Attestatla Turkiyede tehsil

Attestatla Turkiyede tehsil

Xaricdə təhsil almaq hər bir gəncin arzusudur. Ancaq xaricde oxumaq üçün lazım olan bəzi imtahanlar tələbələri biraz qorxudur. Artıq heç bir imtahan vermədən da xaricdə təhsil almaq olar.

Xaricdə oxumaq istəyən tələbələr üçün Türkiyə ilk seçimdir. Türkiyə ilə olan yaxınlığımız, dilimizin çox yaxın olması, həmçinin təhsilin çox keyfiyyətli və təhsil qiymətlərinin bizdən çox çox aşağı olması Türkiyəni gənclər üçün daha cəlbedici edir.

Attestatla Türkiyədə təhsil almaq məlumatları

Türkiyədədə həm bakalavr həm də magistraturanı heç bir imtahan vermədən yalnız attestatla oxuya bilərsiniz.

Türkiyədə bakalavr təhsili müddəti 4, magistratura oxumaq üçün təhsil müddəti 1.5, 2 ildir.

Həmçinin magistratura oxuyan tələbələr üçün işləmək icazəsi də vardır.

Bunun üçün nə lazımdır?

Attestatla Turkiyede tehsil üçün lazım olan sənədlər aşağıdakılardır :

🔹Attestat – hər zaman lazım olur. Lakin bəzi hallarda məktəblər attestatı gec verir. Qəbul prosesini attestatsız aparmaq üçün 11- ci sinifi bitirdiyinə dair arayış alınmalıdır.

🔹Transkript (9-10-11-ci siniflər) – sənədi məktəb direktoruna müraciət etməklə almaq olar. Adətən bu sənədi 9-un qiymətlərin şəhadətnamədən 11-ci sinifin qiymətin attestatdan 10-cu sinifi isə arxivdən yazırlar. 11-ci sinifi tam bitirməyə şagirdlər isə 9 və 10- cu sinifin qiymətləri ilə müraciət edə bilər.

🔹Şəxsiyyət vəsiqəsi vəya pasport – Xaricdə oxumaq üçün əsas sənədlərdən biri xarici pasport sayılır. Xüsusilə də oğlanlar üçün daha çox vacibdir. Çünki əgər Passport olmasa universitetə qəbul olsa bele qəbul olduğuna dair arayışı almaq üçün universitetə getməlidir. Buna görədə (Hərbi Xidmət Problemi) nə olkədən çıxa biləcək nədə vayinkomat ona möhlət hüququ vermiyəcək.

🔹Şəkil 4.5X6 – 2 ədəd – Ölkələr və universitetlərim qaydasına görə şəkil dəyişə bilər. Türkiyədə təhsil almanız üçün 8 ədəd 3×4 və 8 ədəd 4,5×6 ölçüdə fotoşəkil lazımdır

🔹Digər nəticələr (TQDK, SAT, YÖS, Olimpiada nəticəsi, Sertifikat və s.) –

Attestatla Turkiyede tehsil zamanı sizdən heç bir imtahan tələb olunmasa belə siz Türk dilində imtahan verməlisiniz. Əgər imtahanı verə bilməsəniz bir il hazırlıq oxumalı olacaqsınız.

2 Rəylər

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *