı, iş təcrübəmizi artırar. Həmçinin yeni insanlar, yeni dostlar tanımış olarıq. Fərqliliklər daim bizi, dünyagörüşümüzü, davranışlarımızı müsbətə doğru dəyişər. İstər Türkiyə istərsə də Avropa ölkələrinin karyera imkanları cəhətdən geniş seçimlərə malik olduğunu nəzərə alsaq qazandıqlarımızın da bol olduğunu söyləmək qarantidir. Bundan başqa getdiyimiz ölkənin dilini öyrənmək şansımız olur ki, bu da üstünlükdür. Təhsilinizi bitirdikdən sonra beynəlxalq diplom əldə etmək isə hazırda əmək bazarı üçün ən çox tələb olunan şərtlərdəndir. Təbii ki, əgər yüksək karyera hədəfləri olan şəxslərdənsinizsə. 

Xaricdə təhsil qərarı verərkən nələrə diqqət yetirmək vacibdir?

Fərqli ölkədə təhsil almağa yollanmaq olduqca önəmli qərardır. Bu səbəbdən də hədəflərimizi öncə dəqiqləşdirib ona uyğun addımlar atmalıyıq. Eyni zamanda zövqümüzə, xarakterimizə, sevdiyimi məsələlərə, sağlamlığımıza və s. səbəblərə də diqqət yetirməliyik. Məsələn, soyuğa qarşı dözümlü deyilsinizsə Norveç, İsveç və s. kimi ölkələr sizin üçün uyğun olmayacaqdır. Baxmayaraq ki, bu ölkələrdə təhsil və həyat keyfiyyəti kifayət qədər yüksəkdir. Əgər xüsusilə təhsil almaq istədiyimiz peşə varsa, o sahə üzrə ixtisaslaşmış universitet seçməyə çalışmaqda da fayda var. Məsələn, idman sahəsi üzrə inkişaf etmək istəyən tələbələr idman üzrə ixtisaslaşan universitetləri seçməlidir ki, gələcəkdə əldə olunan diplomlar da sizin həqiqətən peşəkar kadr olduğunuzu nümayiş etdirsin. Ən əsas məqamlardan biri isə büdcənizə uyğun şəhər, universitet, ixtisas seçməkdir. Bütün bunları bəlkə də çoxlarımız bilsək də, ancaq bəzən qərar vermək, ən prespektivli seçimləri müəyyənləşdirmək çətin gələ bilər. Bu zaman xaricdə təhsil konsultasiya xidmətlərindən yararlanmaqda fayda var. Təbii ki, internetdə də axtarışlar edə bilərsiniz. Ancaq Edumaster şirkəti olaraq sizə ödənişsiz konsultasiya xidmətimizi təklif edirik. 

Edumaster şirkəti sizə nə vəd edir?

Şirkətimiz uzun illərdir ki, xaricdə təhsil xəyalı olan minlərlə gəncə öz dəstəyini göstərməyə davam edir. Məqsədimiz ölkə gənclərinin xəyallarını dünya ölkələrinə daşımaqdır. Çünkü bilirik ki, bu günün uğurlu tələbələri günəşli gələcəyimizdir. Dünyanın nüfuzlu universitetləri ilə qurduğumuz əməkdaşlıqlar sayəsində uğur ailəmizin sayı hər ötən il sürətlə artır. Gənclərimiz arasında bizə göstərilən etimadın arxasında ilkin olaraq öz işini sevgiylə, məsuliyyətlə, qayğıyla yerinə yetirən böyük komandamız dayanır. İlk qərarlarından son qəbul nəticəsinə hətta yeni ölkəyə yollananda belə tələbələrimizin yanında olmağa çalışırıq. Təcrübəmizə əsasən deyə bilərik ki, ən həyəcanlı məqamlardan birincisi gənclərimizə ixtisas, universitet, şəhər, ölkə seçimi mərhələsidir. Bu zaman ekspertlərimiz onları tam ödənişsiz şəkildə keçirilən xaricdə təhsil konsultasiyası vasitəsi ilə qəbul edir. Konsultasiya zamanı namizədlərin arzuları, bacarıqları və s. müəyyən olunur. Qeyd etdiyimiz kimi, bu mərhələ olduqca əhəmiyyətli olduğu üçün komandamızla birgə bu mövzuda davamlı olaraq müxtəlif təlimlər, konsultasiyalar həyata keçiririk. Həm fərdi həm qrup şəklində həyata keçirilir. İxtisas, universitet, ölkə seçimi nümunələri onlara təqdim olunur. Namizədlər sonda qərarı xəyallarına, bacarıqlarına, büdcələrinə və s. görə verirlər. Növbəti mərhələdə tələbələr zəruri sənədlərin toplanması, universitetlərə müraciətlərin edilməsi, ölkəyə yola salınma, qarşılanma, yataqxana və ya evlərə yerləşdirilmə s. kimi xidmətlərimizdən yararlanır.

Xaricdə təhsil amaq üçün təşkil olunan konsultasiyaların hansı faydaları var?

Konsultasiyalar tələbələrin gələcək həyatları üçün verəcəkləri önəmli qərarın müzakirəsi, dəqiqləşdirilməsi məqsədi ilə həyata keçirilir. Onlarla xaricdə təhsil alan peşəkar mütəxəssislər fikir mübadiləsi aparır. Uyğun olan seçimləri, prestijli universitet və ixtisas siyahılarını təqdim edir. Nəticədə tələbə öz gələcəyi üçün hansı seçimlərin daha uğurlu olduğunu ayırd edərək qərarını verir. 

Xaricdə təhsil konsultasiyası ödənişlidirmi?

Xeyr, tələbələrdən heç bir ödəniş tələb olunmur. Ofisimizə gələrək konsultasiyalar qoşula bilərsiniz.

Xaricdə pulsuz təhsil almaq mümkündürmü?

Bəli, müxtəlif təqaüdlü universitetlərə qəbul ola bilərsiniz. Bunun üçün sizin göstəriciləriniz tələb olunur.

Hansı ixtisaslarda təhsil almaq olar?

Xarici universitetlərdə arzuladığınız bütün istiqamətlər üzrə geniş ixtisas seçimi var.

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *