Xaricde Teqaudlu Tehsil

Xaricde Teqaudlu Tehsil

Xaricdə təhsil almaq istəyən tələbə çoxdur. Amma hər kəsin maliyyə imkanı xaricdə təhsil almağa yetmir. Xaricdə təhsil almaq çox həqiqətən də bahalıdır. Buna nə tələbələrin nədə ki valideynlərin bəzən gücü çatmır. Həm təhsil xərcləri həm yol pulu, yataqxana həm də ki yaşayış xərcləri baha baha gəlir. Xaricdə pulsuz təhsil almanın yollarından biri də teqaudlu tehsildir. 

Xaricde pulsuz təhsil almaq üçün təklif olunan təqaüdün əsasən iki forması olur. Tələbələrin göstəricilərinin yüksəkliyinə görə əldə etdiyi təqaüd və ya maliyyə vəziyyətinin uyğun olmamasına görə ölkənin və ya universitetlərin təklif etdiyi maliyyə yardımı. 

Göstəriciləri yüksək olan tələbələrin aldığı təqaüdlədə Chevening, DAAD təqaüdlərini misal göstərmək olar. 

Xaricdə təqaüdlü təhsil almaq haqqında əsas məlumatlar

Xaricde teqaudlu tehsil xaricdə pulsuz tehsil almağın yollarından biridir. Təqaüdlü təhsil tələbənin maddi imkanından çox az dərəcədə asılıdır. Əsasən aşağıdakı amillərə əsaslanır:

1.İstedad və nailiyyət

Tələbə xüsusi akademik, bədii, idman, elmi   və ya könüllü fəaliyyəti ilə bağlı müvəffəqiyyətinə görə təqaüd ala bilər. 

2.Demoqrafik amil 

Bu təqaüd növü yalnız hər hansı bit etnik, gender, din, yaşayış və ya səhhətinə görə müəyyən şəxslərə verilən təqaüd növüdür. Sırf qadınlar və ya hər hansı ölkənin vətəndaşları üçün təqaüdlər vardır. Təbii ki bu hər bir qadının və ya hər hansı bir ölkənin istənilən vətəndaşının təqaüd alması demək deyil. Təqaüd üçün müəyyən kriteriyalar və müsabiqə vardır. 

3.Prioritet ixtisaslaşma

Bu təqaüdün verilmə səbəbi tələbələrin gələcək ixtisaslarında yüksək keyfiyyətli təhsil almaları, xüsusilə vacib olan, məsələn tibb fakültələrində təhsil alan tələbələri həvəsləndirmək üçündür. 

Müəyyən univürsitetlərə verilən təqaüdlərdə vardır. Avropa universitetlərində bunun genişləndirmə məqsədi, dünyanın hər yerindən ən yaxşı kadrları öz tələbələri cərgəsinə cəlb etməkdir. Belə təqaüdlər tələbə üzərinə bəzi öhdəliklərdə qoyur. Məsələn universitetin könüllü layihələrində iştirak etmək. 

4.Maksimum mümkün olan təqaüd – Fellowship 

Xaricdə magistratura və ya doktorantura oxumaq istəyən tələbələr üçün ayrılan maliyyə dəstəyidir. Çox hallarda təqaüdün bu növü tələbələrin yaşayış bə ya digər xərclərini ya tam ya da qismən qarşılayır.

Tələbələrin bu təqaüdü almaları üçün bəzi meyarlar müəyyənləşib. Buna tələbənin akademik nailiyyətləri, elmi-tədqiqat potensialı və ya onun maliyyə vəziyyəti. 

5.Elmi tədqiqat teqaüdü

Təqaüdün bu növü magistr və elmlər doktoru dərəcəsi olanlara verilir. Bu təqaüd təhsilin davam etdirilməsi üçün maliyyə dəstəyi və ya boş vaxtlarında dosent (professor köməkçisi) kimi çalışmaq üçün əmək haqqı formasında təqdim edilir. 

Xaricde teqaudlu tehsil almaq üçün bir deyil bir neçə təqaüd proqramına müraciət edərək yarım təqaüd və ya müəyyən kiçik məbləğ təqaüd qazana bilərsiniz. 

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *