Turkiyede pulsuz tehsil

Turkiyede pulsuz tehsil

Universitetdə hazırlaşan hər bir tələbə pulsuz təhsil almaq üçün daha çox çalışır. Pulsuz ali təhsil hər gəncin arzusudur. Xüsusilə də xaricdə pulsuz təhsil almaq. Xaricdə oxumaq istəyən tələbələrin əksəriyyəti Türkiyədə təhsil almaq istəyir. Türkiyədə təhsil almaq üçün Azərbaycanlı gənclər üçün səbəb çoxdur. Xüsusilə də təhsilin Avropa universitetləri ilə eyni keyfiyyətdə hətta demək olar daha keyfiyyətli və Avropa universitetlərinə nisbətən ucuz olması ən əsas səbəblərdən biridir.

Təhsil qiymətləri Türkiyə universitetlərində aşağı olsada gənclər Turkiyede pulsuz tehsil almaq üçün çox maraqlıdırlar.

Turkiyədə pulsuz təhsil almaq

Turkiyede pulsuz tehsil üçün nələr lazımdır?

Türkiyədə pulsuz təhsil almaq üçün ilk öncə Burs proqramlarına müraciət eləmək lazımdır. Burs proqramları Türkiyədə ən geniş yayılmış təqaüd proqramlarındandır. Burs proqramlarına nəinki Azərbaycanli dünyanın hər bir yerindən hər il minlərlə tələbə müraciət edir.

Türkiyədə Burs proqramlarından əlavə təqaüd verən dövlət proqramları da fəaliyyət göstərir.

 Təqaüdlə təhsil almaq üçün universitlərə əvvəlcədən və yaxud da sonra müraciət eləmək olar. Universitetlər hər il təqaüd proqramlarını yenilədiyinə görə hər universitet şərtləri ilə tanış olmaq lazımdır.

Kimlər Turkiyede pulsuz tehsil ala bilər?

Azərbaycanda TQDK balı yüksək olan, yəni 600- dən çox bal toplayan tələbələr Türkiyədə təqaüdlə təhsil ala bilərlər.

Azərbaycanlı tələbələr Türkiyədə bakalavr, magistr, doktorantura pillələri üzrə pulsuz təhsil almaq imkanına sahibdirlər.

Türkiyə Bursları kimlərin müraciət hüququ var?

  • Abituriyentlər (DİM-dən hazırlaşanlar)
  •  YÖS və SAT– dan hazırlaşanlar
  • Attestatla Türkiyədə təhsil almaq istəyənlər
  • Magistratura təhsili almaq istəyənlər
  • Doktorantura təhsili almaq istəyənlər

Turkiyədə pulsuz təhsilin hansı faydaları var?

1 Pulsuz təhsil almaq üçün müraciət edənlərdən heç bir ödəniş tələb olunmur. Lakin müraciət zamanı diqqətli olun. Müraciəti hər bir tələbə özü internet vasitəsilə edə bilər.

2. Əgər təqaüdlə təhsil almaq şansı qazansanız Türkiyəyə ilk gəlişiniz və məzun olduqdan sonra Türkiyədən qayıtmaq üçün təyyarə biletlərini sizə Türkiyə Bursları alır.

3. Təqaüd proqramlarına qəbul olduqdan sonra təhsil aldığınız müddətdə təqaüd alırsınız. Qeyd edim ki təqaüdlər hər il artır.

4. Həmçinin tələbələr pulsuz yataqxana və qidalanma ilə də təmin edilir.

5. Türkiyə Bursları tələbələri pulsuz sığorta ilə də təmin edir.

6. Universitetə qəbul üçün sizdən Türk dili imtahanı tələb olunur. Əgər imtahandan keçə bilməsəniz bir il hazırlıq oxumalısınız. Bu müddətdə də siz Türkiyə Burslarının xidmətlərindən yararlana bilərsiniz.

Turkiyede pulsuz tehsil almaq üçün hansı şərtlər var?

Türkiyə təqaüd proqramlarına müraciət üçün tələbələrə yaş limiti qoyur. Yaş limitləri bu formadadır: bakalavr üçün 21 yaş ,magistratura üçün 30 yaş ,doktorantura üçün 35 yaş.

Ümumi orta təhsil göstəricisi yəni – GPA müraciət olunan ixtisas və təhsil pilləsindən asılı olaraq dəyişir. Belə ki bakalavrlar üçün keçid balı 70%, magistratura və doktorantura üzrə 75%-dir. Təqaüd proqramlarına qoşulmaq üçün tələbələrin ümumi orta təhsil göstəriciləri ilə yanaşı sosial cəhətdən aktivlik və təcrübələri də nəzərə alınır.

1 Rəy

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *