Xaricdə təhsil almaq üçün nə etməli?

Xaricdə təhsil almaq üçün nə etməli?

Ali və ya magistr təhsilini xaricdə almaq istəyən gənclərin sayı gündən günə artmaqdadır. Ölkəmizdə təhsil səviyyəsi ildən-ilə artsada xaricde tehsil gənclərə daha keyfiyyətli gəlir. Həmdə bəzi Avropa ölkələrində təhsil keyfiyyəti olduğu qədər həmdə ucuzdur. Bəzi ölkələrdə universitetlərdə təhsil qiymətləri hətta bizim universitetlərdəki təhsil qiymətlərindən də aşağıdır. Xaricde tehsil almaq üçün ne etmeli? sualınızın cavabını aşağıdakı yazıdan əldə edə bilərsiniz. Siyahını nəzərdən keçirib ediləcəkləri oxumağınız kifayətdir.

Xarici dil öyrənmək lazımdır

Xaricde tehsil almaq üçün lazım olan ilk tələb xarici dil bilməkdir. Xüsusilə də gedəcəyiniz ölkənin dövlət dilini öyrənməlisiniz. Bakalavr təhsilini xaricdə almaq istəyənlərin aşağı siniflərdən xarici dil öyrənməyə başlamağı daha məsləhətlidir. Xüsusilə də ingilis dilini.

Akademik göstəriciləriniz yaxşı olmalıdır

Akademik göstəriciləri nəzərə almaq universitetdən asılı olaraq dəyişir. Yəni elə universitetlər varki GPA ( Orta müvəffəqiyyət göstəricisi) onlar üçün ən önəmli faktordur. GPA göstəricinizin 81+ olması məsləhətlidir.

GPA göstəricinizi yüksək saxlamaq üçün universitdən əlavə fəaliyyətdən qalmayın.

Yoxsa təqaüd proqramına özünüzü tanıdarkən üstünlük rəqib tələbələrə verilə bilər.

Təqaüd proqramı tapmalısınız

Xarici ölkələrdə pulsuz təhsil almaq üçün təqaüd proqramlarından, burslardan istifadə edə bilərsiniz. Hər universitetin özünə məxsus fərqli təqaüd proqramı, təqaüd almaq üçün tələbləri olur. Buna görə də təqaüd proqramı seçərkən çoxlu araşdırma aparmağınız məsləhətlidir.

Xaricde tehsil üçün lazım olan sənədlər

Bunun üçün ilk öncə seçdiyiniz ölkənin, universitetin şərti ilə tanış olmalısınız. Ancaq lazım olan ümumi sənədlər bunlardır:

  • Xarici pasport və ya şəxsiyyət vəsiqəsi
  • Motivasiya məktubu
  • Tövsiyə məktubu
  • Attestat
  • Diplom və ya Transkript
  • İELTS / TOEFL sertifikatı
  • Digər sertifikatlar- buraya ixtisasla əlaqəli sertifikatlar daxildir ( GMAT, GRE, SAT). Beynəlxalq olimpiada sertifikatları,sosial aktivliyinizi göstərən sertifikatlar, iş təcrübəsi sertifikatları ( əmək kitabçası) və s.
  • Viza

Bəzi universitetlər sağlamlıq haqqında sənəddə istəyə bilər. Əsasən Hepatit A, B, C və QİÇS haqqında kağız tələb edirlər.

Xaricde tehsil almaq üçün hansı imtahanlar tələb olunur?

Bəzi ölkələr varki siz orada heç bir imtahan vermədən yalnız attestatla təhsil ala bilərsiniz.

Məsələn attestatla Türkiyə, Kanada, Avropanın özəl universitetləri, Şərqi Avropa ölkələrində təhsil almaq şansınız var.

TQDK balı demək olar əksər ölkələrdə keçərli deyil. Yəni xaricdə oxumaq üçün TQDK imtahanına ehtiyac yoxdur. Hər ölkənin, universitetin özünəməxsus tələbə qəbulu imtahanı var. Ancaq xaricde təqaüdlə təhsil almaq üçün TQDK balı sizə lazımdır. Ona görə də bu imtahanada hazırlaşmaq lazımdır. Gələcəyinizi riskə atmayın.

Xaricde bakalavr təhsili üçün lazım imtahanlar

Xaricdə təhsil almaq üçün lazım olan əsas imtahan ilk olaraq İELTS və TOEFL imtahanlarıdır. Əgər siz təhsilinizi ingilis dilində almaq istəyirsinizsə bu imtahanları mütləq verməlisiniz. Ancaq ola bilər ki sizin seçdiyiniz universitet bu imtahanları deyil başqa imtahan tələb eləsin. Elə universitetlər varki özünün tələb etdiyi imtahanla tələbə qəbul edir.

Yəni xaricde tehsil almaq üçün ilk olaraq universiteti seçib, onun tələb etdiyi qaydaya görə hazırlaşmalısınız.

Xaricde magistr təhsili üçün lazım olan imtahanlar

Magistr təhsilini xaricdə almaq istəyən tələbələr çoxdur. Siz həm imtahanla həmdə heç bir imtahan vermədən xaricdə magistr təhsili ala bilərsiniz. Xaricdə magistr təhsili almaq üçün lazım olan əsas şərt bakalavr diplomudur. Həmçinin yenədə magistr təhsilini ingilis dilində almaq istəyənlər TOEFL və İELTS imtahanlarınl verməlidir. Türkiyə universitetləri ALES imtahanı tələb edir. İELTS və TOEFL Türkiyədə özəl universitetlər üçün keçərlidir. Lakin  ABŞ və bəzi Avropa ölkələri GMAT və GRE imtahanları tələb edir.

Xaricde tehsil almaq üçün yaş heddi

Xaricde tehsil üçün yaş həddi də ölkələrə görə dəyişir. Məsələn Böyük Britaniya 18, Hollandiya üçün yaş həddi 17- dir.

Xaricde tehsil üçün bank hesabı

Təhsilini xaricdə davam elmək üçün bank hesabı hər ölkə üçün vacib tələb deyil. Məsələn Almaniya və Skandinaviya ölkələrində təhsil almaq üçün öz ölkələrində hesab açmalı və pul yatırmalısınız. Məbləğ ölkələrə görə dəyişir və Azərbaycandan hesab göstərmək tələb olunur. Təqaüd tam aldığınız zaman hesaba ehtiyac qalmır.

Xaricde en prestejli universitetlər

Xaricdə təhsil almaq üçün ən prestejli universitetlər Böyük Britaniya və ABŞ universitetləridir. Həmçinin Hollandiya universitetləri də prestejli universitetlər siyahısında ön sıralardadır.

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *