Xaricde Bakalavr Tehsili

Xaricde Bakalavr Tehsili

Xaricdə bir universitetdə təhsil almaq təkcə iş sahəsində daha üstün mövqe qazanmağa kömək etmir, həm də Azərbaycandakı  təhsil qiymətləri ilə eyni, bəzən daha aşağı qiymətdə  təhsil alarkən xarici dili inkişaf etdirmə şansına da malik olursunuz.

Xaricdə universitetdə təhsil alarkən xarici dilini inkişaf etdirmək istəyənlərə təklif oluna biləcək bir çox alternativ ölkələr var.  Bu ölkələr arasında ən çox üstünlük verilənlər bunlardır;

  • İngiltərə
  • Amerika
  • Kanada
  • Polşa
  • Ukrayna
  • İtalya
  • Malta
  • Almaniya

Xaricde bakalavr tehsili almaq şərtləri:

Xaricdə təhsil almaq istəyən hər bir tələbə əvvəlcə aşağıdakı şərtləri yerinə yetirməlidir.

1.Xaricdə təhsil almaq istəyən tələbənin kifayət qədər ingilis dilinin olması;

Tələbənin TOEFL və IELTS test balları xaricdəki universitetdən universitetə ​​fərqli olsa da, universitetlər ümumiyyətlə TOEFL üçün 60-80, IELTS üçün 5.5-6.5 tələb edir.

Bəzi Avropa və Amerika ölkələri GMAT və GRE imtahanları tələb edirlər.

2. Xaricdə təhsil almaq istəyən tələbənin müəyyən bir bal ortalaması olmalıdır;

Tələbə xaricdə bakalavr təhsili almaq istəyirsə, orta məktəb diplomu ilə birlikdə minimum 100 -dən 80 -ə bərabər bala sahib olmalıdır;

Xaricdə təhsil almaq istəyən tələbələrdən aktiv, sosial və istedadlı olmaları istənilir.  Xüsusilə təqaüdlə təhsil almaq istəyən tələbələrdən  bəzi uğurlar istənilir . Məsələn, bir idman fəaliyyətində və ya sənətdə uğur qazanmaq, kitab yazmaq və s.kimi

Xaricde imtahansız bakalavr tehsili

İngiltərə, Polşa,Avropa ölkələri, Ukrayna və s ölkələrdə imtahan vermədən yalnız attestatla təhsil almaq mümkündür. İmtahansız Attestatla təhsil üçün universitetlər attestatda olan ortalama bala diqqət edirlər. Ortalama balınız yüksək olmalıdır. Yəni xaricdə təhsil üçün burada imtahan verməyiniz şərt deyil. Amma bəzi universitetlər özləri xüsusi imtahan tələb edə bilərlər.

Ümumiyyətlə xaricdə təhsil almaq üçün ən çox İELTS və TOEFL imtahanları tələb olunur.

Bəzi universitetlər isə Azərbaycanda TQDK imtahan balı tələb edir. Bunlar aşağıdakılardır :

  • Polşa Universitetləri (Attestat və İngilis dili sertifikatı)
  • Litva (Attestat və İngilis dili sertifikatı)
  • Latvia (Attestat və İngilis dili sertifikatı)
  • Estoniya (Attestat və İngilis dili sertifikatı)
  • Luksemburq ((Attestat və fransiz dili sertifikatı)
  • Macaristan (Attestat və İngilis dili sertifikatı)
  • Amerika Birləşmiş Ştatlarıda Universitetlər üçün  (Attestat + SAT I və bəzən II)\/
  • Kanada yerləşən Universitetlər (Attestat və İngilis dili sertifikatı)
  • Niderland Krallığı (applied sciences) (Attestat və İngilis dili sertifikatı)
  • Türkiyə Dövlət Universitetlərinə (TQDK balı , SAT I, Daxili YÖS + Attestat + Türk və İngilis dili sertifikatı)
  • Avstria (Attestat, TQDK balı, Alman və ya İngilis dili sertifikatı)

Bəzi ölkələr Azərbaycanda 11-ci sinifi bitirən şagirdləri birbaşa universitetə etmir. Səbəb həmin ölkələrdə universitet 12 və yaxud 13 ildir. Bunun görə də həmin ölkədə 1 illik “Foundation” proqramını keçməlisiz ya da Azərbaycanda 1 il və yaxud da 2 il bakalavr təhsili almalısınız. Bu qrupa aid olan ölkələr bunlardır :

  • Almaniya (iki il universitet təhsili və ya Ştudien Kollec)
  • Fransa ( bir il universitet təhsili və ya Fransada bir il foundation proqramı)
  • Böyük Britaniya Universitetləri ( bir il universitet təhsili və ya Fransada bir il foundation proqramı)
  • Norveç (iki il universitet təhsili və Norveç dili)
  • İsveç (iki il universitet təhsili və İngilis dili)
  • Finlandiya (iki il universitet təhsili və İngilis dili)
  • İrlandiya (bir il universitet təhsili və İngilis dili)
  • İtaliya  (bir il universitet təhsili və İngilis və ya İtalyan dili)
  • İspaniya  (bir il universitet təhsili və İngilis və ya İspan dili)
  • Asia ölkələri (Korea, Yaponiya, Çin) (bir il universitet təhsili və İngilis dili

Xaricdə bakalavr təhsili almaq üçün lazım olan sənədlər :

  • Müəyyən qədər büdcə. Bu müraciət etdiyiniz proqrama görə dəyişir.
  • Xarici pasport
  • Diplom-master və PhD nazmizədlər üçündür. Təhsilin son ilində olanlar üçünsə arayış lazımdır.
  • Bakalavr təhsili almaq üçün attestat
  • Transkript (diplom əlavəsi)
  • Motivasiya məktubu (motivation letter)
  • (study plan/statement of purpose/research proposal)
  • Tövsiyə məktubu (recommendation letter)
  • Xarici dil sertifikatı (İELTS /TOEFL)

1 Rəy

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *