Turkiyede teqaudlu magistr tehsili

Turkiyede teqaudlu magistr tehsili

Magistr təhsili artıq son zamanlar gənclər üçün vacib hala çevrilib. Həm təhsillərini tamamlamaq həm də gələcək karyeralarında yüksək nəticələr əldə etmək üçün magistr təhsili almaq istəyən tələbələrin sayı gündən günə artmaqda davam edir.

Azərbaycanlı tələbələrin təhsil almaq istədiyi ölkələrdən biri, hətta birincisi Türkiyədir. Türkiyədə universitetlərində olan əcnəbi tələbələrin əksəriyyəti Azərbaycanlı tələbələrdir.

Türkiyəde təqaüdlü magistr təhsili

Magistr təhsilini təqaüdlə oxumaq tələbələr üçün bir arzu, məqsəddir. Türkiyə universitetləri tələbələr üçün bir sıra təqaüd proqramları təklif edirlər.

Türkiyə Bursları vasitəsilə Türkiyənin müxtəlif universitetlərində ödənişsiz, təqaüdlə təhsil almaq mümkündür. Türkiyə bursları aylıq 1100 TL təqaüd, universitetin təhsil haqqı, sağlamlıq sığortası, bir dəfəlik təyyarə bileti və yaşayış yeri xərclərinizi qarşılayan təqaüd proqramıdır. Proqramın magistr pilləsinə 30 yaşadək olan namizədlər müraciət edə bilərlər. Minimum göstərici tələbi isə 75 + ortalamadır. Tibb təhsili almaq istəyən tələbələr üçün isə tələb 80+ dur.

Təqaüd proqramları tələbələrin nailiyyətlərinə görə verilir və universitetdən asılı olaraq dəyişir.

Türkiyə universitetlərində bir semester təhsil aldıqdan sonra tələbələr təqaüd proqramlarına müraciət edə bilərlər.

Türkiyədə magistr təhsili alan tələbələrə 20 saat işləmə icazəsi verilir.

Müraciət üçün hansı sənədlər lazımdır?

Universitetlərə müraciət üçün lazım olan sənədlər aşağıdakılardır :

🔹 ALES imtahanı nəticəsi (tezsiz yüksek lisans xaric, tezsiz təhsil üçün bu imtahana ehtiyac yoxdur)

🔹 Məzun olan tələbələr diplom və diplom əlavəsi

🔹 4 cü kursda təhsil alan tələbələr universitetdən transkript və arayış

🔹 Tədris dilinə uyğun universitet təfəfindən tanınan dil sertifikatı

🔹 CV

🔹 Fotoşəkil

🔹 2 ədəd Tövsiyyə məktubu

🔹 Passport

Türkiyədə yerləşən özəl universitetlər Azərbaycanlə tələbələr üçün bir çox təqaüd proqramları təklif edir. Həmçinin Türkiyə dövləti də tələbələr üçün iki təqaüd imkanı təqdim edir.

Turkiyede teqaudlu magistr tehsili – Beynəlxalq təhsil alan tələbələr üçün təqdim edilir.

TÜBİTAK Təqaüdləri – Aşağıdakı proqramlara qatılan beynəlxalq tələbələrə TÜBİTAK maddi dəstək göstərir.

  • Beynəlxalq tələbələr üçün bakalavr təqaüd proqramı
  • Xaricilər üçün tədqiqat təqaüdü
  • Az inkişaf etmiş ölkələr üçün magistr təqaüd proqramı
  • Beynəlxalq tələbələr üçün magistr təqaüd proqramı

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *