Almaniyada pulsuz tehsil

Almaniyada pulsuz tehsil

Almaniya beynəlxalq tələbə kimi pulsuz təhsil almaq üçün ən çox seçilən ölkələrdən biridir.  Almaniyada pulsuz universitetlərin sayı digər ölkələrlə müqayisədə çoxdur.  Bəs niyə?  Bu sualın cavabı bu sistem dövlətin siyasətindən qaynaqlandığı üçün belədir.

Hər nə qədər pulsuz deyilsədə, kitabxana və buna bənzər sosial obyektlərdən istifadə etmək və tələbə xidmətlərindən yararlanmaq üçün hər semestrdə 200-500 Avro arasında dəyişən sosial  haqq adlı ödəniş ödəməlidirlər. Almaniyada pulsuz tehsil almaq üçün təqaüd proqramlarınada müraciət etmək olar.

Almaniyada təhsil almağın bir üstünlüyü onların təhsil sistemindəki kurrikulumun əla olmasıdır.  Eynşteyn, Plank və Born kimi bir çox böyük elm adamı Almaniya Universitetlərini bitirib.  Akademik proqramlarının sistemli və çətin olması, keyfiyyətli professorlarla təhsil vermələri uğurlarını daimi edir.  Alman Universitetləri təkcə STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) sahələrində deyil, həm də incəsənət və humanitar elmlərdə özünü təsdiq etmiş universitetlərdir.

Almaniyada təhsil almaq üçün yaxşı qiymət orta balınız, IELTS və ya TOEFL-də yaxşı imtahan ballarınız və müraciət etmək istədiyiniz proqram alman dilini tələb edirsə, alman dili biliyi testində tələb olunan bala sahib olmalısınız.  Daha sonra ərizə formasını dolduraraq, tələb olunan sənədləri təqdim edərək və uyğunluq meyarlarına cavab verərək müraciət etməlisiniz.

Almaniyada pulsuz təhsil sadəcə alman dilli fakultələrə aiddir. Pulsuz təhsil almaq üçün alman dilini öyrənməli və alman dili səviyyə təsbit imtahanı verməlisiniz.

Almaniyada yaşam xərcləri

Yaşayış xərcləriniz üçün Almaniya hökumətinin beynəlxalq tələbələr üçün təqdim etdiyi DAAD təqaüdünə müraciət edə bilərsiniz.  Bu təqaüdlə siz yaşayış xərclərinizin çox hissəsini ödəyə bilərsiniz, ona görə də bu təqaüd üçün müraciət etməyinizi  tövsiyə edirik. 

Beynəlxalq tələbələr üçün Almaniyada pulsuz universitetlərin siyahısı

  • Münhen Texniki Universiteti
  •  Ludwig Maximilians Universiteti
  •  Heidelberg Universiteti
  •  Karlsruher Texnologiya İnstitutu
  •  Berlin Humboldt Universiteti
  •  Berlin Azad Universiteti
  •  RWTH Universiteti
  •  Berlin Texniki Universiteti
  •  Tübingen Universiteti
  •  Albert Ludwig Universiteti
  •  Göttingen Georg-Augusta Universiteti
  •  Hamburq Universiteti
  •  Bonn Universiteti
  •  Goethe Universiteti
  •  Ştutqart Universiteti
  •  Darmstadt Texnologiya Universiteti
  •  Drezden Texnologiya Universiteti

Almaniyada pulsuz təhsil çox rəqabətlidir və GPA yəni ortalama qiymətiniz nə qədər yuxari olarsa, qəbul olmaq şansınız bir o qədər yaxşıdır.

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *