Turkiyede qiyabi tehsil

Turkiyede qiyabi tehsil

Universitetdə təhsil forması iki yerə ayrılır. Əyani və qiyabi təhsil. Tələbələrin ən çox üstünlük verdiyi təhsil forması qiyabi təhsildir. Çünki həm ölkə daxilində həm də xarici universitetlərdə qiyabi təhsil almaq tələbələr üçün çox faydalıdır.

Qiyabi təhsil rahat görünsədə tələbələr daha çox yüklənir. Çünki əyani oxuyan tələbəyə 4-5 aya keçirilən mövzular qiyabi şöbədə oxuyan tələbələrə bir ayda tədris edilir.

Nəyə görə qiyabi təhsil?

Universitetə getmədən siz istənilən ölkədə və universitetdə qiyabi təhsil ala bilərsiniz. Qiyabi təhsilin ən böyük üstünlüyü təhsil aldığınız müddətdə işləyə bilməyinizdir. Qiyabi təhsil zamanı ildə iki dəfə semester imtahanları zamanı universitetə getməyiniz kifayət edir.

Türkiyədə qiyabi təhsil

Türkiyə ilə məsafəmiz qısa olsada xaricdə qiyabi təhsil almaq istəyən tələbələrin ən çox üstünlük verdiyi ölkə Türkiyədir.

Turkiyede qiyabi tehsil müddəti 4 il davam edir. Universitetə il ərzində iki dəfə, 6 aydan bir getməyiniz və hər gedəndə 3 gün qalmağımız yetərlidir. İmtahan müddətində çox qalmadığınıza görə yaşayış xərclərinizdə az çıxacaq.

Qiyabi təhsil alan oğlanlara əsgərlikdən hərbi möhlət hüququ verilmir. Hərbi möhlət hüququ yalnız əyani oxuyan tələbələr üçündür.

Turkiyede qiyabi tehsil alan tələbələrin attestat qiymətləridə bir o qədər əhəmiyyət kəsb eləmir. Tələbələr üçün yaş limitidə yoxdur.

Hansı ixtisaslar üzrə qiyabi təhsil mümkündür?

Türkiyədə qiyabi təhsil ala biləcəyiniz bəzi ixtisaslar bunlardır :

  • Menecment – Dövlət universiteti
  • Halkla ilişkiler fakultəsi (İnsan resursları) – Dövlət universiteti
  • Sosioloji fakultəsi ( Sosiologiya) – Dövlət universiteti
  • MİS (İnformasiya texnologiyalarının idarə edilməsi) – Özəl universiteti
  • Qrafik dizayn – Dövlət universiteti
  • Moda Tasarım (Baskı Tasarımı, Dokuma Tasarımı, Giysi Tasarımı)- Dövlət universiteti
  • Tekstil Tasarımı- Dövlət universiteti
  • Tarix – Dövlət universiteti
  • Spor bilimləri – Dövlət universiteti
  • Rekreasiyon bölümü – Dövlət universiteti
  • İqtisadiyyat
  • Dövlət idarəçiliyi
  • Reklam
  • Tibb işinin təşkili

Turkiyede qiyabi tehsil almaq üçün çıxan illik təhsil haqqı 1200 TL dir.

Tələbələr heç bir imtahan vermədən yalnız attestatla Türkiyədə qiyabi təhsil ala bilərlər. Alınan diplomlar Azərbaycan və dünyanın 30- dan çox ölkəsində tanınır. Əslində Türkiyədə qiyabi təhsil distant təhsildir demək olar. Qiyabi təhsil zamanı universitet tələbələri pulsuz dərsliklə təmin edir.

2 Rəylər

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *