Turkiyede distant tehsil

Turkiyede distant tehsil

Distant təhsil, tələbə və müəllimlərin universitetə gəlmək məcburiyyətində olmadığı, canlı, video, audio və interaktiv kursların tamamilə virtual bir mühitdə tədris edildiyi və məsafəli, ancaq üz – üzə universitet təhsilinin verildiyi müasir bir təhsil sistemidir.  Zaman və məkandan tamamilə asılı olmayan bir təhsil növüdür.

Uzaqdan Təhsil Sistemində həm müəllimlər, həm də tələbələr nə universitetə, nə də təhsil üçün ayrılmış müəyyən bir məkana  gəlmirlər, kurslara qatılmaq üçün öz ölkələrini və şəhərlərini tərk etmirlər.  Proqrama daxil olan hər kəs dünyanın hansı hissəsində, yolda, səyahətdə, tətildə, iş gəzintisində və s.yerlərdə internet bağlantısı olan komputeri ilə virtual siniflərdə interaktiv olaraq dərslərə qatıla bilərlər.

Distant təhsilin üstünlükleri nədir?

Distant Təhsil Sistemi həm iş həyatının sıx tempinə girərək təhsilini tamamlaya bilməyənlər, həm də maddiyyat səbəbiylə uzaq şəhərlərdə qazandıqları universitetlərə gedə bilməyən tələbələr üçün çox əlverişli şərtlərdə istədikləri universitet təhsilini təmin edir.

Distant təhsil üçün sizə lazım olan tək şey sürətli internetdir.

Təbələrin öz öyrənmə sürətində öyrənməsinə imkan verir.

 Məlumata sürətli və asan çıxışı təmin edir.

Tələbə mərkəzlidir. Tələbələrə bərabər imkanlar verir.  Fiziki qüsurlu tələbələr üçün təhsil imkanları təmin edir.  Coğrafi və regional maneələri aradan qaldırır. Ənənəvi təhsildən faydalana bilməyən insanlar üçün idealdır.

Evlilik, hərbi xidmət, uşaq sahibi olmaq kimi səbəblərdən təhsilini yarımçıq qoyan insanlara qaldıqları yerdən davam etmələrini təmin edir.

Qısası distant təhsil hər kəs üçün uyğundur.

Turkiyede distant tehsil

Son zamanlar distant təhsilə maraq çoxdur. Türkiyədə təhsil almaq istəyən gənclərdə təhsillərini distant almaq istəyirlər. Ancaq təəssüf ki Türkiyədə bakalavr pilləsi üzrə distant təhsil yoxdur. Tələbələr Türkiyədə yalnız magistratura pilləsində distant təhsil ala bilərlər. Hər bir ixtisas üzrə də magistr pilləsində distant təhsil mümkün deyil.

Turkiyede distant tehsil ala biləcəyiniz bəzi ixtisaslar bunlardır:

  • Beynəlxalq əlaqələr
  • Hüquq
  • İqtisadiyyat
  • Biznesin idarə edilməsi
  • Menecment
  • Psixologiya
  • Qrafik dizayn
  • Biologiya
  • Coğrafiya

Türkiyədə distant təhsil ala biləcəyiniz bəzi universitetlər :

Distant təhsil üçün qəbul necə olur?

Qəbul üçün tələbələrdən ALES imtahanı və ya sadəcə diplom istənilir. Müraciət etdiyiniz universitetdən asılı olaraq bu proses dəyişir.

 Turkiyede distant tehsil qiymetleri 1000 manatdan başlayır.

1 Rəy

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *