SAT imtahani ile Turkiyede tehsil

SAT imtahani ile Turkiyede tehsil

Türkiyə universitetlərinə qəbul bir neçə yolla aparılır : Attestatla qəbul (imtahansız), DİM balı ilə qəbul, YÖS və SAT imtahanı ilə qəbul.

Türkiyədə təhsil almaq istəyən tələbələr attestatla yəni imtahansız qəbul olmaq istəsələrdə Türkiyədə prestejli universitetlərin əksəriyyəti imtahan tələb edir. İmtahanlardan biri də SAT imtahanıdır.

SAT imtahani nədir?

SAT (Scholastic Aptitude Test) imtahanı Amerikada,Avropa və Türkiyədə təhsil almaq istəyən tələbələr üçün nəzərdə tutulmuş imtahandır. Əsasən də Türkiyə universitetlərinin SAT imtahanı tələb etməsi Azərbaycanlı tələbələr arasında imtahana marağı artırmışdır.

SAT imtahanı iki mərhələdən ibarət olur. SAT1, SAT2.

SAT 1 – Reasoning Test  – Bu mərhələdə tələbələr Məntiq və Riyaziyyat biliklərini yoxlayırlar. İmtahan 3 saat 45 dəqiqə davam edir. Bölmələr olaraq: Riyaziyyat (Cəbr və Həndəsə), İngiliscə oxuma (Critical Reading), İngiliscə yazı qabiliyyəti (Writing) ibarətdir.

Türkiyə universitetləri üçün Riyaziyyat və İngilis dili kifayətdir.

SAT 2 – Subject Test – Universitetlərin tələbindəm asılı olaraq tələbələrə bu fənnlər verilir :Biologiya, Fizika, Kimya, İtalyan dili.

SAT imtahanına hazırlaşmaq üçün ingilis dili səviyyəniz Upper-intermediate (B2) olmalıdır. Bütün dərslər ingilis dilində keçirilir. İmtahana hazırlaşmaq üçün minimum 6 ay lazımdır.

SAT imtahani ile Turkiyede tehsil

Türkiyədə hər bir universitet demək olar ki SAT imtahanı ile tələbə qəbul edir. SAT imtahanı YÖS imtahanı əvəz edir demək olar. SAT imtahanı verərək Türkiyədə bakalavr təhsili almaq mümkündür. Təhsil müddəti 4 ildir.

Türkiyə universitetlərinu üçün “Riyaziyyat” və “Critical Reading” bölmələrindən imtahan vermək qane edir “Writing” bölməsinə  ehtiyac yoxdur.

Türkiyədə təhsil almaq üçün SAT imtahanı ilə Riyaziyyat və İngilis dili bilikləriniz yoxlanılır.

Əslində SAT imtahanı nəticələri 5 il etibarlı olur. Ancaq Türkiyə universitetləri müddətiin 2 ildən çox olmasını istəmirlər.

SAT imtahanında hər bölmə üzrə ballar 500-800 intervalında dəyişir.

Əgər Türkiyədə orta səviyyəli bir universitetə qəbul olmaq istəyirsinizsə hər iki bölmədən bir yerdə 1200 baldan yüksək yığmalısınız.

Türkiyə universitetləri qəbul üçün SAT 1 imtahanı ilə kifayətlənirlər. Demək olar ki Türkiyə universitetlərinə qəbul üçün SAT 2 imtahanı çox zaman tələb olunmur.

SAT 1 imtahanı ilə Türkiyənin bütün universitetlərində təhsil ala bilərsiniz. Bəzi dövlət universitetlər isə imtahanı tələb etmir. Bu təhsil almaq istədiyiniz universitetin tələbələrinə görə dəyişir.

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *