Boğaziçi Universiteti

Boğaziçi universiteti Türkiyənin 150 ili atlamış həm qədim həm də prestijli universitetlərindən biridir. Burada təhsil almaq bizim ölkə gəncləri üçündə arzu olunandır.
Boğaziçi Universitetinin 6 kampusu, 14.500 tələbəsi və 53.000 məzunu bütün dünyaya yayılmışdır. Hər il 1850 yeni tələbə qəbul edir. Bu universitet təhsil səviyyəsinə görə həm də dünya səviyyəsində tanınınır.

Boğaziçi universiteti akademik kollektivi, tədris metodları ilə hər bir gəncin təhsilini davam etdirmək istədiyi bir universitet kimi tanınır.

Bu universitetə qəbul prosesi də digərlərindən fərqlidir. Burada hər il başqa xarici ölkələrdən də müraciət olduğu üçün qəbul prosesində kəskin rəqabət olur. Bunun üçün akademik göstəricilərini mükəmməl olmalıdır.

Universitetin rəsmi saytı: http://www.boun.edu.tr/
Buradan istəyinizə uyğun məlumatları rahatlıqla əldə edə bilərsiniz.

Universitet daxilində 4 fakultə, 2 kollec, 6 institut, 32 bakalavr, 56 magistr və 32 doktorantura proqramları, 17 tədqiqat mərkəzi fəaliyyət göstərir. Boğaziçi Universitetinin təxmini 11417 bakalavr, 4267 magistr olmaqla 15684 tələbəsi var.

Niyə Boğaziçi Universitetinde təhsil?

  1. Boğaziçi Universitetində ABŞ, Avropa və Türkiyənin aparıcı universitetlərindən doktorluq dərəcəsi alan güclü bir müəllim kollektivi var.
  2. Boğaziçi Universiteti, 1863-cü ildən bəri təcrübəsi və biliyi ilə Türkiyədə ən köklü İngilis dili tədris ənənəsinə sahibdir.
  3. Boğaziçi Universiteti tələbələrə komanda işi və ünsiyyət bacarıqları təqdim edir və universitet sonrası karyeraları üçün əhəmiyyətli üstünlüklər verir.
  4. Boğaziçi Universiteti məzunları iş həyatındakı aktiv mövqeləri ilə çox güclü bir cəmiyyətdir.
  5. Akademik və inzibati səriştəsi Avropa Universitetlər Birliyi (EUA) tərəfindən təsdiqlənən Boğaziçi Universiteti, 2013 – 2017 dövründə Avropa Universitetlər Birliyinin İdarə Heyətinin üzvü seçildi.
  6. Boğaziçi Universiteti Mühəndislik Fakültəsi, ABŞ-da yerləşən Mühəndislik və Texnologiyalar üzrə Akkreditasiya Şurası (ABET) tərəfindən təsdiqlənmiş bütün bölmələri ilə Türkiyənin ilk mühəndislik fakültəsidir.
  7. Boğaziçi Universiteti, Times Higher Education (THE) və Thomson Reuters tərəfindən hazırlanan dünya universitetləri sıralamasında təhsili, elmi nəşri, araşdırması və beynəlxalq nəşr nailiyyətləri ilə dünyanın ən yaxşı 200 universiteti arasında yer alan yeganə universitetdir. Boğaziçi Universiteti hər il Tələbə Seçmə və Yerləşdirmə İmtahanlarında ilk 1000-ə girən tələbələr tərəfindən ən çox seçilən universitetdir.

Universitetə Qəbul üçün imtahan nəticələri

  1. SAT: “Math” imtahanında 40 üzərindən 35.5
  2. İngilis dili: İELTS: 6.5,
  3. TOEFL: 79

 

 

Boğaziçi Universiteti

Tanıtım Videosu

image

Xaricdə Təhsil Üçün Müraciət Et

Bloqlar

Xaricdə təhsil haqqında bloqlar

Hamısına Bax