Xaricdə distant təhsil almaq məlumatları

Xaricdə distant təhsil almaq məlumatları

Bugün ölkəmizdə və dünyada distant tehsil anlayışı geniş yayılıb. Distant təhsilin ən gözəl xüsusiyyəti odur ki, xaricə getmədən xarici universitetlərin diplomunu əldə edirsiz. Həmdə heç bir əziyyət çəkmədən evdən oturarub, dərslərə qoşularaq. Bu gün distant tehsil dünyanın bütün inkişaf etmiş və inkişafda olan ölkələrində tətbiq olunur. 

Distant təhsillə qiyabi təhsilin oxşar tərəfləri olsada eyni şey deyildir. Distant təhsil qiyabi təhsildən fərqli olaraq internet vasitəsilə onlayn keçirilir. Distant təhsil üçün sizə lazım olan sürətli internetdir. Distant təhsildə dərslər tələbələrə elektron materiallar, video dərsliklər və başqa materiallarla tədris olunur. 

Müəyyən ixtisaslar vardır ki siz onlarda distant təhsil ala bilərsiniz. İqtisadiyyat sahəsi ixtisaslar arasında daha çox seçilir. Demək olar ki iqtisadiyyatın bütün sahələrində distant təhsil almaq mümkündür.

Tələbələr həmçinin informasiya texnologiyaları sahəsində də xaricde distant təhsil ala bilərlər. Aşağıdakı ixtisaslar üzrə xaricde distant tehsil almaq olar :

  • MBA (HR Management) 
  • MBA (Project Management) 
  • Certificate in HR Management 
  • MBA (Law) 
  • MSc lnformation Technology 
  • MSc International Hospitality Management 
  • MSc Telecommunications
  • BA (Hons) Accounting and Financial Management 

Təəssüf ki hər ixtisas üzrə distant təhsil almaq mümkün olmur. Həmdə bir çox diplomlar Azərbaycanda təsdiq olunmur. 

➡️ Xaricde distant tehsil haqqında daha ətraflı

İşləyən və işini itirmək istəməyən hər bir kəs bu gün xarici universitetlərdə distant tehsil alıb tam qanuni və tanınmış diploma sahib ola bilər.

Siz Böyük Britaniya,Türkiyə, Amerika, Latviya və s ölkələrdə distan təhsil ala bilərsiniz. 

Distant tehsil əsasən Böyük Britaniyadadır. 

Distant tehsil üçün önəmli olan ölkə deyil. Əsas odur ki,qanuni və tanınmış universitet olsun. 

Xaricde distant tehsil üçün təhsil şirkətlərinə müraciət eləyə bilərsiniz. Şirkətlər sizə hansı universitetlərdə hansı ixtisaslar üzrə distant tehsil almaq olar və s barədə ətraflı məlumatlandırıb kömək edə bilər. 

Xaricde distant tehsilin üstünlükleri

Xaricde distant təhsilin üstünlükləri odur ki,ölkədən çıxmadan, yaşayış və yol xərci olmadan tanınmış universitetlərdə təhsil alırsınız. Qiyabi təhsildə olduğu kimi ildə iki dəfə semester üçün getmək də lazım deyil. 

Sərbəst təhsil sistemi. Həmçinin ödənişi kreditlə ödəmək şansınız olur. 

Distant təhsillə tələbələr bakalavr, magistr həmçinin müxtəlif sertifikatlar ala bilərlər. 

Xaricde distant tehsil üçün yaxşı səviyyədə ingilis dili bilmək tələb olunur. Distant tehsil üçün IELTS və TOEFL imtahanlarının nəticələri lazımdır. 
Oğlanlari maraqlandıran suallardan biridə xaricde distant tehsil zamanı hərbi çağrışdan azad olunmaqdır. Xaricde distant tehsil zamanı hərbidən möhlət hüququ verilmir.

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *