Türkiyədə təhsil bu ölkənin həm məsafə baxımından yaxın olması, həm də dil və mədəniyyətin eyni olmasına görə ən çox maraq göstərilən təhsil ölkəsidir. Burada universitetlərə qəbul olmaq şərtləridə çox münasibdir. Attestatla qəbul, universitetlərin illik təhsil haqqının aşağı olması da bunun üçün ən uyğun səbəbdir.
Türkiyə təhsil almaq istəyən gənclərimizin ən çox maraq göstərdikləri ölkədir.Bu ölkədə təhsil almağın bir çox üstün cəhətləri mövcuddur: məsafənin yaxin olmağı,dil və mədəniyyət uyğunluğu,illik təhsil haqqının aşağı olması və s. Həmçinin universitetlərə qəbulun attestatla olması xaricdə təhsil almaq istəyən gənclərin arzularını əlçatan edir.
Bu ölkədə təhsil gələcək həyatını sağlam təməllər üzərində qurmaq istəyən hər bir gənc üçün gözəl fürsətlərlə doludur.Burada onlar dünya səviyyəsində keyfiyyətli təhsil almaqla bərabər rahat, əlverişli şəraitlə də təmin olunurlar.Böyük kampuslar, yataqxanalar,tələbə ehtiyacını ödəyən hər bir şeylə təchiz olunmuş universitetlər xəyallarınızı gerçəyə çevirəcəkdir.
Son zamanlar bir çox üstün cəhətlərinə görə tələbə adını qazanmaq istəyənlərin ilk seçim etdikləri ölkə məhz Türkiyədir. Edumaster.az bu sahədə olan xidmətlərin ən yaxşısını sizə təklif etmək üçün fəaliyyət göstərir. Əsas fərqimiz hər bir ölkə və universitetlərlə rəsmi əməkdaşlıqlarla calışmağımızdır.
Bakalavr və Magistr pillələri üçün lazım olan sənədlərin uyğunluğu təstiqlənərsə seçdiyiniz universitetdə təhsil almaq arzunuzun həyata keçməsini reallaşdıra bilərsiniz.Bu sənədlərə daxildir: bakalavr pilləsi üçün orta məktəb attestatı,Magistr pilləsi üçün bakalavr diplomu.Bundan basqa bəzi universitetlər vardır ki,onlar üçün xüsusi imtahan nəticələri olmalıdır.Məsəslən: SAT,İELTS və s.
Türkiyədə universitetlər özəl və dövlət universitetləri olmaqla iki yerə ayrılır.Hər univesitet daxilində ixtisas seçimləri olur.İstədiyiniz universitetdə seçdiyiniz ixtisasa qəbul olmaq üçün müraciət formlarını doldura bilər və ya bizimlə əlaqə saxlaya bilərsiniz.
Universitetlərə qəbul attestatla,SAT,YÖS,TQDK kimi imtahan göstəriciləri ilə mümkündür.Bunun üçün seçdiyiniz universitet və ixtisasın tələblərinə uyğun göstəricilərə malik olmalısınız.İstədiyiniz universitet və ixtisasa qəbul indi çox rahatdır.Ətraflı məlumat üçün onlayn çat və ya whatsapp vasitəsilə xaricdə təhsil mütəxəssislərimizə yazıb suallarınıza cavab tapa bilərsiniz.
Türkiyədə ən çox seçilən ixtisaslar aşağıdakılardır:
Türkiyədə təhsil qiymətləri qəbul olmaq istədiyiniz universitetə görə fərqlənir.Özəl universitetlər nisbətən daha bahadır. Dövlət universitetləri isə bəzən ödənişsiz olur.Ödənişsiz təhsil almaq üçün xüsusi təqaüd proqramlarına müraciət edə bilərsiniz.Bu təqaüdlər “burs “ adlanır. “Burs” almaq üçün müraciətiniz tələblərə uyğun olduqda siz qəbul olunursunuz. Təqaüd proqramları əsasən dövlət universitetləri üçündür. Amma özəl universitetlər üçün də belə proqramlar mövcuddur. Belə proqramlardan yararlanmaq istəsəniz, bizə müraciət edə bilərsiniz.Saytımızdan universitetlərin öz səhifələrinə keçid edərək məlumat əldə edib sizə uyğun olanı seçə bilərsiniz.
Türkiyədə təhsil almaq istəyinizi bakalavr və magistr dərəcəsi olaraq davam etdirə bilərsiniz.Bakalavr pilləsi üçün lazım olan əsas göstəricilər attestat və SAT,TQDK, YÖS nəticələridir. Magistatura təhsilini bu ölkədə davam etdirmək üçün isə bakalavr diplomu mütləqdir.İstədiyiniz dərəcə və universitetlərə qəbul olmaq üçün bizimlə əlaqə saxlayaraq məlumat əldə edə bilərsiniz. Burada hətta qiyabi təhsil almaq şansınız da mövcuddur. Bunun üçün bizim peşəkar mütəxəssislərimizə müraciət etməyiniz yetərlidir.
.
Həm maddi, həm də mənəvi mədəniyyətlərin oxşarlığı baxımından bu ölkə xaricdə təhsil üçün ən ideal seçimdir. Gediş gəliş rahatlığı, universitetlərin ödənişinin hər büdcəyə uyğunluğu və hər bir tələbə üçün ölkəyə rahat adaptasiya olmaq üstülükləri bu ölkəni ən çox üstün görülənlərdən edir.
Üstün cəhətlərini saymaqla bitməz. Ən əsası və vacib olanı isə diplomunun Azərbaycan və bundan başqa bir çox ölkələrdə tanınmasıdır. Universitetlərin təhsili isə qlobal səviyyədə keyfiyyəti ilə fərqlənir.
Bu ölkədə bir çox universitetlər daxili yataqxanalar ilə sizi təmin edir ki, bu yataqxanalar həm maddi cəhətdən çox uyğun həm də universitet daxili olduğu üçün çox rahatdır.