GRE imtahanı nədir?

GRE imtahanı nədir?

GRE (Graduate Record Examination)Türkiyə də daxil olmaqla magistratura və doktoranturada təhsil almaq istəyən tələbələrin verməli olduğu imtahandır.  Struktur baxımından SAT imtahanını xatırladan GRE ; General Test Test və GRE Subject Testi kimi iki fərqli imtahandan ibarətdir .  İlk dəfə 1949-cu Educational Testing Service tərəfindən yaradılmışdır.  İmtahan , tələbələrin şifahi, ədədi, yazı və düşünmə bacarıqlarını ölçür.

GRE imtahani nedir və üstünlükləri

GRE imtahanı bütün dünya miqyasında qəbul edilən populyar imtahanlardan biridir. Hər il 650.000 dən çox tələbənin girdiyi bu imtahan ciddi anlamda ağır  kurikulum əsaslıdır, ancaq xaricdə yaxşı bir universitetdə təhsil almaq istəyən tələbələrin girməli olduğu imtahandır.

Xüsusilə Amerika Birləşmiş Ştatlarında bir çox universitetin istədiyi bu imtahan, ilk dəfə 1949 – cu ildə Educational Testing Service (ETS) tərəfindən tətbiq edilmişdir.

İmtahana kimlər müraciət edə bilər?

Universitetlərdə sosial elmlər və mühəndislik üzrə magistratura və doktorantura səviyyələrində təhsil almaq istəyən tələbələr bu imtahanı verə bilərlər. Bundan əlavə, son illərdə bəzi universitetlər GRE balı ilə biznesin idarə edilməsi üzrə magistr təhsili almaq istəyən tələbələri də qəbul edirlər.

Xüsusilə də Amerikada təhsil almaq istəyən tələbələr iştirak eləməlidir.

GRE imtahanı üçün ingilis dili səviyyəsi

İmtahan ingilis dilində keçirildiyi üçün üçün imtahanda iştirak etmək üçün ingilis dili səviyyəniz ən azı Upper-intermediate səviyyəsində olmalıdır. İmtahana sözləri əzbərləyibdə girmək olar. Çünki paraqraf suallarında əgər bilmədiyiniz mövzular ilə qarşılaşsanız sualı anlamaz və doğru cavabı verə bilməzsiniz.

İmtahan strukturu necədir?

Yuxarıda da qeyd etdiyim kimi GRE imtahanı 2 hissədən ibarətdir. GRE GENERAL Test (Ümumi test),GRE Subject Test ( Fənn testi).

GRE General Test

Bu imtahan 3 saat çəkir və kompüter əsasında aparılır. Ümumi imtahan olaraq bilinir. Və bir çox universitet məhz bu testi tələb edir. GRE General 3 hissədən ibarətdir :

  1. Verbal Reasoning Şifahi Düşünmə

Bu imtahan 20 sual olmaqla 2 hissədən ibarət olur. Tələbəyə sualları cavablandırmaq üçün 30 dəqiqə vaxt verilir. Burada tələbənin yazılı mətni təhlil etmə və nəticə çıxarma bacarığı və söz bazası yoxlanılır. Toplana biləcək  maksimal bal 170dir.

  1. Quantitative Reasoning – Kəmiyyət əsaslı düşünmə

Bu bölmə 2 hissədən ibarətdir və 40 sualdan ibarətdir. İmtahan 60 dəqiqə davam edir. Bu bölmədə tələbələrin cəbr ,həndəsə, statistikaya dair bilikləri və verilən datanın analizi və müqayisə edilməsi yoxlanılır. Toplana biləcək maksimal bal 170dir

  1. Analytical riting – Analitik yazı

          Bu hissəsdə tələbənin doğru və axıcı

          essay ( inşa) yazmaq qabiliyyəti

          yoxlanılır. İmtahan 2 hissədən ibarətdir.

