Turkiyede tehsil attestatla

Turkiyede tehsil attestatla

Türkiyə xaricdə təhsil almaq istəyən tələbələr üçün ən ideal seçimlərdən biri və birincisidir.

Nə üçün Türkiyədə təhsil?

Türkiyə Azərbaycan üçün qardaş ölkədir. Dilimiz, mədəniyyətimiz hətta mətbəximiz belə eynidir. Qonşu dövlətlərlə müqayisədə ən qısa sərhəd məsafəmiz Türkiyə ilədir. Buna görə də Türkiyə Azərbaycanlıların ən çox üz tutduğu ölkələrdən biridir.

Dünyada həm Asiya, həm də Avropada yerləşməsi, həmçinin ilk yaşayış yerlərinin burada tapılması, köklü tarixi keçmişi ilə müxtəlif mədəniyyətlərə sahiblik edən, bu gün də  sürətlə inkişaf edən Türkiyədə təhsil almaq son illərdə başda azərbaycanlı gənclər olmaqla, bir çox xarici xarici gənc üçün böyük əhəmiyyət kəsb etməyə başlamışdır.

Türkiyədə ali təhsil sistemi “Yükseköğretim Kurulu (YÖK)” tərəfindən idarə olunur.

Türkiyə universitetlərində təhsil almaq üçün tələbələrdən YOS, TYS, TOEFL, SAT kimi imtahan nəticələri tələb olunur. İmtahanlar universitetlərə görə dəyişir. Hər bir universitet fərqli imtahan tələb edə bilərlər.

Turkiyede attestatla tehsil

Ancaq Türkiyə universitetlərində heç bir imtahan vermədən yalnız attestatla da təhsil mümkündür. Turkiyede attestatla tehsil zamanı sizin attestat üzrə ortalamanız tələb olunur. Türkiyədə attestatla təhsil zamanı sizdən yalnız Türk dili imtahanı tələb oluna bilər. Əgər imtahanı uğurla verə bilməsəniz 1 il hazırlıq oxumağınız lazım olacaq.

Turkiyede tehsil həm bakalavr həm də magistr pilləsi üzrə mümkündür.

Attestatlala siz Türkiyənin həm dövlət həm də özəl universitetlərində təhsil ala bilərsiniz.

Təhsil aldığı müddətdə oğlanlara əsgərlikdən hərbi möhlət hüququ verilir.

Attestatla universitetə qəbul zamanı ən azı 5 universitet seçməlisiniz ki qəbul şansınız yüksək olsun. Çünki universitetlər ilk olaraq YÖS imtahanı nəticəsi olan tələbələri qəbul etməyi üstünlük verirlər.

Turkiyede attestatla tehsil qiymətlərinin rolu ondan ibarətdir ki, sizin attestat ortalamaniza görə ixtisas seçimi edə bilərsiz.

Türkiyəyə attestatla qəbul olmaq üçün lazım olan sənədlər bunlardır :

  • Attestat
  • Transcript (9,10,11 ci sinif qiymətləri üçün)
  • 8 ədəd 3×4 ölçüdə fotoşəkil
  • 8 ədəd 4,5×6 ölçüdə fotoşəkil
  • Xarici pasport
  • Şəxsiyyət vəsiqəsi

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *