Rus dili oyrenmek
Dil öyrənməyin bu gün nə qədər əhəmiyyətli olduğunu demək olar hər kəs bilir. Xüsusilə də Rus və İngilis dili öyrənməyə təlabat daha çoxdur. Hal-hazirda dil bilməyənlər iş tapmaqda da çox əziyyət çəkirlər. Dil biliyi yüksək olanların digər namizədlərə nisbətən yüksək maaş almasıda göz önündədir.
Bu gün rus dili oyrenmek istəyənlər daha çoxdur. Yuxarıda qeyd etdiyim kimi bu həm iş həyatında daha çox şans demək olduğu üçün həm də gündəlik həyatımızda rus dilində daha çox ifadələr eşitdiyimiz üçün. Azərbaycanda rus dili Azərbaycan dilindən sonra ən çox işlədilən işlədilən dildir.
Bu gün Azərbaycanda yetəri qədər rus bölməsi məktəblərdə fəaliyyət göstərir.
Rus dilini necə öyrənmək olar?
1.Psixoloji olaraq özünüzü hazırlayın:
Xarici dil öyrənməkdə ilk addım motivasiyadır. Əgər siz rus dilini yeni öyrənməyə başlayırsınızsa, özünüzdən soruşmalısınız ki, niyə bu dili öyrənmək istəyirsiniz və zehniniz bu barədə tam aydın olmalıdır. Rus dilini öyrənərkən saatlarla əziyyət çəkməyiniz lazım olacaq bu prosesdə ən böyük köməkçiniz motivasiyanız olacaq.
2. Əsas sözləri öyrənin:
Dil bilmək başqa, danışmaq başqa şeydir. Danışıqda ilk addım əsas sözləri, gündəlik ifadələri öyrənməkdir. Yaxşı bir danışıq kitabı bu işdə sizə kömək edə bilər.
3.Əsas qrammatik mövzuları öyrənin:
Bəli, bilirəm, darıxdırıcı səslənir, amma rus dilinin əsasını rus qrammatikası təşkil edir. Qrammatikanı öyrənmək üçün, rus dili kursuna yazılın. Qrammatikanı evdə öyrənmək sizin üçün elədə asand olmaya bilər. Təcrübəli bir müəllimdən kömək ala bilərsiniz.
4. Rus dilində filmlər və seriallar izləyin:
Rus dilinin tələffüzünü öyrənmək çox vacib və vaxt aparan işdir. Youtube-da rus filmlərinə və seriallarına pulsuz baxa bilərsiniz. Filmlərə və seriallara baxmaq sizə rus həyatı və mədəniyyəti haqqında fikir yaratmaqla yanaşı, tələffüzü öyrənməyə imkan verəcək.
5.Sadə rus nağıllarını və hekayələrini oxuyun:
Əgər siz rus dilini öyrənməyə yeni başlamışsınızsa, əsas qrammatik mövzuları öyrəndikdən və lüğətinizi artırdıqdan sonra, xüsusən oxumağa yeni başlayan uşaqlar üçün hazırlanmış sadə nağıl kitablarını oxumaq rus dilini öyrənmə sürətinizi artıracaq.
6.Onlayn kursları və proqramları sınayın:
Əgər kurslara getmək üçün vaxtınız yoxdursa online kurslara dərslərə qoşula bilərsiniz. Bu zaman vaxtınıza da qənaət etmiş olacaqsınız. Və yaxud dil öyrənmək üçün yaradılan proqramları telefon və ya planşetinizə yükləyib rus dilini öyrənməyə başlaya bilərsiniz.
Mövzu haqqında fikir bildir.