Birinci hissədə verilən hər hansısa problemi həll etmək və namizədin problemlə razı olub olmaması soruşulur.

İkinci hissədə tələbəyə mətn verilir və həmin mətndə məntiqi boşluqları doldurmaq tapşırılır. Hər hissəsə üçün verilən vaxt 30 dəqiqədir. Tapşırıqlar 0 – 6 bal arası qiymətləndirilir.

  1. Əlavə hissə

Bütün əsas hissələr tamamlandıqdan sonr tələbənin qarşısına əlavə adlı bölmə çıxır. Burada tələbədən verilən bütün sualları cavablandırmaq tələb olunur.

         GRE Subject ( Fənn) testi

Bu test müəyyən bir ixtisas üzrə hazırlaşanlar üçündür. Yəni ümumi deyil hər hansısa Fənndən ibarətdir. İmtahan 8 Fənn üzrədir.

Biokimya şöbəsi ; Biokimya, Hüceyrə Biologiyası və Molekulyar Biologiya və Genetika kimi 3 əsas fənni qiymətləndirir. Bu, çox seçimli 180 sualdan ibarətdir. Suallar 36% biokimya, 36% molekulyar biologiya və genetika, 28% hüceyrə biologiyasını əhatə edir.

Biologiya şöbəsi; Hüceyrə və Molekulyar Biologiya, Orqanizm Biologiyası və Ekologiya və Təkamül kimi 3 əsas mövzunu qiymətləndirir.5 variantdan ibarət 200 test sualından ibarətdir. Suallar 34% ekologiya və təkamül, 33% orqanizm biologiyası, 34% hüceyrə və molekulyar biologiyanı əhatə edir.

Kimya şöbəsi : Analitik kimya, qeyri-üzvi kimya, üzvi kimya və fiziki kimya kimi 4 əsas fənni qiymətləndirir. Buraya 130 çox seçimli test sualı daxildir. Suallar 15% analitik kimya, 25% qeyri-üzvi kimya, 30% üzvi kimya və 30% fiziki kimya fənlərini əhatə edir.

Kompüter elmləri bölməsi: Proqram təminatı sistemləri və metodologiyası, Kompüterin təşkili və memarlığı, Nəzəriyyə və riyaziyyat infrastrukturu kimi 4 əsas fənni qiymətləndirir.70 test sualından ibarətdir.Suallar 40% Proqram və sistem, 15% Kompüter arxitekturası, 40% nəzəriyyə və riyaziyyat, 5% digər.Kompyuter fənlərini əhatə edir.

İngilis ədəbiyyatı şöbəsi: 230 test sualından ibarətdir və suallar 50% ədəbi təhlil, 25% mədəni və tarixi şərait, 15% müəllif, tarix və yaradıcılıq bilikləri, 10% ədəbiyyat tarixi və nəzəriyyəsini əhatə edir.

Riyaziyyat bölümü: 66 çoxseçimli test sualından ibarətdir. Bunlar bakalavr dərəcəsi üçün eyni dərəcədə çətin olan suallardır. Suallar 50% əsas riyaziyyatı, 25% cəbri, 25% isə qalan riyaziyyatı əhatə edir.

Fizika şöbəsi: 100 çox seçimli test sualından ibarətdir. Suallar 20% mexanika, 18% elektromaqnetizm, 9% optika və tezlik, 10% termodinamika və statika, 12% kvant mexanikası, 10% atom fizikası, 6% nisbilik teoremi, 6% laboratoriya metodları və 9% digər fənləri əhatə edir.

Psixologiya şöbəsi: 205 çox seçimli test sualından ibarətdir.Suallar 40% təbii və eksperimental psixologiya, 43% sosial elmlər və 13% digər fənləri əhatə edir.

İmtahanın etibarlılıq müddəti 5 ildir. İmtahan hər ay 21 gündən bir keçirilir. İl ərzində imtahanda 5 dəfə iştirak etmək olar.

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *