Akdeniz Universiteti

Akdeniz universiteti Türkiyənin ən yaxşı 7-ci dövlət universitetidir. Türkiyədə ilk dəfə üz köçürülməsi əməliyyatının aparıldığı, tibb sahəsində yenilikləri ilə fərqlənən bir təhsil ocağıdır. Akademik məqalələrinin çoxluğuna görə isə ölkədə 5-ci sıradadır. Burada Tibb fakultəsindən başqa hüquq, iqtisad, idarəçilik kimi fakultələrdə çox önəmli nəticələri ilə seçilir.

Akdeniz universiteti Qərbi Aralıq dənizi bölgəsindəki ali təhsil müəssisələrini əhatə etmək üçün 20 iyul 1982-ci ildə Antalyada quruldu. Türkiyənin ən qədim universitetlərindən biridir. Kampusunun geniş və yaşıl əraziyə sahib olması və Konyaaltı Çimərliyindən 15 dəqiqəlik məsafədə olduğu üçün Boğaziçi Universitetindən sonra Türkiyənin ən gözəl ikinci kampusu seçilmişdir.

Bu unviversitet daxilində də sağlamlıq mərkəzləri, idman zallları tələbə üçün uyğun yataqxana, yemekxana və onların uyğun aktivitələrinə görə klublar mövcuddur.

Alaniya kimi bir istirahət mərkəzi olan şəhərdə yerləşməsi isə burada təhsil alan tələbələrin dünya görüşünə çox təsir etməkdədir. Bu universitet tədris üçün müraciət olunan ali təhsil mərkəzləri sırasında ən üst səviyyədədir.

Ölkənin bir çox sənətçi, həkim, hakimləri də bu universiteti bitirmişdir. Universitet daxilində 24 fakültə mövcuddur və onlar aşağıdakılardır.

  1. Stomatologiya fakültəsi
  2. Ədəbiyyat fakültəsi
  3. Təhsil Fakültəsi
  4. Elm fakültəsi
  5. Təsviri sənət fakültəsi
  6. Tibb bacısı fakültəsi
  7. Hüquq fakultəsi
  8. İqtisadiyyat və İdarəetmə Fakültəsi
  9. İlahiyyat Fakültəsi
  10. Ünsiyyət fakültəsi
  11. Kemer Dənizçilik Fakültəsi
  12. Kumluca Sağlamlıq Elmləri Fakültəsi
  13. Manavgat Sosial və Humanitar Elmlər Fakültəsi
  14. Manavgat Turizm Fakültəsi
  15. Memarlıq fakültəsi
  16. mühəndislik fakültəsi
  17. Sağlamlıq Elmləri Fakültəsi
  18. Serik İş İdarəetmə Fakültəsi
  19. İdman Elmləri Fakültəsi
  20. Balıqçılıq Fakültəsi
  21. tibbi məktəb
  22. Turizm Fakültəsi
  23. Tətbiqi Elmlər Fakültəsi
  24. Kənd təsərrüfatı fakültəsi
Akdeniz Universiteti

Tanıtım Videosu

image

Xaricdə Təhsil Üçün Müraciət Et

Bloqlar

Xaricdə təhsil haqqında bloqlar

Hamısına Bax