Xaricde tehsil qiymetleri

Xaricde tehsil qiymetleri

Xaricde tehsil qiymetleri :Bir çox ölkədə təhsil iqtisadi cəhətdən Azərbaycanda təhsil almaqdan daha sərfəlidir!  Xaricdə universitet təhsili almaq bir xəyal deyil. Məktəb məzunu olaraq həyatınızı davam etdirmək və ya özəl və ya dövlət universitetlərinə yüksək ödəniş etmək əvəzinə daha keyfiyyətli universitetlərdə daha ekonomik təhsil imkanlarından istifadə edə bilərsiniz!

Xaricdə təhsil almaq üçün çox zəngin olmaq lazım olduğunu düşünürsünüzsə, bu yazıda kı məlumatları oxuduqdan sonra fikriniz dəyişəcək.  Təəssüf ki, ölkəmizdə minlərlə insan hələ də bu məlumatdan məhrumdur, universitet təhsili almaq ümidini itirir və məktəb məzunu olaraq həyatına davam edir və yaxudda dövlət universitetlərinə yüksək ödənişlər ödəmək məcburiyyətindədir.

Bununla birlikdə, universitet imtahanına ehtiyac olmadan, hər büdcəyə və meyarlara uyğun olaraq Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş bir təhsil ala bilərsiniz.  Həm də ingilis dilində… alacağınız diplom Azərbaycanda təhsil alan bir çox tələbə ilə müqayisədə sizə çox əhəmiyyətli üstünlüklər gətirəcək.

➡️ Xaricdə təhsil qiymətləri

Xaricdəki universitetlərin qiymətləri gedəcəyiniz ölkəyə, təhsil alacağınız şəhərə və hətta bölməyə  görə dəyişir.

Ölkəmizdəki imtahan sistemi və ya qiymətkər səbəbindən istədiyiniz keyfiyyətdə bir universitetə ​​girə bilmirsinizsə və ya istədiyiniz ixtisası oxuya bilmirsinizsə, vaxt itirmədən xaricdə təhsil almaq imkanlarınızı dəyərləndirməlisiniz.  Əslində, indi bir çox tələbə xaricdə təhsil almağın ölkəmizdəki bir çox universitetdən daha məntiqli olduğunu təhlil edir və hətta universitet imtahanına belə girmədən ərizələrinə başlayırlar.

➡️ Xaricde en bahalı və ucuz universitetler

Xaricdə təhsil üçün ən bahalı ünvan hər il 38 min dollarla ABŞ, ən ucuzu isə 4 min 500 dollarla Qazaxıstan sayılır.

İllik təhsil haqqı, yaşayış və yol xərcləri daxil edildikdə, universitet təhsilinin ildə 38 min dollar olduğu ABŞ -ı 34 min dollarla Kanada, 27 min dollarla İsveçrə və 25 min 500 dollarla Avstraliya izləyir.

➡️ Yaşam xərcləri

Araşdırmaya görə, ABŞ -da dövlət universitetlərinin illik haqqı 23 min dollardan, bir tələbənin  yaşayış xərcləri 15 min dollardan başlayır.  Kanadada universitet üçün minimum 20 min dollar, yaşayış xərcləri üçün orta hesabla 14 min dollar xərclənir.  İsveçrədə universitet ödənişləri ildə 7000 dollardan,  yaşayış xərcləri 20,000 dollardan, Avstraliyada universitet ödənişləri 12,000 dollar,yaşayış xərcləri 13,500 dollardan başlayır.

Bizə ərazi, dil, mədəniyyət, hər sahədə yaxın olan Türkiyədə də təhsil qiymətləri bizdə ki qiymətlərə nisbətən daha ucuzdur. Türkiyədə dövlət universitetlərində təhsil qiymətləri  200-700$ arası, özəl universitetlərdə isə 750$-dan başlayır. Türkiyə dövlət universitetlərində qiymətlər digər dövlətlərə nisbətən xeyli aşağıdır. Qiymətlər ixtisasa görə dəyişir.

Hollandiya universitetləri də dünya universitetləri siyahısında ən prestejli universitetlər sayılır. Universitetlərin dəqiq siyahısı yoxdur. Universitetlərdə qiymətlər 7-8min avro civarındadır.

Ən prestejli universitetlər siyahısında Böyük Britaniya ilk sırada gəlir. Böyük Britaniyanın universitetlərin qiymətlər 20 000 manatdan başlayır.

➡️ Avropada təhsil qiymətləri

İllik ümumi xərclərin orta hesabla eyni nisbətlərdə olması,hətta Avropada daha da əlverişli olması ilə yanaşı, imtahan stressi olmadan universitetə ​​başlamağın asanlığı, istədiyi sahədə oxumaq şansı sayəsində işində uğurlu olması, Avropa da 4 il əvəzinə daha qısa zamanda məzun olması, ana dili kimi ikinci dil öyrənməsi gənclər üçün xaricdə təhsili daha cazib hala gətirir.

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *