Turkiyede magistr tehsili

Turkiyede magistr tehsili

Artıq tələbələrin demək olar ki böyük əksəriyyəti bakalavr təhsilini bitirən kimi magistr təhsili almaq istəyirlər. Xaricdə magistr təhsili almaq gənclər üçün daha cəlbedici görünür. Ən çoxda üstünlük verilən ölkə Türkiyədir.

Türkiyədə Magistatura təhsili almaq

Tələbələr Türkiyədə bəzi imtahanları yəni ALES, YDS, GRE, GMAT kimi imtahanları vermədən də Turkiyede magistr tehsili ala bilərlər. Yalnız bakalavr diplomu ilə Türkiyədə magistr təhsili almaq mümkündür. Həm də Türkiyənin ən prestejli universitetlərində.

Tələb olunanlar:

Türkiyədə magistr təhsili almaq üçün tələb olunan sənədlər aşağıdakılardır :

Bakalavr Diplomu

2. Akademik Transkript

3. Xarici Passport

4. Europass CV

5. İki ədəd Akademik Referans məktub.

Türkiyədə həm dövlət həm özəl universitetlərdə magistr təhsili almaq mümkündür. Təhsil müddəti ixtisasa görə dəyişir. Adətən 1.5 – 2 il çəkir.

Özəl universitetlərdə magistr təhsili almaq üçün sizə lazım olanlar ortalama bal və TOEFL ( ingiliscə proqramlar üçün) TÖMƏR ( türk dili proqramları üçün) imtahanlarıdır. Bəzi universitetlərdə əlavə olaraq nəticələri yaxşı olan tələbələrə təqaüd verilir. Təhsil müddəti qiymətləri 2000 dollardan başlayır.

Turkiyede magistatura tehsili 2 proqrama ayrılır. Tezli və tezsiz. Akademik karyera, elmi fəaliyyətlə məşğul olmaq istəyənlər Tezli Yüksek Lisans proqrama, i həyatında yüksəlmək, karyera hədəfi magistr təhsil almaq istəyənlər Tezsiz Yüksek Lisans proqramına müraciət etməlidirlər. Bir sözlə bu iki proqramın fərqi yalnız akademik karyeradır.

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *