Turkiyede magistratura

Turkiyede magistratura

Son zamanlar artan tələbatla əlaqədar , həmdə gənclərin təhsillərini tamamlamaq istəyinə görə magistratura oxumaq istəyən gənclərin sayı gündən günə artmaqdadır. Xüsusilə də xaricdə magistratura oxumaq istəyən daha çoxdur. Əsasən də bakalavr təhsilini xaricdə ala bilməyən tələbələr magistr təhsillərini xaricdə almağı daha üstün tuturlar. Gənclərin təhsil almaq istədiyi ölkələr siyahısında ilk yerdə Türkiyə gəlir.

Nə üçün Türkiyədə magistatura?

Həm dil, həm sərhəd, həmdə mədəniyyət və s yaxınlıq səbəbi ilə Türkiyədə oxumaq istəyən gənclərin sayı gündən günə artır. Həmçinin Türkiyə yüksək keyfiyyətli təhsili ilə yanaşı, ucuz təhsil qiymətləri və yaşayış xərcləri ilə bizim ölkədən və Avropa ölkələrindən fərqlənir.

Turkiyede magistratura oxumaq üçün qəbul bir neçə mərhələdə aparılır. Universitetlərə həm imtahanla həm də imtahansız qəbul mümkündür.

Yalnız bakalavr diplomu ilə  imtahansız Turkiyədə magistr oxuya bilərsiniz.

Universitetdə təhsil almaq istədiyi tədris dilinidə tələbə özü seçir. Tədris tələbənin seçimindən asılı olaraq bir neçə xarici dildə təşkil oluna bilər.

Türkiyədə həm özəl həmdə dövlət universitetlərində magistr təhsili ala bilərsiniz. Türkiyənin bütün bölgələrində dövlət universitetləri yerləşir. Təhsil haqqları aşağı olduğu üçün dünyanın bütün ölkələrindən buraya tələbə axını var. Buna görə də burada rəqabət güclüdür. Əsasəndə Ankara, İzmir və İstanbul şəhərlərində yerləşən universitetlər həm keyfiyyəti həm də aşağı təhsil qiymətləri ilə fərqlənirlər.

Türkiyədə dövlət universitetlərində təhsil qiymətləri 500 – 2000 manat arasında dəyişir. Ancaq elə proqramlar var ki onlar bahadır.

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *