Xaricde Pulsuz Tehsil ✅

Xaricde Pulsuz Tehsil ✅

Xaricdə təhsil almaq hər bir gəncin istəyidir. Xaricde pulsuz tehsil almaq isə tələbələr üçün ən böyük arzulardan biridir deyə bilərik. Xaricdə pulsuz təhsil almaq artıq xeyal deyil. Biraz zəhmət bahasına da olsa xaricde pulsuz tehsil almaq artıq mümkündür. 

Xaricdə təhsil almağın əlavə ödənişlərini nəzərə alsaq ( bura daxildir təyyarə pulu, kirayə pulu, yemək pulu) təhsil haqqının olmaması tələbələr həm də ailələr üçün bir avantajdır. 

Xaricde pulsuz tehsil haqqinda əsas məlumatlar

Hansı ölkələrdə pulsuz təhsil almaq olar? Tələbələri ən çox maraqlandıran sual budur. 

Nefti olan, Neft sənayesinin inkişaf etdiyi ölkərin əksəriyyətində təhsil pulsuzdur. Həmçinin ali məktəblərdə təhsil alan tələbələr təqaüd də alırlar. Məsələn Liviyada. 

Digər neft ölkəsi olan Səudiyyə Ərəbistanında da təhsil pulsuzdur. Bununla yanaşı bu ölkədə tələbələrin pulsuz ədəbiyyat və tibb xidmətindən yararlanmaq hüququda var. 

Birləşmiş Ərəb Əmirlikləri və Küveytin ali məktəblərində də pulsuz təhsil almaq mümkündür. Bu ölkələrdə də həmçinin tələbələr təqaüd ala bilirlər. BƏƏ-də təqaüd tələbənin müvəffəqiyyət dərəcəsindən aslıdır. 

Qonşumuz olan İranda da təhsilin bütün pillələri pulsuzdur. 

Avropada pulsuz təhsil 

Ərəb ölkələri ilə yanaşı Avropa ölkələrində də pulsuz tehsil almaq imkanı əldə etmək olar. Özəl ali məktəblərdə təhsil alan tələbələr üçün isə xüsusi imtiyazlar var. 

Təhsil haqqının çox aşağı olduğu ölkələrdən biridə Fransadır. Buda dövlətin təhsil sisteminə böyük dəstəyindən irəli gəlir. 

Xaricde pulsuz tehsil üçün Azərbaycan tələbələrinə uyğun olan ölkə Almaniyadır. Həmçinin Almaniya Avropanın ən önəmli mərkəzlərindən biri olmaqla yanaşı güclü təhsil mərkəzi sayılır. Əsasəndə dəqiq elmlər və iqtisadiyyat sahəsində Almaniya universitetləri keyfiyyətli təhsil verir. Amma tələbə vizası üçün Alman bankına müəyyən qədər vəsait yatırmalısınız. 

Xaricde pulsuz tehsil ala biləcəyiniz bəzi universitet və ölkələr aşağıdakılardır:

1.Estoniya- Tallin Texnologiya Universiteti. Estoniyada olan yeganə texnologiya universitetidir. 

2.Macarıstan-Mərkəzi Avropa Universiteti 

Olduqca zəngin kitabxanaya malik olan universitet Budapeştdə yerləşir. 

3.Almaniya- Bremen Universiteti 

Universitet Almaniyada  “elit universitetlər” siyahısında yer alan 11 universitetdən biridir. 

4 Rusiya – Milli Tədqiqat Universitetinin İqtisadiyyat Məktəbi 

Moskvada yerləşən universitetin bütün doktorantura fakultələri ödənişsizdir. 

5.Finlandiya-Alto universiteti 

Helsinki şəhərində yerləşən universitetdə bütün təhsil proqramları ödənişsizdir. 

6.Avstriya-Vyana universiteti

Universitet dünyanın ən yaxşıları siyahısındadır. Vyana universiteti Orta Avropanın ən qədim universitetidir.

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *