Turkiyede magistr

Turkiyede magistr

Türkiyə universitetləri dünyanın ən yaxşı təhsil sistemi olan ölkələr arasında ilk sıradadır. Türkiyə universitetləri həm keyfiyyətli təhsili həm də aşağı təhsil haqqı ilə Avropanın bir çox universitetlərindən fərqlənir.

Türkiyədə əcnəbi tələbələrin əksəriyyəti Azərbaycanlı tələbələrdir. Ölkəmizdəki gənclərin çoxu həm bakalavr həm də magistr təhsilini Türkiyədə anlamağa daha çox maraq göstərirlər.

Türkiyədə magistr təhsili almaq haqqında

Magistr təhsilini xaricdə, xüsusilə də  Türkiyədə təhsil almaq istəyən tələbələrin sayı isə gündən günə artmaqdadır.

Türkiyənin bizə yaxın olması, mədəniyyət və dil yaxınlığı tələbələrdə Türkiyəyə daha çox maraq artırır.

Türkiyədə həm dövlət həm özəl universitetlərdə magistr təhsili almaq mümkündür.

Turkiyede magistr oxumaq üçün nə lazımdır?

Türkiyədə özəl və dövlət universitetlərində həm imtahanla həmdə imtahansız yalnız bakalavr diplomu ilə magistr təhsili almaq mümkündür.

Türkiyədə dövlət universitetlərində magistr təhsili almaq üçün əsas şərt magistr oxumaq istədiyiniz ixtisasla bakalavr ixtisasınız ya eyni yada yaxın olmasıdır. Digər şərt isə bakalavr təhsili aldığınız müddətdə GPA ( ortalama bal) yaxşı olmasıdır. Qəbul şansınız yüksək olsun deyə balınız 80 – dən aşağı olmamalıdır.

Turkiyede magistr Tezli və Tezsiz olaraq iki proqrama ayrılır. Proqramların bir birindən fərqi odur ki Tezli proqram oxuya bilən daha sonra doktorantura təhsili ala bilir. Tezsiz proqramda təhsil alan tələbələr isə doktorantura təhsili üçün müraciət edə bilmirlər.

Magistr təhsili üçün hansı şərtlər tələb olunur?

Türkiyədə Tezli proqramda təhsil almaq üçün universitlərin hər birinin özünün ayrıca şərti olur. Bəzi universitetlər yanız ortalama balı ilə,bəziləri isə ortalama balı ilə yanı ingilis dili imtahanı olan TOEFL və ya YDS imtahanı tələb edirlər. İngilis dilli imtahanı ilə yanaşı bəzi universitetlər ALES imtahanıda tələb edə bilərlər. ALES tələb edən universitetlərin sayı elədə çox deyil. Türkiyədə cəmi 7-8 universitet ALES imtahanı tələb edir. ALES tələbi olan universitetlərdə mütlət TOEFL və ya YDS imtahan nəticəniz də olmalıdır. Tək ALES imtahandan nəticənizin olması yetərli deyil. Universitetə hazırlaşarkən mütləq bunları nəzərinizdə saxlayın.

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *