Macarıstanda magistr təhsili

Macarıstanda magistr təhsili

Macarıstan Mərkəzi Avropada yerləşir.  Ölkənin paytaxtı ‘Budapeşt’ də onun ən böyük şəhəridir.  Mədəniyyətlə maraqlanan bir çox insan ali təhsil müəssisələrində təhsil almaq və öyrənmək üçün Budapeştə Mərkəzi Avropaya səyahət edir.  Macarıstan Slovakiya, Ukrayna, Rumıniya, Sloveniya, Avstriya və Serbiya ilə həmsərhəddir.  İnsanların çoxu macar dilində danışsa da, paytaxtda əksəriyyət ingiliscə danışır.

Macaristanda tehsil haqqında

Macarıstan universitetlərinin uzun və mühüm tarixləri var.  Macaristanda ilk universitet 600 il əvvəl yaradılıb.  Bu gün bu ölkənin universitetləri öz köklü ənənələrini davam etdirir və demək olar ki, hər sahədə keyfiyyətli təhsil imkanları təklif edirlər. Buranın diplomları bütün dünyada qəbul edilən nüfuzlu diplomlardır.  İqtisadi təhsili və yaşayış xərcləri və keyfiyyətli təhsili ilə Macaristan getdikcə artan sayda beynəlxalq tələbələr üçün cəlbedici bir mərkəzə çevrilir.

Macarıstan 10 milyona yaxın əhalisi olan bir ölkədir.  Ana dili macar dili olan ölkədə 19 Dövlət Universiteti, 6 Özəl Universitet və 10 Dövlət Kolleci, 33 Özəl kollec var.  (Özəl təhsil müəssisələrinin əksəriyyəti ianə və yardım alan dini qurumlardır.

Macaristan universitetlərində Bolonyo sisteminin tətbiqi nəticəsində universitet diplomları dünyanın bütün ölkələri tərəfindən tanınır və qəbul olunur.

Macarıstanda bakalavr təhsili 3 il, magistr təhsili 2 il, tibb təhsili 6 il və Diş həkimliyi, Əzçaçılıq ixtisası isə 5 il davam edir.

Macarıstanda, Avropanın keyfiyyətli universitetində təhsil almaq demək olar ki, hər bir tələbənin arzusudur. İndiyə qədər edilən müqayisələrdə iqtisadi cəhətdən daha baha olan Avropa, indi əksinə, ölkəmizlə müqayisədə daha iqtisadi təhsil variantları təklif edir.

Macarıstanda magistr təhsili

Çoxlu beynəlxalq tələbələrin yaşadığı Macarıstanda magistratura təhsili üçün ən populyar şəhərlər Budapeşt, Debrecen, Szeged dir.  Təhsil alarkən part-time işləmək imkanı verən Macarıstan beynəlxalq tələbələrə məzun olduqdan sonra 1 illik yaşayış və iş icazəsi də verir.

Nə üçün Macaristanda magistratura?

  • Təhsilin keyfiyyəti yüksəkdir.  Avropa Birliyində etibarlı bir diplom təklif edir.
  •  Universitetlər Təhsil Nazirliyi tərəfindən tanınır.
  •  Təhsil və yaşayış xərcləri olduqca münasibdir.
  •  Hər il təxminən 10,000 beynəlxalq tələbə Macarıstanda təhsil alır.
  •  Universitetlər Amerika və ya Britaniya kurikulumu təklif edir. 

Magistr təhsili almaq üçün şərtlər

Macarıstanda magistr təhsili almaq istəyən tələbələr Azərbaycandan aldıqları bakalavr diplomları ilə müraciət edə bilərlər.  İngilis dilində təhsil alacaq tələbələrdən ingilis dili biliyi tələb olunur.  Dil biliyi nöqtəsində onlar IELTS və ya TOEFL dili kimi imtahanlar verərək dil biliklərini göstərməlidirlər. İELTS balı 6.0 olmalıdır.

Macaristanda tehsil qiymetleri

Avropada magistr təhsili almaq istəyən tələbələrin Macarıstanı üstünlük sırasına qoymasının ən mühüm səbəblərindən biri bu ölkədə təhsil və yaşayış xərclərinin çox məqbul səviyyədə olmasıdır.  Macarıstan Avropa İttifaqı ölkəsi olsa da, pul vahidi kimi avrodan deyil, ölkənin forintisindən istifadə edir.  İki mübadilə arasındakı məzənnə fərqi Macaristanın bir çox Avropa ölkələri ilə müqayisədə daha sərfəli qiymətlərlə təhsil proqramları təklif etməsinə səbəb olur.

Siz  təqaüd proqramlarına müraciət edərək bu ölkədə magistr təhsili ala bilərsiniz. Təqaüd üçün əsas tələb ixtisasla müəyyən uyğunluğa sahib olmanızdır. Və GPA nəticəniz minumum 71 olmalıdır.

Təqaüdlə təhsil almaq üçün tələb olunan digər bir sənəd isə motivasiya məktubu dur.

Macarıstanda təhsil üçün viza asan əldə edilir və rüsum tələb olunmur.Burada təhsil aldığınız müddətdə sahib olduğunuz Şengen vizası sayəsində, bütün Avropa ölkələrinə rahatlıqla səyahət edə biləcək, Avropa vətəndaşı kimi yaşaya biləcəksiniz.

Macaristanda tehsil alacağınız reytinqli universitetlər:

  • Szeged Universiteti
  • Debrecen Universiteti
  • ELTE Universiteti
  • Eötvös Lorand Universiteti
  • CEU Universiteti
  • Corvinus Universiteti
  • Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti

1 Rəy

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *